![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
Aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qayda qəbul edildi - Nələr olacaq?
Tarix 28.06.24, 12:33 |
|
![bitmap-img6](http://azfakt.com/photos/ekin-sepin-traktorlajpg-1681461523.jpg)
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsi nəzərdə tutulur.
AzFakt.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Sənəd ölkə prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb.
Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.
Hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.
Bundan başqa, Torpaq Məcəlləsinin 13-cü maddəsində ümumi şəkildə müəyyən olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bu isə torpaqdan istifadəyə nəzarət çərçivəsində, o cümlədən istehsal və emal təyinatlı tikililərin aparılması, müvəqqəti tikililərin həyata keçirilməsi baxımından çətinliklər yaradır. Belə ki, tikintilərin aparılmasının qayda və şərtləri baxımından tənzimləmə mexanizmi olmadığından bu normanın icrasında problemlər yaranırdı.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin aparılması ehtiyaclardan irəli gəlir və bu kənd təsərrüfatının inkişafı baxımından vacibdir. Bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcək. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması Məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcək.
Bununla da kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması həyata keçirilə biləcəkdir və bu tikililərin inşa edilməsi və quraşdırılması Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tənzimlənəcəkdir.
Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər:
- sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər;
- tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçinin və ya icarəçinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
- istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir. Belə ki, suvarma infrastrukturu daha kiçik sahələrdə də quraşdırıla bilər.
Qeyd olunan tikililər, həmçinin tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Aparılan tikinti barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kənd təsərrüfatı istehsalçıları və emalçılarının bu sahəyə investisiya qoyuluşunun artmasına, torpaqlardan daha səmərəli istifadənin artırılmasına, mülkiyyət hüquqlarının qorunmasına şərait yaradır.
Qanun layihəsi tikinti əmsalından qismən istifadə edildikdə, habelə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin bir hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallarda və bu kimi digər hallarda tikintilərin həyata keçirilməsi qaydası və şərtlərini də ətraflı tənzimləyir.
Bu qanun yalnız kənd təsərrüfatı yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün həyata keçirilən tikinti obyektlərinin həyata keçirilməsini nəzərdə tutur və torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsini qadağan edir.
Bütövlükdə qanun layihəsi kənd təsərrüfatı istehsalçılarının və emalçılarının müvafiq maliyyə resurslarına asan çıxışının təmin edilməsinə, infrastrukturun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsinə, kənd təsərrüfatının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsinə, kənd təsərrüfatının davamlı inkişafına, dövlət xidmətlərinin optimallaşdırılmasına və səmərəli idarəetmə sisteminin qurulmasına, aqrar sahədə keyfiyyət dəyişikliyinə və emal sənayesinin inkişafına, kənd yerlərində əhalinin məşğulluq imkanlarının artırılmasına şərait yaradacaq.
Qanun layihəsi hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə öyrənilib və ondan istifadə olunub.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Xəbərin oxunma sayı : 694
Sosial
Xəbərlər
-
“Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur“ - Stoltenberq
-
“Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məqsədəuyğun deyil“ - Paşinyan
-
Hakim partiyadan namizədlərlə bağlı açıqlama – “Bəzi seçki dairələrində...”
-
Çingiz Mehdiyevlə həyat yoldaşı üz-üzə gəldi - "Qızımı əlimdən aldı"
-
“Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6,5%-dək endirəcək“ - Proqnoz
-
Prezident İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR
-
Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? - İDDİA
-
Ukraynada dövlət çevrilişi hazırlayan mütəşəkkil dəstə ifşa edilib - FOTOLAR
-
Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi: Yeni qayda
-
Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi
-
“AccessBank” kapitalını kəskin – AZALDIR
-
Deputat Bəhruz Məhərrəmov yola salınır? - İDDİA
-
Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var
-
20 min NATO əsgəri sərhəddə yeridildi - Belarusda ciddi narahatlıq və gərginlik yaratdı
-
Bakıda 20 yaşlı qadın öldürüldü: Qardaşı könüllü təslim oldu
-
Qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir? - VİDEO
-
ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-dakı rolunu qoruyub saxlayacaq - Stoltenberq
-
Paytaxt yollarında tıxac yarandı - SİYAHI
-
“Münasibətlərimizdə bir az soyuqluq var idi, yenidən birləşdirdilər...“ - Namiq
-
“Instagram”da qalmaqallı yenilik - Boşanmaların sayı artacaq
-
Əmək pensiyaları ilə bağlı dəyişikliyin hansı üstünlükləri olacaq? - VİDEO
-
Sabahdan taksi fəaliyyətində yeni era başlayır - VİDEO
-
Naxçıvana biletlərin qiyməti dəyişməyib- AZAL
-
Dünyanın 10 ən yaxşı qapıçısı - SİYAHI
-
Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA/VİDEO
-
Bakı-Naxçıvan üzrə aviabilet qiymətləri 70 manat oldu – Yeni tariflər
-
Avtobus və metroda gediş haqqı 50 qəpik oldu – RƏSMİ
-
“Zibil pulu” 3 dəfədən çox artırıldı – RƏSMİ
-
Qızıl kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO
-
“Aİ-92“ markalı benzin və dizel bahalandı – Yeni qiymətlər
-
Tarif Şurası yeni qərar verdi - Bu tariflər dəyişdirildi
-
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq - RƏSMİ
-
Vergi ödəyiciləri ən çox nədən şikayət edirlər? – Siyahı
-
Bakıda gecəyarısı söküntü qalmaqalı: Evindən sürüklənərək çıxarılan qadın danışdı (VİDEO)
-
Türkiyədə restoranda partlayış: 5 nəfər ölüb, 63 nəfər yaralanıb
-
“Bu, Putinə müharibəni davam etdirməyə stimul verir” - Rasmussen
-
Pensiyalarla bağlı qanuna dəyişiklik - İyulun 1-dən etibarən...
-
Yasamal rayonunda ağacların kəsilməsi faktı aşkarlanıb – Akt tərtib olunub
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
-
Suriya və Türkiyə Bağdadda dialoqa başlayacaq - KİV
-
14 yaşlı Əliəsgərin köməyə ehtiyacı var - FOTO
-
“Tramp prezident seçilsə, ABŞ Ukraynaya dəstəyi dayandıracaq“ – alman siyasətçi
-
Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib
-
Göygöldə müəmmalı ölüm - İki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı
-
Yeni Kaledoniyada parlament seçkiləri keçirilir - Birinci turda iğtişaşlar baş verib
-
“28 May“ stansiyası önündə təmir nə zaman bitəcək? - Açıqlama
-
Süni intellektin inkişafı elektrik istehlakını kompensasiya edəcək - Bill Qeyts
-
Bank bahalı maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR
-
Keşlədə hərbi sursatlar aşkar edilib - FOTO + VİDEO
-
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb (VİDEO)
-
“Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk ediblər” – Müdafiə Nazirliyi
-
Qadın evindən zorla çıxarıldı - Bakıda gecə söküntüsü + VİDEO
-
Demokratların Baydeni əvəzləyəcək alternativi yoxdur - “Time“
-
Astarada namus üstündə qətl törədildi - TƏFƏRRÜATLAR
-
MİT rəhbəri Haniyə ilə danışdı - Nələr müzakirə edilib?
-
DİN və DSX əməliyyat keçirdi: 180 kq narkotik ələ keçirildi (FOTO/VİDEO)
-
Ərdoğan Şuşaya səfər edəcək - Gələn ay
-
Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ
-
Donorlar Baydenin əvəzlənməsini istəyirlər - Bloomberg
-
Müğənnilərin yeni toy qiymətləri - 25 min manata oxuyan kimdir?
-
Qohum evliliyinə qoyulan qadağa hazırda nişanlı olanlara da şamil edilir? - VİDEO
-
Bakının bu ərazisindəki evlər sökülür: Yerində park salınacaq - VİDEO
-
Məhərrəm ay qabağı restoranlarda qiymət necədir? - VİDEO
-
Çimərlikdə boğulma Xəzərin ən çox bu hissəsində baş verir - VİDEO
-
AVRO-2024: İtaliya turnirlə vidalaşdı
-
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub - VİDEO
-
Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir
-
Bu yeniləmə kompüterləri “çökdürür”: Ehtiyatlı olun
-
Üç qızı ilə yüksək nəticə göstərən müəllim: “İşi itirmək qorxusu vardı“
-
Deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb - MSK
-
Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir? - VİDEO
-
İsmayıllıda torpaq sürüşməsi - Kənd sakinləri köçürülür
-
Daşkəsəndə dağ uçqunu olub - Magistral yol qismən bağlanıb
-
Rusiyanın itkiləri 540 mini keçdi – Tam siyahı
-
Parlament seçkilərinə start verildi: Təqvim Planı təsdiqləndi - DETALLAR
-
Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? - VİDEO
-
Nazirlikdə yeni təyinat: Ceyhun Bayramovun kürəkəninə yüksək vəzifə verildi - FOTO
-
“Əmək pensiyaları haqqında” qanuna daha bir dəyişiklik oldu - İlham Əliyev təsdiqlədi
-
Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
-
“Akkuyu“ AES-in əməkdaşlarını daşıyan avtobus aşıb - Ölən və yaralananlar var
-
Marketlərdə satılan “xəstəlik”: Onlara pul xərcləməyin
-
Bölgə çimərliklərində qiymət və keyfiyyət hansı səviyyədədir? - VİDEO
-
İranda prezident seçkiləri: Məsud Pezeşkian 42.6% səslə liderlik edir
-
Məhkəmə generalları həbs etdi - Dövlət çevrilişinə görə
-
Yağış yağacaq, leysan olacaq – Sabahın havası
-
“Şirinliy“ə görə etiraz edən həkim işdən çıxarıldı - VİDEO
-
Pakistanda dəhşətli istilər - 600-ə yaxın insan istidən ölüb
-
Azərbaycanda dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı
-
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
-
Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq
-
Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?
-
Bakının bu ərazisində də evlər sökülür - VİDEO
-
Əhaliyə xəbərdarlıq - Bu gün 13:00-adək...
-
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
-
Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq (VİDEO)
-
Bu rayona güclü sel gəldi: 81 nəfər təxliyə olundu
-
AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür
-
Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər
-
İranda prezident seçkiləri: Pezeşkian yenidən önə keçdi
-
“Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb“ - Mariya Zaxarova
-
Amerikaya “ağıllı prezident” başçılıq edərsə, Rusiya və Çin ABŞ-nin düşməni olmayacaq - Tramp
-
Türkiyəli məşhurların milyonluq gəlirləri - “Forbes“in siyahısı
-
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
-
Azərbaycanda ən çox nələri reklam edirlər? – Siyahı
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib - Nələr müzakirə edilib? (FOTO)
-
Bakıda qıza görə başından güllələnən Turalın sevgilisi danışdı - “Məni şantaj edirdi“ + VİDEO
-
Qızılın qiyməti kəskin ucuzlaşdı - Bazarda son vəziyyət + VİDEO
-
MSK seçki qrafikini elan edəcək – Seçki dövrü qanunla necə tənzimlənir?
-
Su xətlərinə necə qoşulmaq olacaq? - Yeni qaydalar
-
Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır - Sahibkarların fürsətə çevirdiyi dövr
-
Azərbaycan və ABŞ enerji sahəsində güclü əməkdaşlıq qurub - Samir Şərifov
-
“Qafqazda sülhün təmin olunmasına dəstək verməyə davam edəcəyik“ - Yaşar Gülər
-
Naxçıvan Ali Məclisi buraxıldı - Yeni seçkinin tarixi açıqlandı
-
Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
-
Azərbaycanda hamama gedənlərin sayı azalıb? – Rəsmi statsitika
-
Pirsaat çayı daşdı, Qubalıbaloğlan 1 metr su içində qaldı - VİDEO
-
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə bir arada: “Biz bölgədə sabitlikdə maraqlıyıq“
-
“Azərişıq“ sədri vətəndaşları qəbul etdi - Ağcabədidə
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
TOP 10
ARXİV