Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycan “İslam NATO”sunun üzvü olmalıdırmı? - TƏHLİL

Tarix 24.05.17, 3:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp prezident vəzifəsində ilk xarici səfərini Səudiyyə Ərəbistanına reallaşdırdı. Halbuki, Tramp seçki kampaniyası dövründə həm müsəlmanlar, həm də Səudiyyə Ərəbistanı əleyhinə fikirlər söyləmişdi. Deyirdi ki, Amerikanın dəstəyi olmadan Səudiyyə Ərəbistanı bir gün də mövcud ola bilməz.

Trampın seçki kampaniyasında nə deməsindən asılı olmayaraq onun Səudiyyə Ərəbistanına səfəri uğurlu alındı. Birincisi, Tramp Ər-Riyadda dünya tarixində bənzəri olmayan böyük silah anlaşmasına imza atdı. Bu anlaşmaya görə, Amerika 10 il ərzində Səudiyyə Ərəbistanına astronomik məbləğdə – 350 milyard dollar civarında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Bu anlaşma Səudiyyə Ərəbistanının hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində əsas gücə çevrilməsinə şərait yaradacaq. Tramp üçün isə bu anlaşma onun xarici və daxili siyasətdə ilk böyük uğuru sayıla bilər. Çünki, bu anlaşma hesabına Amerikanın gəlirləri artracaq və onminlərlə yeni iş yerləri açılacaq.

Trampın Səudiyyə Ərəbistanına səfərinin ikinci hissəsi Ərəb-İslam-Amerika Sammitində iştirak idi. Reallıqda isə söhbət Ər-Riyadda “İslam NATO”su deyilən qurumun yaradılmasının təməlinin atılmasından gedirdi. Bu ideya Trampa məxsus deyil. Ondan əvvəl Barak Obama administrasiyası da bu ideyanı dəstəkləmişdi. Əslinə qalsa ideyanın müəllifi Malayziyanın keçmiş baş naziri Mahatir Muhammaddır. O bu təklifi 2005-ci ildə irəli sürüb. Daha sonra təşəbbüsü Səudiyyə Ərəbistanı ələ alaraq Malayziya baş nazirinin ideyasını reallığa çevirmək üçün praktik addımlar atmağa başladı.

Bu ilin başlanğıcında bu mövzu yenidən gündəmə gələndə xarici xəbər saytlarından biri Azərbaycanın da İslam Hərbi Alyansına daxil olmaq barədə qərar verdiyini yazdı. O zaman Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın İslam Hərbi Alyansına qoşulması xəbərlərini təkzib etdi. Ancaq Donald Trampın Səudiyyə Ərəbistanında olduğu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin də Ər-Riyada dəvət olunması hər halda rəsmi Bakının İslam Hərbi Alyansına üzvlükdən imtina etmədiyini göstərdi. Əks halda Azərbaycan prezidenti başqa vaxt Səudiyyə Ərəbistanına getməyə üstünlük verərdi.
Səudiyyə Ərəbistanında Trampın da iştirak etdiyi toplantıya 40 dövlət başçısı və baş nazir qatıldı. ABŞ özü yeni yaranan quruma üzv olmayacaq. Ancaq aydındır ki, Vaşinqton “İslam NATO”suna hər cür dəstək verəcək. Alyansın lideri isə şəksiz Səudiyyə Ərəbistanıdır. Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də yeni təsis olunan qurumda ön planda olacaqlar.
Vaşinqton və Ər-Riyad “İslam NATO”sunu İranın regional fəaliyyətini məhudlaşdırmaqda görürlər. İranda liberal sayılan Həsən Ruhani ikinci müddətə prezident seçilsə də, həm Amerika prezidenti, həm də Səudiyyə Ərəbistanının kral ailəsi Tehranın siyasətindən narazıdırlar.
Birincisi, Vaşinqton və Ər-Riyad hesab edir ki, Tehran nüvə silahı əldə etmək istəyindən birmənalı əl çəkməyib.
İkincisi, hər iki dövlət hesab edir ki, Tehran əvvəlkitək bölgədəki müxtəlif silahlı qruplara, o cümlədən Hezbolah və Həməsə silah və maliyyə dəstəyi verir, Suriya, Yəmən və Livanda qarşıdurmalarda iştirak edir.
Nəhayət həm Ər-Riyad, həm də Vaşinqton hesab edir ki, İranda bütün hallarda söz sahibi mühafizəkar dairələrdir, prezident Həsən Ruhani istəsə belə, Tehranın xarici və təhlükəsizlik siyasətinin ana istiqamətlərini dəyişə bilməyəcək. Mühafizəkarlar isə Amerikanın bölgədəki müttəfiqlərini hədəf alıblar.

Buna baxmayaraq, İslam Hərbi Alyansının tək dərdi İran deyil. Belə olsaydı, Səudiyyə Ərəbistanının dəvətini Azərbaycan, Qazaxıstan və ya Pakistan qəbul etməzdilər. Bu ölkələrdən hər biri İrana qarşı sanksiyalarda iştirak etmək istəmir, ayırıcı xətlərdə deyil, regional əməkdaşlıqda maraqlıdırlar. Doğrudur, adları çəkilən hər ölkənin liderinin Səudiyyə Ərəbistanındakı toplantıda iştirakı Tehranda narahatlıq yaradıb, ancaq Bakı, Astana, İslamabad və ya Ankara hansı bloka qoşulmaq qərarını verməkdə sərbəstdirlər. Azərbaycan da bu mənada müttəfiqlərinin yanındadır. Blokun 3 üzvünün – Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın işğalçı Ermənistanla diplomatik münasibətləri yoxdur və torpaq bütövlüyü məsələsində birmənalı Azərbaycanın mövqeyini dəsətkləyirlər. Rəsmi Bakı yeni hərbi alyansa qoşulub-qoşulmamaq qərarını verərkən bu amili nəzərə almaya bilməz.
Ona görə də İlham Əliyevin Səudiyyə Ərəbistanı kralının Ər-Riyaddakı toplantıya qatılmaq qərarı doğru idi. Ancaq bu o demək deyil ki, rəsmi Bakı İslam Hərbi Alyansına qoşulmaq qərarını artıq verib. Hər halda Tehranın və Moskvanın reaksiyaları nəzərə alınacaq.
Buna baxmayaraq, təhlükəsizlik baxımından İslam Hərbi Alyansına üzvlük Azərbaycanın xeyrinədir.
Birincisi, İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi İslam Hərbi Alyansı da Ermənistanı işğalçı adlandıracaq. Bu isə o demək olacaq ki, Vaşinqtonun dəstək verdiyi qurum Dağlıq Qarabağ məsələsində birmənalı Azərbaycanın yanında qərar tutmalıdır.
İkincisi, İslam Hərbi Alyansı NATO-ya bənzəmək istəyirsə ümumi nizamnamə qəbul ediləcək. Başqa sözlə İslam Hərbi Alyansında NATO-dakı 5-ci maddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq.

“Atlas”Araşdırmalar Mərkəzi 



Xəbərin oxunma sayı : 1558




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap