Aygün Kazımovadan cazibədar paylaşım - FOTO Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO Səmra alt paltarında paylaşım etdi - FOTO
Axtar
 
  • / Maqazin / — 16 May 2022

    Aygün Kazımovadan cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 14 May 2022

    Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO

  • / Maqazin / — 06 May 2022

    Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO

  • / Maqazin / — 29 Aprel 2022

    Səmra alt paltarında paylaşım etdi - FOTO

  • / Maqazin / — 26 Aprel 2022

    Damla qırmızı şortikdə poz verdi - FOTO

  • / Maqazin / — 11 Aprel 2022

    Rəqqasə Renka evlənir: “Münasibətimiz ciddidir” - VİDEO

Azərbaycanda pulsuz plastik kart verən banklar hansılardır? - SİYAHI

Tarix 26.01.22, 10:48

Font ölçüsü : - / +
bitmap-img6


Tamamilə pulsuz verilən kartlara çox az bankda rast gəlmək mümkündür, amma yenə də bankların öz şərtləri və tələbləri var. Bəzi bank kartları müştərilərə heç bir tələb olmadan tamamilə pulsuz verilir, digər kartlarda isə ilkin mədaxil məbləği tələb olunandan sonra pulsuz verilir.

AzFakt.com xəbər verir ki, Banker.az bu dəfə bankların pulsuz təklif etdiyi plastik kartları araşdırıb.

Hansı bankların pulsuz kart təklif etməsi barəsində ətraflı aşağıdakı məlumatlardan tanış ola bilərsiniz:

ABB

1. iCard – rəqəmsal kart internet vasitəsilə istənilən növ ödənişlərin aparılması üçün nəzərdə tutulmuş kartdır. iCard virtual kartını 8937 qısa nömrəsinə valyutaya uyğun açar sözü göndərməklə əldə edə bilərsiniz: AZN – “KARTAZN”, USD – “KARTUSD”, EUR – “KARTEUR”. Kartın qiyməti pulsuzdur və müddəti 1 ildir. Kartın uzadılması mümkündür, amma uzadılma müddəti 5 ili keçə bilməz. Bir nömrə üçün hər valyuta üzrə yalnız 1 ədəd kart əldə etmək olar. “SMS xəbərdarlıq” xidməti aylıq 0.40 AZN-dir. Nağdsız formada öz kart hesabından vəsaitin başqa kart hesabına pul köçürülməsi mümkün deyil. Onlayn alış-veriş zamanı istifadə mümkündür. Karta mədaxil formaları Card to card (Kart Transfer) və Cash to any card-dır. Kart balansı üzrə maksimal limit 100 AZN (və ya ekvivalenti),  illik məxaric limiti isə 1000 AZN (və ya ekvivalenti).

icard

icard

2. TamKart VISA Classic, TamKart MasterCard Standard – 5 illik kart xidmətinin qiyməti pulsuzdur. Ön tərəfi kredit, arxa tərəfi isə debet kartıdır. 24 ayadək taksit imkanı var. Nağd kredit əldə edə bilərsiniz. Hər ödənişdə kəşbək qazanmaq imkanı var. Taksit əməliyyatları, kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri zamanı kəşbək hesablanmır. ABB mobile-da qeydiyyatdan keçən kartdakı qalığa illik 2% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin maksimum 5 000 AZN-dək hissəsinə hesablanır. Faiz hesablanacaq minimal qalıq tələbi yoxdur. Kredit limiti isə 300 – 15 000 AZN, faiz 24%-dir, 5 ilədəkdir. ABB ATM-lərində nağdlaşdırma Kredit üzrə – 1.5% (min. 2 AZN); Debet üzrə – Aylıq 15 000 AZN-dək pulsuz, 15 000 AZN-dən yuxarı 1% (min. 1 AZN)dir. ABB-nin POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı minimum 3%, digər bankların POS-terminalları və elektron ticarət sistemi ilə birdəfəlik ödəniş zamanı 1%. Eyni kartla ay ərzində qazanılan maksimal keşbək məbləği – 300 AZN-dir.

tam kart

AZƏR TÜRK BANK

ATB CARD – 3 illik kart ödənişsizdir. Kartın qalığına illik 5% gəlir və faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə ediləcək. Bankın ATM-lərində nağdlaşdırma zamanı komissiya 0%, Azərbaycan ərazisində digər bankların ATM-lərində nağdlaşdırma zamanı komissiya ay ərzində 1 000 AZN-dək 0%, min nağdlaşdırılan məbləğ – 20 AZN. Konvertasiya, Fərqli valyutada alış-veriş zamanı konvertasiya, Kartdan karta xidməti, Sms bildiriş 0%-dir. Ödənişlər üzrə 3%-dək keşbek qazanmaq imkanı var. Bankın mobil tətbiqi, ATM və saytı vasitəsilə istənilən bank kartına 0%-lə köçürün. MilliÖn və Emanat terminalları vasitəsilə karta komissiyasız Aylıq 3 000 AZN/USD/EUR-dək – 0%, 3 000 AZN/USD/EUR-dan yuxarı – 0.5% (min. 0.10 AZN) mədaxil etmək olar.

tbb


BANK OF BAKU

1.Visa Gold – Hesaba minimal vəsaitin qoyuluşu 1000 AZN/USD/EUR təşkil edərsə, 1 illik Visa Gold Kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 1 illik xidmət – 20 AZN; Emissiya və 2 illik xidmət – 30 AZN və Emissiya və 3 illik xidmət – 40 AZN-dir. “Bank of Baku”-nun ATM və POS terminalları vasitəsi ilə nağdlaşdırma 1% (min. 1 AZN/USD/EUR), Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.5 AZN/USD/EUR) təşkil edir.

vg 1

2. Visa Classic – Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 1 illik Visa Classic Kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 1 illik xidmət – 8 AZN, Emissiya və 2 illik xidmət – 14 AZN, Emissiya və 3 illik xidmət – 20 AZN təşkil edir. “Card to Card” sistemi üzrə köçürmələr 0.2% (min 0.25 AZN / 0.25 USD / 0.25 EUR), “Bank of Baku”-nun ATM və POS terminalları vasitəsi ilə nağdlaşdırma 1% (min. 1 AZN/USD/EUR), Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.5 AZN/USD/EUR)dur.

vc
3. Mastercard Gold – Hesaba minimal vəsaitin qoyuluşu 1000 AZN/USD/EUR təşkil edərsə, 1 illik MC Gold Kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 1 illik xidmət – 20 AZN, Emissiya və 2 illik xidmət – 30 AZN, Emissiya və 3 illik xidmət – 40 AZN-dir. Card to Card” sistemi üzrə köçürmələr 0.2% (min 0.25 AZN / 0.25 USD / 0.25 EUR), “Bank of Baku”-nun ATM və POS terminalları vasitəsi ilə nağdlaşdırma 1% (min. 1 AZN/USD/EUR), Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.5 AZN/USD/EUR)dur.

mg 1

4.Mastercard Standart – Hesaba minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 1 illik MC Standard Kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 1 illik xidmət – 8AZN, Emissiya və 2 illik xidmət – 14AZN, Emissiya və 3 illik xidmət – 20AZN-dir. Card to Card” sistemi üzrə köçürmələr 0.2% (min 0.25 AZN / 0.25 USD / 0.25 EUR), “Bank of Baku”-nun ATM və POS terminalları vasitəsi ilə nağdlaşdırma 1% (min. 1 AZN/USD/EUR), Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.5 AZN/USD/EUR)dur.

mcs

5.Bolkart Gənc Debet – Hesaba minimal vəsaitin qoyuluşu 100 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq Bolkart Gənc Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Gənc Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 200 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart Gənc Debet kartını pulsuz əldə etmək mümkündür. Bolkart Debet kart istifadəçiləri kart hesablarında olan və 100 manatdan az olmayan qalığa illik 5% dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. “Bank of Baku”nun ATM və POS vasitələrilə nağdlaşdırma 0%, Yerli bankların ATM vasitəsi ilə nağdlaşdırma 1.5% (min. 1.5 AZN/USD/EUR), “Card to Card” sistemi üzrə köçürmələr 0.2%-dir.(min. 0.25 AZN/USD/EUR)

bg

6. Bolkart Ailə Debet – minimal vəsaitin qoyuluşu 150 AZN/USD/EUR təşkil edərsə, 12 aylıq Bolkart Ailə Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 250 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Ailə Debet kartını pulsuz, minimal vəsaitin qoyuluşu 300 AZN/USD/EUR təşkil edərsə, 36 aylıq Bolkart Ailə Debet kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 12 aylıq xidmət haqqı – 8 AZN, Emissiya və 24 aylıq xidmət haqqı – 14 AZN, Emissiya və 36 aylıq xidmət haqqı – 18 AZN-dir.

bl

7. Bolkart Gold Debet – Hesaba minimal vəsaitin qoyuluşu 500 AZN/USD/EUR təşkil edərsə, 24 və 36 aylıq Bolkart Gold Debet kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 24 aylıq xidmət haqqı – 50 AZN, Emissiya və 36 aylıq xidmət haqqı – 50 AZN-dir. Müştəri Bolkart Gold Kartı əldə etdikdə kartın qiymətinin 50%-i həcmində (25 AZN) hədiyyə BAL qazanır.

bgc

8. Bolkart Diamond Debet – Hesaba minimal vəsaitin qoyuluşu 7000 AZN/USD/EUR təşkil edərsə, 24 aylıq Bolkart Diamond Debet kartını pulsuz əldə etmək mümkündür. Emissiya və 24 aylıq xidmət haqqı – 150 AZN-dir. Həm ölkəxaricində, həm də ölkədaxilində istənilən POS terminallar və E- ticarət ilə ödəniş zamanı BAL-lar hesablanır. Bank of Baku terminalları ilə edilən ödənişlər daha çox BAL qazandırır.

bd

BANK BTB

BossCard– biznes fəaliyyəti ilə bağlı xərclərin ödənişi üçün sahibkarlara və hüquqi şəxslərə pulsuz təqdim olunan ödəniş kartıdır. Kartın müddəti 36 aydır və qiyməti pulsuzdur. Əməliyyatdan sonra kartda qalıq dərhal yenilənir. Nağdlaşdırma komissiyası 0.5% (min.1), gömrük və vergi ödənişləri 0.2% (min.0.50)dir. Nağdlaşdırma limiti 15 000 AZN-dir. Kredit xəttində son 3 ay orta aylıq dövriyyə: 30 000-100 000 arası olduqda – 5000 AZN 100 000 AZN-dən yuxarı olduqda isə – 10 000 AZN ayrıla bilər.

boss 1

BANK RESPUBLİKA

1. Digital Card (Rəqəmsal Kart) – Visa Digital Card məhsulu banka gəlmədən birbaşa Mobil Şöbə əlavəsində aktivləşdirilə bilər. Kartdan həmçinin bankın müştərisi olmayan istifadəçilərdə faydalana bilərlər. Kart yalnız virtual formatda təqdim olunur və fiziki olaraq çap olunmur. Azərbaycanda ilk dəfə olaraq Mobil Şöbə əlavəsi üzərindən müştəri Digital Card üçün kataloqdan istədiyi dizayn skinini təyin edə bilər. Digital Card ilə ödənişləri onlayn olaraq, həmçinin NFC xidməti vasitəsilə POS terminal ilə heyata keçirtmək mümkündür. Buraxılma haqqı pulsuzdur.
Bank Respublika müştəriləri üçün illik mədaxil məbləği – maks. 15000 AZN  (Mədaxil kanalları- Cash-in/Card-to-Card/ Cash-to-Card/ Acc top-Up) , illik məxaric məbləği maks. 15000 AZN, balansa tələb maks. 15000 AZN-dir. Bank müştəriləri üçün digital card üzrə qadağan olunmuş əməliyyatlar: nağdlaşdırma (POS/ATM) və Cash-by-code.
Bank Respublika müştərisi olmayanlar üçün illik mədaxil məbləği maks. 1000 AZN (Mədaxil kanalları- Cash-in/Card-to-Card/ Cash-to-Card/ Acc top-Up), illik məxaric məbləği maks. 1000 AZN, balansa tələb isə maks. 100 AZN-dir. Bank müştərisi olmayanlar üçün digital card üzrə qadağan olunmuş əməliyyatlar: Bütün köçürmələr (DC kartdan vəsait göndərmək, C2C), nağdlaşdırma (POS/ATM) və Cash-by-code.

digital card

2. İlk Kart (Girl) – Bank Respublika-nın 7 – 18 yaşlı şəxslərə təqdim etdiyi VISA sisteminin plastik kartıdır. İlk Kart Azərbaycanda bu şəxslər üçün nəzərdə tutulan ilk kartdır və bu kartın adında əks olunub. İlk Kart yetkinlik yaşına çatmamış şəxsin başqa şəhərdə və ya ölkədə yaşadığı və ya oxuduğu halda da rahatdır, çünki pulun göndərilməsi asanlıqla həll olunur, belə ki valideynin kart hesabına pul yerləşdirməsi kifayət edir. Sifarişçi İlk Kart ilə əməliyyatların məbləğinə gündəlik, həftəlik və / və ya aylıq limit təyin edə bilər.  İlk Kart hesab üzrə buraxılan birinci əlavə kart olduqda da pulsuz verilir. Digər hallarda isə 5 manat buraxılış haqqı tutulur. İlk Kart yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və İlk Kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir.İlk Kartın sifarişi və verilmə prosesi:

Sifarişçi şəxsiyyət vəsiqəsi və istifadəçinin (7 – 18 yaşlı şəxsin) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi ilə Banka müraciət edir;
Sifarişçi öz adına bank hesabı açır, bu hesaba ilkin mədaxil və sığorta depoziti (zəruri olduqda) yerləşdirir, öz adına əsas kartı və uşağın adına İlk Kart sifariş edir (İlk Kartın 2 fərqli dizayndan birini seçərək);

ilk kart girl
boy

3. MasterCard Debit – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 500 AZN/ 250 USD (EUR), 5 il – 1 000 AZN/ 500 USD (EUR)dir. Buraxılma haqqı (ilkin mədaxil olmadan) 9 / 15 / 20 / 30  AZN-dir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 2000 AZN (USD, EUR), Faizsiz kreditin maksimal məbləği 1000 AZN (USD, EUR). Yaranmış borca hesablanan faiz dərəcəsi 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə illik 42%-dir.

br deb

4. MasterCard Platinum – Cümhuriyyət 100 il – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 2 000 AZN/ 1 000 USD (EUR), 5 il – 3 000 AZN/ 1 500 USD (EUR)dur. Buraxılma haqqı (ilkin mədaxil olmadan) 1 / 2 / 3 il – 20 / 30/ 40 / 60  AZN-dir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 50 000 AZN (USD, EUR), Faizsiz kreditin maksimal məbləği 10 000 AZN (USD, EUR), Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə illik 42%-dir.

pl

5. VISA Platinum – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 2 000 AZN/ 1 000 USD , 5 il – 3 000 AZN/ 1 500 USD -dir. Buraxılma haqqı (ilkin mədaxil olmadan) 20 / 30/ 40 / 60  AZN təşkil edir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 50 000 AZN (AZN /USD), Faizsiz kreditin maksimal məbləği 10 000 AZN (AZN /USD)dir. Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42%-dir.

bvp 1

6. MasterCard Platinum – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 2 000 AZN/ 1 000 USD (EUR), 5 il – 3 000 AZN/ 1 500 USD (EUR)dur. Buraxılma haqqı (ilkin mədaxil olmadan) 1 / 2 / 3 il – 20 / 30/ 40 / 60  AZN-dir.  Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 50 000 AZN (USD, EUR), Faizsiz kreditin maksimal məbləği 10 000 AZN (USD, EUR)dir. Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42%-dir.

mp

7. VISA Gold – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 1 000 AZN/ 500 USD , 5 il – 2 000 AZN/ 1 000 USD-dir. Buraxılma haqqı (ilkin mədaxil olmadan) 1 / 2 / 3/5 il  – 15 / 20/ 30 / 40 AZN təşkil edir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 20 000 AZN (AZN / USD), Faizsiz kreditin maksimal məbləği  5 000 AZN (AZN / USD) təşkil edir. Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42%-dir.

vg

8. MasterCard Gold – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 1 000 AZN/ 500 USD (EUR), 5 il – 2 000 AZN/ 1 000 USD (EUR)-dir. Buraxılma haqqı (ilkin mədaxil olmadan) 15 / 20/ 30 / 40  AZN-dir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 20 000 AZN (USD, EUR*), Faizsiz kreditin maksimal məbləği 5 000 AZN (USD, EUR*)dir. Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42%-dir.

mg

9. VISA Classic – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 500 AZN/ 250 USD, 5 il – 1 000 AZN/ 500 USD, Buraxılma haqqı (ilkin mədaxil olmadan) 9 / 15 / 20 / 30  AZN-dir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 3000 AZN (USD), Faizsiz kreditin maksimal məbləği 3000 AZN (USD)-dir. Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42%-dir.

vb

10. MasterCard Standard – Kart ilkin mədaxil ilə pulsuzdur. Kart hesabına ilkin mədaxilin minimal məbləği 1 / 2 / 3  il – 500 AZN/ 250 USD (EUR), 5 il – 1 000 AZN/ 500 USD (EUR), Buraxılma haqqı (ilkin mədaxil olmadan) 9 / 15 / 20 / 30  AZN-dir. Kart hesabına açılan kredit xəttinin maksimal məbləği 3000 AZN (USD, EUR*), Faizsiz kreditin maksimal məbləği 3000 AZN (USD, EUR*)dur. Yaranmış borca hesablanan faiz dərəcəsi illik 25%, Limitdən / qalıqdan artıq istifadə olunan məbləğə görə hesablanan cərimə 42%-dir.

mc

VTB Bank

Visa Direct Premium – Bu kartın qiyməti pulsuzdur. Kartın müddəti 36 aydır. Kartın valyutası AZN-dir. Cashback 0.5% təşkil edir.

dv
Expressbank

Expresso Standard, Expresso Gold, Expresso Platinum – Həm debit, həm kredit funksiyalı universal kartdır. Expresso kartlarını əldə etmək istəyən müştərilər hesablarına minimum 100 AZN /60 USD /50 EUR /50 GBP ilkin mədaxil etməklə Expresso Standard, 500 AZN /300 USD / 250 EUR / 250 GBP mədaxil etməklə Expresso Gold, 1000 AZN /600 USD / 500 EUR / 500 GBP ilkin mədaxil etməklə isə Expresso Platinum kartını tam pulsuz şəkildə əldə edə bilərlər. Expresso Standard kartının 4 illik qiyməti 10 AZN, Expresso Gold-un qiyməti 30 AZN, Expresso Platinum-un qiyməti 50 AZN-dir. Bu kartların ₼ valyutalı Debit qalığına illik faiz dərəcəsi müvafiq olaraq 3%,4%,5%-dir. Kredit məbləği hər 3 kart üçün 300 ₼ – 10000 ₼, müvafiq olaraq 24%,22%,20% təşkil edir.

e1

Xalqbank

1.Visa İnternet – internetdə alış-veriş etmək üçün ən təhlükəsiz kartdır. Çünki hər dəfə internetdə alış-veriş edərkən Sizə lazım olan məbləği karta mədaxil edərək istifadə edə bilərsiniz. Debet kartlar xidmət haqqı (illik 8 manat) ödənilməklə və ya kart hesabına ilkin mədaxil (50 AZN/USD/EUR/GBP) edilməklə pulsuz əldə olunur.

vs


2. Depozit kartı – əmanət üzrə faizlərin alınması üçün nəzərdə tutulmuş MC İnternational sisteminin MC Debet kartıdır. Depozit kartı Bankın Sandıqça, Proqress, VİP-Rantye və ya Müddətli (6 aydan artıq) əmanət  növlərindən birinə pul vəsaitlərini yerləşdirən müştərilərə pulsuz təqdim olunur. Müddətli və VİP-Rantye əmanətləri üzrə yığılmış faizlər depozit kartına köçürülür, Sandıqça və Proqress əmanətləri üzrə yığılmış faizlər isə müştərinin istəyindən asılı olaraq ya depozit  kartına ödənilir, yaxud da əmanətin əsas məbləğinə əlavə olunmaqla əmanətin məbləğini artırır. Depozit kartı bankomatlar, real və virtual mağazalara daxil olmaqla MasterCard loqotipi olan dünyanın istənilən nöqtəsində qəbul edilir, eləcə də mehmanxanada otaq sifariş etmək və avtomobil icarəyə götürmək imkanı verir.

dp

Kapital Bank

1.Digital card – Bu kart Birbank istifadəçiləri üçün nəzərdə tutulan ödənişsiz virtual debet kartdır. Banka yaxınlaşmadan Birbank mobil tətbiqi vasitəsilə rəsmiləşdirilə bilər.cKartın müddəti 1 ildir. Digital Card-larda balans limti eyniləşdirilmiş kartlar üzrə illik 15 000 AZN, eyniləşdirilməmiş kartlar üzrə isə aylıq 100 AZN / illik 1000 AZN-dir. Bankomatda günün 24 saatı nağdlaşdırma (eyniləşdirilmiş kart üzrə), İnternetdə alış-veriş etmək imkanı, Respublika ərazisində və xarici ölkələrdə xidmət və malların dəyərinin ödənilməsi mümkündür.

dgc

2.BirKart taksit kartı – Kartın qiyməti pulsuzdur. Xidmət haqqı – aylıq 1 AZN;(BirKart vasitəsilə aylıq 200 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur). BirKart limitinizin yalnız 50%-ə qədərini nağdlaşdıra bilərsiniz; Kredit kartı kimi istifadə olunduqda (nağdlaşdırma zamanı) kredit faizi – 25%

1t

3. BirKart Umico – Kartın qiyməti pulsuzdur. Xidmət haqqı – aylıq 2 AZN; (BirKart vasitəsilə aylıq 500 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur). BirKart limitinizin yalnız 60%-ə qədərini nağdlaşdıra bilərsiniz;Kredit kartı kimi istifadə olunduqda (nağdlaşdırma zamanı) kredit faizi – 25%

um

4. BirKart Miles kartı – Kartın qiyməti pulsuzdur. Xidmət haqqı – aylıq 3 AZN; (BirKart vasitəsilə aylıq 1000 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur) BirKart limitinizin yalnız 60%-ə qədərini nağdlaşdıra bilərsiniz; Kredit kartı kimi istifadə olunduqda (nağdlaşdırma zamanı) kredit faizi – 25%

ml

Muğanbank

1.Monexcard – “MasterCard” Beynəlxalq kart təşkilatının dəstəyi ilə Muğanbank ASC-nin məhsulu olan Monex Təcili Pul Köçürməsi sisteminə inteqrasiya edilmiş ödəniş kartıdır. Kartın qiyməti 3 illik pulsuzdur. Nağd vəsaitin verilməsi üçün komissiya haqqı “Muğanbank”-ın ATM və ofislərindən 0% (min 0.8 AZN; 1 USD), Digər Azəricard şəbəkəsi ilə işləyən rezident-bankların ATM və ofislərindən 1.5% (min 1,6 AZN), Digər qeyri rezident bankların ATM-lərində 3% (min 4 AZN)dir. Card to Card bütün debet və ya kredit kartı göndərən tərəf – 0.7%, min.0.50 AZN; Alan tərəf – 0.50 AZN, Əmək haqqı və depozit kartı Göndərən tərəf – 0.2%, min. 0.50 AZN; Alan tərəf – 1%, min. 0.50 AZN təşkil edir.

mn

2.Mugan Junior – bu kartlar pulsuz olaraq 10-16 yaşlı uşaqlara təqdim olunur. Kartın müddəti 1 illikdir. Nağd vəsaitin verilməsi üçün komissiya haqqı “Muğanbank”-ın ATM və ofislərindən 1% (min 0.8 AZN; 1 USD), Digər Azəricard şəbəkəsi ilə işləyən rezident bankların ATM və ofislərindən 1.5% (min 1,6 AZN; 2 USD; 2 EUR), digər qeyri-rezident bankların ATM-lərində 3% (min 5 AZN; 5 USD; 5 EUR)dir. Card to Card bütün debet və ya kredit kartı Göndərən tərəf – 0.7%, min.0.50 AZN; Alan tərəf – 0.50 AZN, Əmək haqqı və depozit kartı Göndərən tərəf – 0.2%, min. 0.50 AZN; Alan tərəf – 1%, min. 0.50 AZN təşkil edir.

mj

Yelo Bank

1.Yelo Light – Kartın qiyməti 1 illik 10 AZN, 3 illik 15 AZN, dövriyyəsi 300 AZN-dir. Minimal dövriyyə şərti ilk 3 ay ərzində yerinə yetirildikdə kartın tam dəyəri müştəriyə qaytarılır. Daha yüksək cashback faizi (0.8%), cari kredit borcunun illik 1%-in karta geri qaytarılması mümkündür. Balansdakı qalığa gəlir illik 5% (AZN) / 0.1% (USD)dir, Yelo Bank ATM-lərindən pul komissiyasız çıxarılır.

yl

2. Yelo Premium – Kartın qiyməti 3 illik 70 AZN, dövriyyəsi 700 AZN təşkil edir. Minimal dövriyyə şərti ilk 3 ay ərzində yerinə yetirildikdə kartın tam dəyəri müştəriyə qaytarılır. Daha yüksək cashback faizi (1.5%), balansdakı qalığa gəlir illik 7% (AZN) / 0.2% (USD), Cari kredit borcunun illik 2%-in karta geri qaytarılması mümkündür. Yelo Bank ATM-lərindən pul komissiyasız çıxarılır.

yp
Rabitəbank

1.Kartmane Debet – Bakı və Sumqayıt şəhər filialları üzrə minimal 500 AZN/USD/EUR, rayon filiallarında 200 AZN/USD/EUR ilkin mədaxil etdikdə kart pulsuzdur. Müqavilə tarixindən bir il bitdikdən sonra kartın balansında qalıq 500 AZN/USD/EUR və ya illik dövriyyə 3000 AZN/USD/EUR (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail və e-com dövriyyə nəzərə alınır) və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur. “Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), Bakı və Sumqayıt şəhər filialları üzrə ilkin olaraq Müştəri hesaba ən azı 500 AZN/USD/EUR, region filialları üzrə 200 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur. Kartın hazırlanması üzrə illik xidmət haqqı – 10 AZN | 6 USD/EUR-dur. Vəsait qalığına hesablanan faiz dərəcəsi (illik): AZN 4% | USD 0.25% | EUR 0%, hər kart üzrə faiz hesablanacaq minimal məbləğ: 100 AZN/USD, maksimal məbləğ isə AZN Kartlarında – 10 000 AZN / USD Kartlarında – 10 000 USD-dir. Vəsait Nağdlaşdırılması ölkə daxilində istənilən ATM-də nağdlaşdırma – Ayda 5 dəfə pulsuz.

kd

2. Premium Debet – Kart hesabına 15 000 AZN/USD/EUR minimal mədaxil etdikdə kart pulsuz verilir. Visa İnfinite 299 AZN/170 USD/EUR və  ya aylıq 29 AZN, 15 USD/EUR; Mastercard Black 199 AZN/120USD/EUR və ya aylıq 19 AZN, 12USD/EUR-dur. Kartmane hesabı açılan zaman, həmçinin “Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), ilkin olaraq Müştəri hesaba ən azı 15 000 AZN mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur. Aylıq ödəniş seçimi edən müştərilər üçün aylıq orta qalıq 10 000 AZN/USD/EUR və artıq olduqda və ya aylıq dövriyyə (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail dövriyyə nəzərə alınır) 1 200 AZN/USD/EUR və artıq olduğu halda həmin ay üzrə xidmət haqqı tutulmur. Müqavilə tarixindən bir il bitdikdən sonra kartın balansında qalıq 15 000AZN/USD/EUR və ya illik dövriyyə 15 000 AZN/USD/EUR  (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail dövriyyə nəzərə alınır) və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur. Premium Kartmane kartlarında vəsait qalığına hesablanan faiz dərəcəsi (illik): AZN 6% | USD 0.25% |  EUR 0%, Hər kart üzrə faiz hesablanacaq minimal məbləğ: 100 AZN/USD/EUR, maksimal məbləğ: AZN Kartlarında – 50 000 AZN / USD Kartlarında – 50 000 USD. Ölkə daxilində istənilən ATM-də nağdlaşdırma – Ayda 5 dəfə pulsuzdur.

pd
TuranBank

1. MasterCard Black Edition –  Qiyməti 1 illik 250 AZN və ya hesaba min.30 000 ş.v. mədaxil edildikdə-pulsuz, 2 illik 350 AZN və ya hesaba min.40 000 ş.v. mədaxil edildikdə-pulsuz, 3 illik 400 AZN və ya hesaba min.50 000 ş.v. mədaxil edildikdə-pulsuzdur. Müştəri bu kartla geniş səyahət, sığorta və xidmət imkanlarına malik olur.

be

2. Universal Kart – Hamısı bir kartda (Debet kartı, əmək haqqı kartı, əmanət faiz kartı) və 1,2,3 illik təqdim olunur. 1 illik 15 AZN/hesaba min.100 AZN/USD/EUR mədaxil –
pulsuz, 2 illik 20 AZN/hesaba min.100 AZN/USD/EUR mədaxil-pulsuz, 3 illik 25 AZN/hesaba min.100 AZN/USD/EUR mədaxil -pulsuzdur. Balansa faiz hesablanır, kart qalığı 300 AZN/USD/EUR-dan aşağı olarsa, % hesablanmır. Bankın ATM və Pos-terminallarından nağdlaşdırma üzrə komissiya 0%-dir. Faiz hesablanan maksimal məbləğ – 100 000 AZN/ USD/EUR – AZN illik 4%, USD illik 1% və EUR illik  0.5%-dir.

uc

3. Korporativ kart – Qiyməti pulsuzdur, Hüquqi və sahibkar fiziki şəxslərə verilir. Ezamiyyə, nümayəndəlik və digər xərclərin, habelə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına icbari ödənişlərin ödənilməsi Vəsait şirkətin əsas cari hesabından cari kart hesabına köçürülür və kart hesabına bağlı olur. Kartda aktiv olmayan funksiyalar nağdlaşdırma, Card to Card, online kredit ödənişi, Cash by Code-dur. Funksiyaları isə online ödənişlər, pos terminalla ödənişlər və HÖP (ASUS) ödənişləridir.

TAX CARD debet kartı – Sahibkar fiziki şəxslərə verilir, qiyməti pulsuzdur. Nağdsız ödənişlər üçün nəzərdən tutulub. Funksiyaları Nağdlaşdırma aylıq 15000 AZN, HÖP (ASUS) ödənişləridir. Nağdlaşdırmada 1% vergi, 1% komissiyadir.

kk

Unibank

1. Albalı Debet – Dünyanın hər bir nöqtəsində alış-veriş zamanı və ya onlayn ödənişlər üçün, nağd pulun çıxarılması üçün bir kartdır. Albalı Debet kartını PULSUZ əldə etmək üçün 50 AZN mədaxil etmək kifayətdir. Mədaxil edilən məbləğdən heç bir ödəniş tutulmur və həmin məbləği istənilən vaxt xərcləmək və ya nağdlaşdırmaq mümkündür. Həmçinin Albalı Debet kartı üçün 10 AZN xidmət haqqı ödəyərək, kartı əldə etmək olar. Unibank ATM-dən heç bir komissiya ödəmədən pul çıxarmaq mümkündür, kartın qalığına 5%-dək illik gəlir, 30%-dək cashback verir.

ad

2. Digital Card – Artıq kart sifarişi üçün banka gəlməyə ehtiyac yoxdur.  Bu kart ilə hesab açmadan UBank-da, müxtəlif İnternet saytlarda bütün ödənişləri edə bilərsiniz. Kartın müddəti 12 aydır və qiyməti ödənişsizdir. Kartın maksimal balansı: 100 AZN, illik mədaxil məbləği: 1 000 AZN, illik məxaric məbləği: 1 000 AZN-dir. Bu kart Bankda hesabı olmayan, UBank mobil əlavəsində nömrə ilə qeydiyyatdan keçən bütün müştərilərə verilir.

dc

3. Leokart – Kartın qiyməti ödənişsizdir və müddəti 5 ildir.  Kredit, şəxsi vəsait, cashback və ödənişlər üçün kartdır. Kreditdən 62 günədək pulsuz istifadə edə bilərsiniz. Kart balansının artırılması, kartlara köçürmələr – pulsuzdur. kommunal və digər xərclər pulsuzdur. Debet qalığına faiz dərəcəsi debet qalığında minimal 10 AZN məbləğ olduqda gündəlik olaraq hesablanır.  İstənilən terminallardan və ya Unibank-a məxsus ATM-lərdən mədaxil edə bilərsiniz, heç bir faiz tutulmur. Məxaric etdikdə, yəni balansdan pul çıxardıqda Unibank-ın ATM-lərində komissiyasız, lakin digər banklarda 0.5% komissiya tutulur.

lo





Xəbərin oxunma sayı : 1360

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap