“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs

Tarix 08.09.26, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda avtobuslarda cibgirlik edən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Bakı şəhərində anadan olmuş V.B. barəsində oğurluq maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, sözügedən şəxs Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayır. O, oğurluqları Nizami rayonunda, “Koroğlu” metro stansiyasının yaxınlığından avtobusla evinə gedib-gələrkən törədib.

V.B.-nin digər oğurluq hadisələrini də törətdiyi məlum olub.

Belə ki, həmin avtobusda S.H. adlı zərərçəkmiş tələbəyə məxsus “Redmi Note 13” markalı mobil telefonu, fərdi əməklə məşğul olan F.D. adlı zərərçəkmişə məxsus “Redmi Note 12 Pro” markalı mobil telefonu oğurlayıb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilərək ifadəsində bildirib ki, məhkumluğu olduğu üçün heç bir iş yeri onu qəbul etmir və iş tapa bilmir. İş tapa bilmədiyi və borclarını ödəyə bilmədiyi üçün oğurluq etdiyini deyib.

O, törətdiyi əməlləri etiraf edib və cinayətləri təkbaşına törətdiyini bildirib. Onun sözlərinə görə, heç kim əməllərini görməyib və telefonları gizli şəkildə oğurlayıb. Telefonları tanımadığı şəxslərə satıb, əldə etdiyi pulları isə xərcləyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.




Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap