“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda problemli kreditlərin payı dördillik minimuma enib - Mərkəzi Bank

Tarix 25.11.20, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin oktyabr ayının 30-na Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 006,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 63 mln. manat və ya 5,9% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 266,6 mln. manat və ya 20,9% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 378,4 mln. manat və ya 27,3% azalıb.

Qeyd edək ki, oktyabr ayının 30-na problemli kreditlərin cəmi kreditlərdə payı 6,8% təşkil edib. Bu, 2016-cı ilin mart ayından bəri ən aşağı göstəricidir. Bu göstərici sentyabrın 30-da 7,2%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 9,6% olub.

Xatırladaq ki, “Fitch Ratings” beynəlxalq agentliyi 2021-ci ildə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payının 10% həddini aşacağını proqnozlaşdırır.



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap