Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Avtomobillərdən oğurluq edən dəstə üzvləri saxlanılıb – Foto

Tarix 11.10.17, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində avtomobillərin ehtiyat hissələrini oğurlayan dəstə üzvləri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 8-ə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Saxlanılan şəxslərin ətraflarında aparılan əlavə tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etmələri müəyyənləşib.

Azər Güləliyevin bu ilin iyun-sentyabr aylarında şəhərdə daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurladığı da məlum olub.

Elxan Sultanovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun ötən ilin dekabr ayında və cari ilin sentyabr ayından indiyədək olan müddətdə şəhər ərazisində əlavə 6 avtomobildən akkumulyator və yaddaş kartı oğurlaması da üzə çıxıb.

Saxlanılan şəxslərin oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədova satdıqları müəyyənləşib. Həmin şəxslər də müəyyən edilərək izahatlarının alınması üçün polis idarəsinə gətirilib. Metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.







Xəbərin oxunma sayı : 124




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap