“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“ATF“ bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb - TENDER

Tarix 18.12.25, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF” MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF” MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüququ ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşən şirkətin qanuni təmsilçisi Azad Muradovdur.  

Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşları tərəfindən təsis edilib. Şirkətin adı da onların adlarının baş hərflərindən götürülüb.  Açıq mənbələrdə "ATF” MMC haqqında heç bir məlumat yoxdur. Mediada isə şirkət "tender kralı” kimi tanınır. 

"ATF” MMC əsasən yerli icra hakimiyyətlərinin yol təmirləri ilə bağlı elan etdiyi tenderlərin qalibi seçilir. Şirkətin bu sifarişləri yerinə yetirmək imkanına malik maddi-texniki bazasının olub-olmadığı bəlli deyil. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "ATF” MMC cari ildə 9 tenderin qalibi seçilib. Həmin tenderlər Ağsu, Balakən, Oğuz, Ağdaş, Qəbələ, İsmayıllı rayon icra hakimiyyətləri, Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi və Qəbələr Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər Nümayəndəliyi tərəfindən keçirilib. 

Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 6 178 578,67 manatdır. 



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap