Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Azərbaycana qarşı qərəzli davrandı, ləğv edildi – VİDEO

Tarix 17.09.21, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Bankı hər il tərtib etdiyi “Doing Business” reytinqindən birdəfəlik imtina edir. Reytinq dünya ölkələrinin iqtisadi inkişafını və sahibkarlıq mühitini əks etdirirdi və öz sahəsində çox nüfuzlu idi.

“Doing Business” reytinqinin ləğvi bəzi ölkələrin iqtisadi göstəriciləri ilə bağlı qərəzə yol verməsi ilə əlaqələndirilir. Həmin ölkələrdən biri də Azərbaycandır.

Belə ki, Dünya Bankının Daxili Audit strukturları 2020-ci il üzrə tərtib olunan reytinqdə 34-cü pillədə yerləşdirdiyi Azərbaycanla bağlı məlumatlarda təhrifə və qeyri-dəqiqliyə yol verildiyini aydınlaşdırıb.

Müvafiq araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanla bağlı 3 istiqamətdə aparılan islahatlar “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilməyib və daha az bal verilib.

Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5-ə qədər artırılıb. Bununla da ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.

Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilib.

Paralel olaraq, araşdırmalar 2018-ci ildə Çinin, 2020-ci ildə isə Səudiyyə Ərəbistanının reytinqində yer alan iqtisadi göstəricilərin məqsədli şəkildə artırıldığını müəyyən edib.

Dünya Bankının “Doing Business” reytinqi son 17 ildə biznes sahəsində ən nüfuzlu reytinq sayılırdı.

Daha ətraflı Baku TV-nin süjetində:







Xəbərin oxunma sayı : 916




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap