Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycan Xalq Cümhuriyyətinin 6 düşməni - FOTO

Tarix 28.05.20, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


1918-ci il mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdilər. 

Cənubi Qafqaz Respublikaları müstəqillik əldə etdikdən sonra onlar arasında münasibətlər gərgin olub.

Xüsusən, daşnakların hakimiyyətdə olduğu Ermənistan həm Gürcüstan, həm Osmanlı İmperiyası, həm də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək regionda gərginlik mərkəzinə çevrilmişdi.

1918-ci il iyunun 4-də Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalayan Ermənistan Yerevan və Eçmiədzin qəzalarını əhatə edən 12 min kvadrat kilometr ərazidə, 1 milyona yaxın sakini olan dövlət qurmağa razılıq verdi. Lakin Osmanlı İmperiyası üçün Birinci Dünya Müharibəsini sonlandıran Mudros müqaviləsindən sonra türk qoşunu regionu tərk etməli oldu. Bundan istifadə edən ermənilər noyabrda Qarakilsəni (indiki Vanadzor) və dekabrda isə Gümrü şəhərini ələ keçirdilər.

1919-cu ilin aprel-may aylarında isə daşnak qüvvələri Türkiyənin ağır vəziyyətindən istifadə edərək Qars şəhərini və ətraf əraziləri nəzarətə götürdü.

1918-ci il dekabrın 7-də isə Ermənistan Borçalını tam nəzarətə almaq üçün Gürcüstana hücum etdi. Gürcüstan-Ermənistan müharibəsi həmin il dekabrın  31-də başa çatdı.

1919-1920-ci illərdə Ermənistandan göndərilən emissarlar Zəngəzur, Naxçıvan və Qarabağda etnik gərginliyi alovlandırır, yerli erməniləri Azərbaycana qarşı üsyana çağırırdılar.

Fotoda Azərbaycan daxil olmaqla, qonşu ölkələrə qarşı işğalçılıq siyasəti yeridən Ermənistan hökumətinin rəhbər şəxsləri təsvir olunub.

Yuxarı cərgə, soldan sağa – Nikol Aqbalyan (Ermənistanın maarifçilik və mədəniyyət naziri), Abraam Gülhandayan (Ermənistanın daxili işlər və ədliyyə naziri), Sarkis Araratyan (Ermənistanın maliyyə naziri)

Aşağı cərgə, soldan sağa – Avetik Saakyan (Ermənistan parlamentinin sədri), Aleksandr Xatisyan (Tbilisinin keçmiş meri, Ermənistanın baş naziri), Xristofor Araratyan (Ermənistanın hərb naziri).



Mənbə: Modern.az 



Xəbərin oxunma sayı : 790




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap