“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

Tarix 11.11.25, 12:33

Font ölçüsü : - / +
bitmap-img6


Zəfər Günü Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar ölkəmizin bir mənbədən asılı olmadığını sübut edir. 

Modern.az-ın apardığı araşdırmaya görə, Azərbaycan 10-dan artıq ölkədən silah və texnika alır.

Son illər Türkiyə, İsrail və Pakistandan alınan hərbi məhsullar ordumuzun dəqiq zərbə qabiliyyətini artırıb.

Paradda İsrail istehsalı olan sistemlərin kütləvi iştirakı diqqəti çəkib. Paradda nümayiş etdirilən "Elbit Systems" şirkətinin PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən "Predator Hawk" raketləri konteynerlərdən buraxılır və təxminən 300 kilometrə qədər məsafədəki hədəflərə dəqiq zərbə endirmək gücünə malikdir.

"Rafael" şirkətinin "IceBreaker" əməliyyat-taketiki raketləri də ilk dəfə paradda nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı tətbiq edilən 624 millimetrlik "LORA” əməliyyat-taktiki raket kompleksi xüsusi diqqət çəkib. Bunlardan başqa İsrail istehsalı zirehli texnikalar, pilotsuz uçuş aparatları və digər texnikalar paradda iştirak edib.

Türkiyədən alınan "Roketsan" şirkətinin istehsal etdiyi TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemləri paradın mühüm hissəsini təşkil edib. Bu sistemlərin pilotsuz uçuş aparatları ilə birgə işləyə bilən lazer və GPS/INS yönümlü məhvetmə qabiliyyətləri Azərbaycan prioritet verdiyi texnologiyalar sırasındadır. Eyni zamanda "Bayraktar TB2" və daha ağır sinif "Akıncı" PUA-ları ölkənin pilotsuz uçuş aparatları parkının əsasını təşkil edir.

Çindən alınan HQ-9BE (FD-2000B) uzunmənzilli zenit-raket kompleksi 2025-ci ildə ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Açıq mənbə məlumatlarına görə, bu sistem 250–260 kilometrə qədər məsafədə hava hədəflərini nəzərə alma qabiliyyətinə malikdir və S-300, Buk və Tor kimi mövcud sistemi tamamlayaraq çoxlaylı hava müdafiəsi arxitekturasının "yuxarı qatını" gücləndirir.

Hərbi aviasiya sahəsində Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi JF-17 Block III qırıcılarının silahlanmaya qəbul edilməsi paradda diqqətə çatdırılıb. Block III versiyası AESA radarları və müasir hava-hava, hava-yer silahlarının inteqrasiyası ilə təchiz olunub və region üçün önəmli döyüş-aviasiya qabiliyyəti təqdim edir.

İtaliya istehsalı C-27J Spartan taktiki nəqliyyat təyyarəsi isə paradda yeni daxil olmuş platformalardan biri kimi göstərilib, bu təyyarə qısa eniş zolaqlarında əməliyyat aparmaq və təxminən 11 ton faydalı yük daşımaq imkanına malikdir.

Artilleriya parkının yenilənməsi Avropa mənbələrindən də davam etdirilir. Belarus istehsalı "Polonez-M" sistemləri, Çexiyanın DANA və DITA haubitsaları, eləcə də Serbiyanın NORA B-52 haubitsaları paradda nümayiş etdirilib. Rusiyadan əvvəllər alınan texnikalar, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli maşınlar, həmçinin bəzi Avropa ölkələrindən alınan kiçik silahlar da paradda Azərbaycanın gücünü dünyaya göstərdi.

Nəticə etibarilə, Azərbaycanın silah tədarükü çoxmənbəli xarakter daşıyır. İsrail və Türkiyədən alınan dəqiq zərbə və PUA texnologiyaları, Çindən alınan strateji hava müdafiə sistemləri, Pakistandan alınan döyüş təyyarələri və Avropa mənbələrindən modern artilleriya kompleksləri Azərbaycanın hərbi potensialının həm coğrafi, həm də texnoloji baxımdan şaxələndiyini göstərir.



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap