“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Aylarla xəstəyə baxmayan həkimlər aşkarlandı - TƏBİB-dən xəbərdarlıq

Tarix 19.12.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


"Biz artıq il yarımdır ki, həkimlərin fəaliyyətinin monitorinqini aparırıq. Bəli, həkimlərimizin arasında xəstələrlə ünsiyyət qurmayan, hətta monitorinq dövründə bir ay ərzində heç bir xəstəyə baxmayan həkimlər də aşkarlanıb"...

AzFakt.com xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Qeyd edib ki, bu həmin həkimlərin bilik səviyyəsinin və ya ünsiyyət bacarıqlarının yetərli olmadığını, eləcə də tanınmadığını göstərir.

"Bu səbəbdən optimallaşma layihələri çərçivəsində hansı ki, son vaxtlar stomatoloqlarla bağlı həyata keçirilən tədbirlər buna nümunədir, həmin həkimlərlə bağlı müvafiq addımlar nəzərdə tutulub. Onlara bir ildən artıq müddət əvvəl xəbərdarlıq edilmişdi ki, fəaliyyətlərini düzgün tənzimləsinlər və vətəndaşlara keyfiyyətli xidmət göstərsinlər ki, müraciətlərin sayı artsın.

Lakin bir il- il yarım davam edən nəzarətin nəticələri göstərdi ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur və hələ də ay ərzində bir nəfər belə xəstəyə baxmayan həkimlər mövcuddur. Buna görə də bu hallarla bağlı konkret tədbirlərin görülməsi nəzərdə tutulur və müvafiq addımlar atılacaq".



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap