“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi –11 müxalifətçiyə 128, 5 min avro ödənməlidir

Tarix 26.09.19, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 26-da Azərbaycanla bağlı 11 şikayət üzrə qərarını açıqlayıb, hökuməti 128 min 500 avro cərimələyib.

Məhkəmənin məlumatına görə, bu qərar ərizəçi kimi 2010-2011-ci illərdə etiraz mitinqlərində iştiraka görə inzibati həbsə məruz qalmış 11 müxalifətçi barədədir.

Bundan əlavə, 2011-ci il 2 aprel mitinqində iştiraka görə onlar 1 ildən 3 ilədək mühakimə olunublar.

AİHM onların Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı hüququ), 11-ci (dinc toplaşma hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu müəyyən edib.

Verilən məlumata görə, Müsavat Partiyası başqanı Arif Hacılı və AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının hər birinə 11 min 500 avro ödənməlidir.

Bundan başqa, hazırda başqa ittihamlara görə həbsdə olan AXCP fəalı Babək Həsənov və daha 6 nəfər müxalifətçiyə də eyni məbləğdə kompensasiya verilməlidir. Qalan iki müxalifətçiyə də 10 min avro və ondan çox məbləğdə kompensasiya ödənilməli olduğu qeyd edilir.

Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə bütün fundamental azadlıqlar tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi



Xəbərin oxunma sayı : 982




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap