“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Azərbaycanda hamama gedənlərin sayı azalıb? – Rəsmi statsitika

Tarix 28.06.24, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi  11 milyard 411,6 milyon manat olub və bunun 1 milyard 262,8 milyon manatı məişət xidmətlərinin payına düşüb.

Yeniavaz.com xəbər verir ki, əhaliyə göstərilən məişət xidmətləri əvvəlki illə müqayisədə dəyər ifadəsində 275,4 milyon manat artıb.
Məişət xidmətləri sahəsində ən böyük dövriyyə nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmətlə bağlı sahədə olub. Bu sahədə il ərzində ümumi dövriyyə 558,6 milyon manat olub.
İkinci sırada məişət maşın və cihazlarının təmiri, onlara texniki xidmətin göstərilməsi sahəsi yer alır ki, burda da ümumi dövriyyə 105,3 milyon manat olub.
Üçüncü yerdə bərbərxana xidməti dayanır və bu sahədə ümumi dövriyyə 99 milyon manat olub.
Onu da bildirək ki, son 6 ildə bərbərxana xidmətlərində dövriyyənin həcmi təxminən 25% artıb.
Ümumiyyətlə əhaliyə göstərilən məişət xidmətlərinin əksəriyyəti üzrə artım baş verib. Ən çox azalmanın olduğu sahə isə hamam xidmətləri olub. Belə ki, 6 il əvvəl ölkədə hamam xidmətləri sahəsində 8 milyon 29,7 min manat dövriyyə olduğu halda, ötən il 6 milyon 928,6 min manata düşüb.



Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap