“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - SIYAHI

Tarix 16.12.25, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvət alma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb.

AzFakt.com-un “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən boş torpaq sahələri müsadirə edilib.

Həmin əmlakların orta bazar dəyəri 164 min manat qiymətləndirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə Rüfət Hacıyevin özünün, valideynlərinin və həyat yoldaşı ilə qızının adına rəsmiləşdirilən daha çox əmlak isə həbsdən azad edilib:

- Abşeron rayonu, Xırdalan şəhərində mənzil;

- “Jeep” markalı (bu maşını barəsində cinayət işi başlanandan sonra satmaq istəmişdi-red) avtomobil;

- Quba şəhəri Heydər Əliyev prospektində və daha 3 ünvanda yerləşən mənzillər;

- Qubanın Təngəaltı, II Nügədi kəndlərində və şəhər ərazisində yerləşən torpaq sahələri.

Qeyd edək ki, Rüfət Hacıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən razı qalmayıb. Hazırda onun apellyasiya şikayətinə baxılır.



Xəbərin oxunma sayı : 175




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap