“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanın dövlət borcu nə qədərdir? - Nazir açıqladı

Tarix 12.06.26, 12:30

Font ölçüsü : - / +
bitmap-img6


"Hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub”.

AzFakt.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Nazirin sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 faiz təşkil edib və bu, 22 faiz səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz-bəndi azdır. S.Babayev bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb. 

Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 faizi səviyyəsində olduğunu bildirib: "Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 faiz azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir”.

Nazir, eyni zamanda, Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli  bufer yaratmağa imkan verdiyini vurğulayıb.



Xəbərin oxunma sayı : 1084




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap