Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Amerikanın Koreya düyünü: ABŞ istənilən variantda məğlubiyyətə məhkumdur – Təhlil

Tarix 12.08.17, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Pyotr Akopov

vz.ru, 11.08.2017


Şimal Koreya ətrafındakı durum atrtıq o həddə qədər qızışıb ki, nəticədən asılı olmayaraq bir şeyi proqnozlaşdırmaq olar: ABŞ uduzub. Yəni onsuz da azalan geopolitik çəkisinin bir hissəsini də itirib – o cümlədən müttəfiqləri arasında. Məsələ ancaq bundadır ki, ABŞ-ın uduzması müharibəsiz məlum olacaq, yoxsa müharibə nəticəsində? Donald Tramp cümə günü bu cür yazıb: “Hərbi tədbirlər indi tam hazırlanıb, qüvvələr toplanıb və Şimal Koreya düşüncəsiz hərəkət edəcəyi halda döyüşə hazırdırlar. Ümid edirəm ki, Kim Çen In başqa yol seçəcək!”

ABŞ KXDR-i vuracaqmı?

Bu sual dünyada çoxlarını rahatsız edir. Dövlət katibi Tillersonun sakitləşdirici izahatlarına baxmayaraq dünyada qorxu güclənir.

Karib böhranı ilə müqayisə artıq çoxdan ümumi meyl olub (amma bu, tamamilə yanlışdır). İndi isə Tramp bu həftə “görünməmiş hiddət və atəş” təhdidi ilə Şimal Koreyanın dilinə keçdikdən sonra siyasətçilər I dünya savaşnı da yada salırlar. Deməli, Almaniya XİN başçısı Ziqmar Qabriel bildirib ki, “bu cür ritorika narahatlıq və təşviş üçün səbəbdir, biz I dünya savaşı dönəmindəki kimi lunatiklərtək müharibəyə cəlb ediləcəyik. Ancaq bu dəfə atom silahı vasitəsilə aparılan müharibəyə”.

Almaniya hökumətinin rəsmi mövqeyi Trampa haqq qazandırır, eyni zamanda Rusiya və Çini “KXDR-i sonrakı gərginlikdn çəkindirmək üçün gücləri çatan hər şeyi etməyə çağırır”.

Almaniyada daha açıq çağırışlar səslənir – Çin KXDR və ABŞ arasındakı münaqişənin həlli üçün kürəsəl məsuliyyəti öz üzərinə götürməlidir. “Tagesspiegel” qəzeti yazır ki, dünya nüvə müharibəsinin astanasındadır, lakin “dibsiz uçuruma yuvarlanmağı hələ də dəf etmək olar… burada hər şey birinci növbədə Çindən asılıdır”:

“Pekin sanksiyalar və diplomatiya vasitəsilə müharibə təhlükəsini azaltmaq, ya da hər şeyi öz axarına buraxıb durum üzərində nəzarəti tam itirməyə yol vermək iqtidarındadır. Birinci halda Çin kürəsəl məsuliyyəti bölüşməli, ikinci halda milli maraqları güdməyi davam etdirmək və xoşagəlməz problemin həllində əqrəbləri başqalarına doğru çevirməli olacaq… Kim və Tramp ən qəddar şəkildə Çinin xofu ilə oynayırlar. Hər ikisi Çini özünə tərəf dartmaq istəyir”.

Yəni Pekini çağırırlar ki, ABŞ-la yanaşı kürəsəl lider olsun – bu dünyanı nüvə müharibəsindən xilas etməyi sərgiləməklə. Özü də bu çağırışlar Almaniyadan, yəni ABŞ-ın yarlmüttəfiq-yarıvassalından səslənir. Əslində, bu, “yeni sünya düzəni” biçimləməyə çağırışdır – yeri gəlmişkən, məqalənin adı məhz bu cürdür:

“1962-ci ildə (Karib böhranı vaxtı-tərc.) ABŞ və SSRİ sazişə gəlməyə nail olub… 2017-ci ildə Koreya böhranı ABŞ və Çinin kürəsəl məsuliyyəti bölüşməli olacağı yeni dünya düzəninə şərait yarada bilər. Əks halda qan sel kimi axacaq”.

Burada Pekin və Vaşinqtona, yeri gəlmişkən, hələ Obama administrasiyasının çıxış etdiyi və Pekinin rədd etdiyi  “böyük ikilik” yaratmaq təklifi maraqlı deyil. Bu təklifin icrası indiki durumda isə daha mümkünsüzdür.

Başqa bir şey – bütün bu illər ərzində Avropada yığılan, olduqca ciddi dərəcəyə çatan ABŞ-a inamsızlıq maraqlıdır. Bir tərəfdən Avropa Amerikanın antirusiya sanksiyalarını saxlamaq qəsdilə ona təzyiqindən narazıdır. İkinci tərəfdən, Trampın Atlantik həmrəyliyinə şübhəsi, AB-i qəbul etmədiyi və NATO üzrə tərəfdaşlardan daha çox pul qoparmaq istəyi ona xoş gəlmir. Artıq ABŞ-ın Çinə qarşı mümkün sanksiyaları haqda söz-söhbət AB-i tam qıc halına salır – Çin AB üçün ən önəmli ticari-iqtisadi tərəfdaşdır. Koreya böhranı isə buna səbəb olur ki, siyasi elitası Trampı onsuz da qəbul etməyən Avropa atom müharibəsinin başlanacağından gerçək şəkildə qorxmağa başlayır.

Yekunda ABŞ, yəni Avropadakı mövqeləri, kiçik tərəfdaşı və onun kürəsəl qüdrətinin dayağı ziyan çəkir. ABŞ artıq beynəlxalq təhlükəsizliyin zəmanəti deyil, təhlükədirsə, onda bu, başqa dünyadır. AB-nin ayrı-ayrı ölkələri əvvəllər ABŞ-ın İraqa hücumu və yaxud hansısa hərəkətini mühakimə edə bilirdi, amma Koreya böhranı avropalıları ciddi şəkildə hürküdür.

Belə ki ABŞ istənilən halda olduqca ciddi nüfuz itkisinə məruz qalır. Avropada – çünki orada hələ də anlamırlar ki, Vaşinqton niyə dünyanı nüvə müharibəsi həddinə çatdırır. Qalan dünyada  – Asiya, Afrika və Latın Amerikasında görürlər ki, ABŞ-la münasibətlərdə yalnız nüvə silahı və sərt ahəng hegemonun təcavüzünü önləyə bilər.

Lakin ABŞ hər halda KXDR-i vursa, nə olacaq?

O zaman təbliğati və geopolitik uduşda qalacaqlar ki? Тəsəvvüredilməz iş baş verər ki?

Ən “sadə” variantı təsəvvür edək – nüvə silahı və KXDR raketlərinin  yerləşdiyi bir neçə məntəqəyə ABŞ zərbəsi. Bunun nəticəsində Koreya cəbbəxanasının yalnız bir hissəsi məhv ediləcək. Phenyanın əli isə (vəd etdiyi kimi) cavab zərbəsilə Huam adasına çatacaq və yaxud Cənub Koreyadakı Amerika bazalarına qarşı adi, qeyri-nüvə silahı (artilleriya) işlədəcək. Huama uçan raketlər yaxalana bilər, lakin Cənub Koreyadakı bazaları Şimal Koreya ordusunun “dənizdən atəş”indən tam qorumaq mümkünsüzdür. Bu, böyük qurbanlar – yüzlərlə, minlərlə amerikalı deməkdir. Və nədir? Cavabında Tramp artıq KXDR ərazisində bütün strateji obyektləri bombalamağa başlayacaq? Milyonlarla qurban və Koreya xalq ordusunun 50 milyonluq Cənub Koreyanın bütün ərazisinə cavab zərbələri ilə? Xatırlayaq ki, Çin KXDR-ə söz verib – kiminsə ordusu 38-ci paraleli keçsə, onda Phenyanın köməyinə gələcək. Bu, sözün hərfi mənasında sərsəmlikdir, Tramp və generalları heç də dəli olmayıblar.

Amma təsəvvür edək ki, bu cür müharibə, özü də ən az qan tökülən variantda baş verib. Möcüzə baş verir: KXDR-in ilk zərbəyə cavabı zəif çıxır, cəmi bir neçə yüz adam həlak olur, Amerikanın bir sıra hərbi bazalara cavab zərbəsindən sonra Phenyan cavab vermir və müharibə sirli şəkildə başa çatır. Yekunda nə olacaq?

ABŞ bütün dünyaya göstərir ki, sözə baxmayan ölkəni cəzalandıra bilər? Xeyr – axı KXDR-in nüvə və raket proqramı tam məhv edilməyəcək (bunun üçün ölkənin yarısını bombalamaq lazımdır), deməli, Phenyan onu davam etdirəcək – özü də ikiqat enerji ilə. ABŞ həlak olmuş əsgərlərini dünyanın “sərsəm manyak Kim”in əlindən xilas edənlər  kimi, sadəcə, dəfn edəcək? Amma xeyr, xilas etməyiblər – budur, o, Phenyanda əyləşib və ABŞ-ın ünvanına lənətlər göndərir. ABŞ-ın Çinlə münasibətləri sadəcə korlanmayacaq, Rusiya ilə münasibətdən daha pis olacaq. Azərbaycan Rusiya üçün nədirsə, KXDR Çin üçün odur. Amerikanın bizimlə qonşu bu respublikaya hücumu bizim ölkəmizdə necə qəbul edilərdi?

Uzaq Şərqdə vəziyyət kəskincəsinə gərginləşəcək. Cənub Koreya Amerika qoşunlarından canını qurtarmağa cəhd edir ki, milyonlarla vətəndaşının həyatını ABŞ şıltaqlıqlarından asılı qoymasın. Bu zaman bölgədə təkcə Cənub Koreya ilə Yaponiya arasında deyil, həm də ABŞ-la Çin arasında qızğın silahlanma başlanacaq. 

Belə ki, KXDR ilə hətta kiçik bir müharibə beynəlxalq münasibətlərə fəlakətli təsir edəcək və dünyada ABŞ “səhmləri”ni çökdürəcək. Və yeri gəlmişkən, Amerikadaxili siyasi mübarizədə tərəflərdən heç birinə xeyri olmayacaq – çünki onun nəticələrindən rəqib üzərində qələbə çalmaq üçün nə Tramp, nə də düşmənləri istifadə edə biləcəklər. Axı bu, yarımçıq və qələbəsiz müharibə olacaq. Amma onu başa çatdırmaq, yəni “Kimi məhv etmək” üçün Çinlə tamdəyərli III dünya savaşı başlamaq lazım gələcək.

Aydındır ki, bu cür ssenari yalnız fərziyyə kimi nəzərdən kerçirilə bilər və məhz buna görə də ABŞ-ın KXDR-ə zərbə ehtimalı sıfıra yaxındır. Amma sıfıra bərabər deyil. ABŞ-ın Koreya böhranından çıxmaqda uduş variantı yoxdur – nüfuzunn itirilməsi istənilən halda baş verəcək. Lakin tədricən hər şeyi əyləmək və Phenyanla danışıqlara getmək bir məsələdir və nüvə həddində müharibəyə gedib sonra onsuz da həmin danışıqlara başlamaq tam başqa bir məsələdir. İkinci halda ABŞ üüçün geopolitik zərər müqayisə edilməz dərəcədə çox olacaq.

Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 910




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap