Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Amerika gizli Çin-Rusiya rəqabətindən nə uda bilər? –Təhlil

Tarix 06.11.17, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Çininn “Bir qurşaq – bir yol” təşəbbüsü orta əsrlər Tan və Yuan sülalələrinin Avrasiya üzərindən ticarət yollarını təkrar edən iqtisadi ekspansiya planıdır, son dərəcə təkəbbürlüdür. Çünki onun əsasında bütün böyük strategiyalardakı kimi şöhrətsevərlik durur. Lakin onun ideyasına Avrasiyanın gələcəyi yazılıb.

Yeni İpək Yolu öz dövlətlərini tamdəyərli fövqəldövlətə çevirməyə cəhd edən Çin liderlərinin bir neçə məqsədinə xidmət edir. Bu, Çinin artıq inşa etdiyi çoxsaylı yol, körpü, boru kəməri və onu energetik resurslarla zəngin Mərkəzi Asiyanın keçmiş sovet respublikaları ilə birləşdirən dəmiryollarının brendinqi əməliyyatıdır. “Bir qurşaq – bir yol” təşəbbüsü prosesi Çinin Mərkəzi Asiya ilə həmsərhəd müsəlman bölgəsini inkişaf etdirmək və eyni zamanda çevrəyə almaq arzu olunur. Çin qərbdə İranla – çox böyük həcmi, yerləşməsi və əhali sayı, həmçinin çoxdankı imperiya ənənəsi sayəsində Yaxın Şərq və Mərkəzi Asiyanın açar nöqtəsi rolunu oynayan dövlətlə məhdud alyans yaratmağı nəzərdə tutur.

Çinin daha irimiqyaslı hədəfi Avrasiyada hökmranlıqdır, bu isə Rusiyanın ikinci dərəcəli dövlətə qədər düşməyi ilə nəticələnəcək. Çinlə Rusiyanın ümumi uzunluğu 4 min km-dən çox olan sərhədi var. Rusiya dövləti Uzaq Şərqdəki qədər az-az rayonlarda bu cür zəiflik sərgiləyir. Bəzi dəyərləndirmələrə görə, etnik rus əhalinin sayı cəmi 6 milyon təşkil edir. Çinli mühacirlər Sibirin Çinə çox gərək olan təbii qaz, neft, ağac, almaz və qızılla zəngin bu son dərəcə az məskunlaşmış xəlvət yerlərinə durmadan irəliləyirlər. Çin bu bölgəni yalnız XIX əsrdə Sin sülaləsi sön günlərini yaşayarkən, qalan hissəsini isə XX əsrdə Rusiyaya verib. Bununla belə, hazırda Çin Mərkəzi Asiyada Rusiyanı arxada qoyub. Çinin milli neft-qaz korporasiyası son on ildə Mərkəızi Asiyada aparıcı energetika şirkəti olub. Çin Qazaxıstan neftini Avropaya və öz boru kəməri ilə Çinə vurur, həmçinin Türkmənistandan Çinin qərbinə təbii qaz tədarük edir.

Bundan başqa, Çin yatırımları sayəsində Mərkəzi Asiyada energetika sistemləri və nəqliyyat infrasrtukturu inşa olunur ki, bu da bölgə landşaftını hiss olunacaq şəkildə dəyişir və “Bir qurşaq – bir yol” təşəbbüsünün gerçəkləşdirilməsi üçün təməl yaradır.

Mükafat İrandır. İran Mərkəzi Asiyanın Çinə müqabil digər tərəfində yerləşməklə 80 milyon əhalisi var və ərazisində Xəzər dənizində və Fars körfəzində zəngin neft və qaz yataqları yerləşir. Bu, İran ərazisindən dəmiryolu salmaq, Tehranla enerji sazişləri bağlamaq, İran yataqlarının işlənməsində Çin şirkətlərindən istifadə etmək və ora iş adamları ordusu göndərməkdə Çin üçün güclü təkan rolunu oynayır. Rusiyanın Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanı əhatə edən Avrasiya İqtisadi Birliyi 2014-cü ildə Çinin Avrasiyada artan nüfuzuna əks-tarazlıq kimi yaradılıb.

Rusiya Çinə təkcə Uzaq Şərq və Mərkəzi Asiyada deyil, həm də Avropada uduzur. Moskva Baltik və Qara dəniz bölgələrində təxribat əməliyyatları və hərbi müdaxilələr vasitəsilə keçmiş sovet respublikalarının müstəqilliyini taqətdən salınca Pekin Avropa ölkələri ilə ticari əlaqələri möhkəmləndirib. Tramp administrasiyasının azad ticarət prinsiplərinə nifrəti Avropada Çinə yeni imkanlar verərək “Bir qurşaq – bir yol” təşəbbüsünün qərb sərhədlərini genişləndirməyə şərait yaradıb. Çinin uğurları Avropada təkcə ABŞ-ın deyil, həm də Rusiyanın nüfuzunu zəiflədir. Məsələn, Yunanıstan Avropa Birliyi ilə gərgin münasibətlər və pravoslavlığa sədaqəti üzündən ilk baxışdan Rusiya ilə yaxınlaşmalıdır. Lakin o, Çinin iqtisadi təsirinə getdikcə daha çox düşür, çünki Pirey limanı yeni İpək Yolunda daha bir qərb nöqtəsinə çevrilir. Çin həmçinin Bolqarıstan, Rumıniya, Polşa və çex Respublikasında  atom stansiyaları və energetika strukturlarının başqa obyektləri uğrunda rəqabət mübarizəsi aparır.

Prezident Vladimir Putinin Qərbə meydan oxumaq cəhdləri – Çin prezidentSi Szinpnin rəhbərliyi altında gərəksiz səs-küysüz onu arxada qoyunca – Rusiya iqtisadiyyatının xüsusən dişbatan olduğu bir dövrdə onun strateji qafilliyini sərgiləyir. Çin və Rusiya öz münasibətlərini Rusiyanın Çinə neft tədarük etməsi və ölkələrin birgə hərbi təlimlər keçirməsi çərçivəsində “geniş əhatəli strateji tərəfdaşlıq” kimi müəyyən edir. Rəsmi versiyaya görə, onların münasibətləri nadir hallarda yaxşı olub. Lakin Çinin xeyrinə hiss oluansı ticarət üstünlüyü var, neft qiymətlərinin düşməsi isə Çini Rusiyadan daha az asılı edib.

Rusiya Çinin rəqiblərinə – Hindistan və Vyetnama silah satır. Amma Çin artıq Rusiyanın silah istehsalının surətini çıxardıb.

Bu dərin geopolitik gerçəklikllər bildirir ki, Çin və Rusiya onlara əl verincə müttəfiq olacaq. Və Çinlə Rusiya arasındakı rəqabət uzunmüddətli, çətin dəyərləndirilən və uzaq bölgələrdə dönüşdüyündən – ki bunu Qərb KİV-ləri üçün maraqsız edir – ona etinasız yanaşmaq çox asandır.

Rusiyanın iddiaları kimi Çini də geopolitik iddiaları ölkədaxili sabitsizliyin nəticəsidir. Çin dövləti qərbdə, yəni keçmişdə mövcud olmuş Türküstanın şərq hissəsində hakim Han etnik qrupunun əndişə ilə yanaşdığı müsəlman uyğurlar yaşayan ərazilərdə daha çox zəiflik sərgiləyir.

İslam uyğurlar üçün Çindən asılı olmayan alternativ eyniyyətin təməli olub. Dalay Laması olan Tibet sakinlərindən fərqli olaraq uyğurların Pekinlə əlaqə saxlayaraq danışıqlar apara biləcək rəhbər elitası yoxdur. Onlar istənilən təbii fəlakət və ya fövqəladə durumun üsyana asanlıqla təhrik edə biləcəyi anarxist qüvvənin təcəssümüdürlər. Türk Mərkəzi Asiyasını iqtisadi və siyasi baxımdan Çinlə birləşdirməli olan “Bir qurşaq – bir yol” layihəsi üsyan zamanı qismən uyğurları arxa bazadan məhrum etməyə nəzərdə tutulub.

Çini yalnız onun daxili iblisləri durdura bilər. Semuel Hantinqtonun 1968-ci ildə özünün “Dəyişən cəmiyyətlərdə siyasi düzən” adlı klassik araşdırmasında yazdığı kimi, cəmiyyətin strukturu nə qədər mürəkkəbləşirsə, onun institutları da bir o qədər  həssas olmalıdır – əks halda yetərincə çoxsaylı orta təbəqənin biçimlənməsi sabitsizləşdirici təsir  göstərəcək.

Çin avtokratiyası – məhz öz uğurları sayəsində – hanlarla uyğurların yaşadığı bölgələrdə sosial, etnik və dini gərginlik artdıqca legitimlik böhranı ilə üzləşə bilər. Xüsusən də iqtisadi artım bundan sonra da ləngiyərək bu etnik qrupların ümidlərini alt-üst edərsə. Beləliklə, “Bir qurşaq – bir yol”un son uğurunu Mərkəzi Asiya və başqa ölkələrdəki nailiyyətlərlə deyil, Çinin öz daxilində baş verənlərlə müəyyən olunacaq.

Şərqi Asiyada Çin tərəfdən qorxudan və Mərkəzi və Şərqi Avropada Rusiyanın təqibindən müdafiəyə ehtiyacı duyan siyasi müttəfiqləri olan ABŞ Pekinlə Moskva arasındakı sakit geopolitik rəqabətdən udur. Çinlə Rusiya arasındakı rəqabət onların coğrafi yaxınlığı ilə müəyyənləşdiyindən – o məhz buna görə saxlanacaq – manevr, həmçinin durumdan asılı olaraq bu iki dövlətə münasibətdə mövqeyin yumşaldılması və ya sərtləşdirilməsi üçün Amerikanın böyük imkanları meydana çıxacaq.

ABŞ-ın Amerikanın Qərb yarımkürəsində qazandığı nüfuzu Çinin şərq yarımkürəsində qazanmasına mane olmağı lazımdır. Lakin Vaşinqton bunu elə şəkildə etməlidir ki, prosesdə Mərkəzi Avropa və Yaxın Şərqin bir hissəsini Rusiyaya güzəştə getməsin.

Bu tapmacanın yozumu geopolitika hüdudlarndan kənardadır. Vaşinqtonun Avrasiyada ərazi iddiaları olmadığından yerli əhali amerikalılara ruslara və ya çinlilərə yanaşdığı qədər şübhə ilə yanaşmır.  Amerika azad ticarət prinsiplərini, insan haqları və vətəndaş cəmiyyətinin müdafiəsini israrla irəlilətmək yoluyla bu bölgənin hazırda sürətli sosial transformasiyadan keçən cəmiyyətlərində öz nüfuzunu yüksəldəcək. ABŞ bir dövləti başqasının üstünə salmağa cəhd etmədən Avrasiyaya çıxış hüququnu məhz bu cür əldə edəcək.  

Robert Kaplan

The New York Times (ABŞ), 05.11.2017

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 151




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap