“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Tramp Venesueladan gələn tankerlərə blokada tətbiq etdi - Tankerlərin girişinə qadağa qoydu

Tarix 17.12.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Venesuela limanlarının sanksiya altında olan neft tankerləri üçün bağlanacağını elan edib.

Bu barədə o “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Venesuelanın sərvətlərini ələ keçirməyə calışan ABŞ Prezidentin sözlərinə görə, bu tankerlərin limanlarına daxil olmasına və ölkəni tərk etməsinə tam qadağa qoyulacaq.

Donald Tramp iddia edib ki, Venesuela hakimiyyəti terror fəaliyyəti, narkotik qaçaqmalçılığı və insan alverində iştiraka görə xarici terror təşkilatları siyahısına salınıb. Prezident eyni zamanda sanksiya obyektinə çevrilmiş bütün tankerlərin Venesuelaya gəlişinə və çıxışına qarşı “tam blokada” barədə göstəriş verdiyini açıqlayıb.

Trampın sözlərinə görə, blokada Cənubi Amerikanın tarixində indiyədək toplanmış “ən böyük hərbi armada” tərəfindən həyata keçiriləcək. ABŞ Prezidenti bununla Karib dənizində yerləşdirilmiş və dünyanın ən iri aviadaşıyan gəmisi olan “Gerald Ford”un başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşmasını nəzərdə tutub. Sözügedən donanma Trampın göstərişi ilə regiona göndərilib.

Ekspertlərin fikrincə, Venesuela limanlarına giriş-çıxışı məhdudlaşdırılacaq tankerlərin dəqiq sayı hələlik məlum deyil. Səbəb isə ondan ibarətdir ki, müxtəlif tankerlərə fərqli sanksiya rejimləri tətbiq oluna bilər.

Xatırladılır ki, ötən həftə ABŞ hərbçiləri məhkəmə qərarı əsasında Venesuela neftini Kubaya və Çinə daşıyan tankerlərdən birini saxlayıblar. Həmin gəminin daha əvvəl İran neftinin qanunsuz daşınmasında istifadə edildiyi bildirilirdi.

Bununla belə, analitiklər hesab edirlər ki, bu addım Venesuela üçün neft satışından əldə olunan valyuta gəlirlərinin ciddi şəkildə azalmasına səbəb olacaq.

ABŞ-nin Venesuela sahilləri yaxınlığında yerləşdirdiyi hərbi-dəniz qruplaşmasının rəsmi məqsədinin Latın Amerikası narkokartellərinin Venesuela ərazisindən ABŞ-a narkotik tranzitinin qarşısını almaq olduğu bildirilir. Bununla yanaşı, Karakas Vaşinqtonun Venesuelaya qarşı hərbi müdaxiləyə hazırlaşdığını iddia edir.




Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap