| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə - Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycanda uşaq pulu ilə bağlı yenilik - Şərtlər açıqlandı
Tarix 01.09.26, 20:35 |
|
Azərbaycanda demoqrafik göstəricilərlə bağlı mənfi tendensiya 2026-cı ilin ilk yarısında da davam edib.
Belə ki, ölkədə həm doğulan uşaqların, həm də rəsmiləşdirilən nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
Poliqon xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərdən də məlum olur ki, 2026-cı ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrində 40 798 doğum qeydə alınıb. Ötən ilin ilk altı ayında isə bu rəqəm 45 616 olub. Bir il ərzində doğulan uşaqların sayı 4818 nəfər, başqa sözlə, 10,6 faiz azalıb. Əhalinin hər 1000 nəfərinə düşən doğum sayı da 9,0-dan 8,0-a geriləyib.
Demoqrafik vəziyyətdə diqqət çəkən digər məqam nikahların sayında qeydə alınan ciddi azalmadır. 2026-cı ilin ilk yarısında Azərbaycanda 19 224 nikah rəsmiləşdirilib. 2025-ci ilin eyni dövründə isə 24 815 nikah qeydə alınmışdı.Bu isə nikahların sayının bir il ərzində 5 591 və ya 22,5 faiz azalması deməkdir. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı da 4,9-dan 3,8-ə enib.
Nikahların azalması doğum göstəricilərindəki geriləmə ilə birlikdə ölkənin gələcək demoqrafik vəziyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, ailə quranların sayının azalması uzunmüddətli perspektivdə doğum sayının da aşağı düşməsinə təsir göstərə biləcək amillərdən biri hesab olunur.
Digər tərəfdən, Azərbaycanın ümumi əhalisinin sayı artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkə əhalisinin sayı 2026-cı ilin əvvəlindən 11 099 nəfər və ya 0,1 faiz artaraq iyulun 1-nə 10 milyon 273 min 450 nəfərə çatıb.
Lakin əhalinin ümumi sayındakı bu artım doğum səviyyəsinin yüksəldiyi anlamına gəlmir. Əhali sayı müəyyən müddət ərzində əvvəlki demoqrafik strukturun və digər amillərin təsiri ilə arta bilər. Bununla yanaşı, doğum sayının azalması uzun müddət davam etdikdə əhalinin yaş strukturu da dəyişir və yaşlı nəslin ümumi əhali içərisində payı yüksəlir. Mövcud tendensiyanın uzun müddət davam etməsi ölkədə demoqrafik yaşlanmanın sürətlənməsinə, əmək bazarına daxil olan gənclərin sayının azalmasına və gələcəkdə sosial təminat sisteminə düşən yükün artmasına səbəb ola bilər.
Digər tərəfdən, davam edən bu tendensiyanın narahatedici səviyyələrə çatması ölkədə uşaq pulu məsələsini yenidən gendəmə gətirib. Sosial şəbəkələrdə, həmçinin ictimai müzakirələrdə yeni doğulan uşaqlar üçün uşaq pulunun verilməsinin sözügedən tendensiyanı zəiflədə biləcəyi fikri irəli sürülür.
Bəs həqiqətən də yaxın dönəm üçün hökumət uşaq pulu məsələsində yumşalmaya gedərək, bu yardımı bərpa edə bilərmi?
Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli "AzPolitika"ya açıqlamasında bildirib ki, nikah və doğum sayında azalmanın davam etməsi demoqrafik siyasətin yenidən nəzərdən keçirilməsini zəruri edir: "Burada məsələ yalnız əhalinin sayının artımı deyil. Doğumların azalması gələcəkdə əmək bazarına daxil olacaq insanların sayının azalması, yaşlı əhalinin xüsusi çəkisinin artması və sosial təminat sisteminə düşən yükün yüksəlməsi ilə nəticələnə bilər. Ona görə də uşaq pulu məsələsinə artıq yalnız sosial yardım kimi deyil, uzunmüddətli demoqrafik investisiya kimi yanaşmaq lazımdır".
Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə hökumətin doğulan hər uşağa müəyyən məbləğdə birdəfəlik və ya mərhələli maliyyə dəstəyi verməsi real müzakirə mövzusu ola bilər: "Xüsusilə ikinci, üçüncü və sonrakı uşaqlar üçün daha yüksək ödəniş tətbiq etmək mümkündür. Lakin təkcə uşaqpulu doğum səviyyəsini ciddi şəkildə artırmağa kifayət etməyə bilər. Ailələr üçün mənzil, uşaq bağçası, səhiyyə, təhsil və işləyən valideynlər üçün iş imkanları da əlçatan olmalıdır".
A. Nəsirl daha sonra "Sinqapur təcrübəsi"ni nümunu göstərib:"Bu baxımdan Sinqapurun təcrübəsi maraqlıdır. Sinqapur uzun illərdir doğum səviyyəsinin aşağı olması ilə mübarizə aparır və ailələrə uşağın doğulması ilə bağlı maliyyə dəstəyi, valideyn məzuniyyəti, uşağın hesabına dövlət ödənişləri və digər güzəştləri bir paket şəklində təqdim edir. Yəni dövlət yalnız "uşaq doğulana pul" verməklə kifayətlənmir, uşağın böyüdülməsi ilə bağlı ailənin uzunmüddətli xərclərinin bir hissəsini öz üzərinə götürür".
A. Nəsirli qeyd edir ki, Azərbaycan üçün də buna bənzər model tətbiq oluna bilər: "Məsələn, hər doğulan uşağa birdəfəlik ödəniş verilməsi ilə yanaşı, müəyyən yaşa qədər aylıq uşaq müavinəti, bağça xərclərinə güzəşt, çoxuşaqlı ailələr üçün vergi və kommunal güzəştləri tətbiq edilə bilər. Xüsusilə aztəminatlı ailələr üçün daha geniş dəstək mexanizmi qurmaq mümkündür. Amma burada çox vacib məqam var. Uşaq pulu elə müəyyən edilməlidir ki, dövlət büdcəsinə idarəolunmaz yük yaratmasın və eyni zamanda ailə üçün real dəstək olsun. Bunun üçün universal ödənişlərlə yanaşı, gəlir səviyyəsinə görə diferensial yanaşma da nəzərdən keçirilə bilər. Məsələn, hər uşağa baza ödənişi, aşağı gəlirli və çoxuşaqlı ailələrə isə əlavə müavinət verilə bilər".
"Əslində, doğum səviyyəsinin artırılması üçün ən effektiv siyasət "uşaq doğulana görə pul" deyil, "uşaq böyütmək ailəyə ağır maliyyə yükü olmasın" prinsipinə əsaslanmalıdır. Mənzil problemi, uşaq bağçalarının çatışmazlığı, qadınların iş və ailə arasında seçim qarşısında qalması kimi problemlər həll edilmədən yalnız uşaqpulu ilə ciddi demoqrafik dönüş yaratmaq çətin olacaq. Ona görə Azərbaycanda uşaq pulu məsələsinin yenidən gündəmə gəlməsi tamamilə real görünür. Xüsusilə doğum və nikah göstəricilərində azalma davam edərsə, hökumətin demoqrafik siyasət çərçivəsində yeni maliyyə mexanizmləri tətbiq etməsi zərurətə çevrilə bilər. Sinqapur təcrübəsindən çıxarılan əsas nəticə də budur - demoqrafik problemi bir ödənişlə deyil, ailəyə uzunmüddətli və kompleks dəstək sistemi yaratmaqla həll etmək mümkündür", -deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycanda ümumi qaydada bütün uşaqlara şamil olunan uşaq pulu mövcud deyil. Hazırda Azərbaycanda uşaq pulu yalnız beşdən çox uşağı olan qadınlara verilir. Ölkədə beşdən çox uşaq doğub tərbiyə edən qadınlara verilən müavinəti hazırda 2 939 nəfər alır.
Müavinətin verilməsi üçün uşaqların sağ olması şərtdir. Hüquq yarandıqdan sonra müavinət həmin hüququn yaranmasına səbəb olan uşaq 1 yaşına çatdıqda təyin olunur.
Hazırda bu müavinətin məbləği hər uşaq üçün 140 manat təşkil edir.
Xəbərin oxunma sayı : 118
Sosial
Xəbərlər
-
“Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış“ lazımdır“ - Paşinyan
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
98 saylı uşaq bağçasında qalmaqal - “Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...”
-
Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı
-
“ABŞ Hörmüzdə İran obyektlərinə güclü zərbələr endirir“ - Donald Tramp
-
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
-
“Bravo”da cəmi iki işçi var? - “400–560 manat aralığında maaşlar, növbəli və 6 günlük iş...“
-
Kəlbəcərin Zar kəndində tikinti ilə bağlı ciddi suallar var - Şair şikayətlənir
-
Azərbaycanda uşaq pulu ilə bağlı yenilik - Şərtlər açıqlandı
-
Özəl banklarda kredit qoyuluşları artır - 7 aylıq göstəricilər
-
Türkiyə-Rusiya zirvə görüşü: Ərdoğan yeni atom stansiyalarının açılışını elan etdi
-
Prezidentin Qırğızıstana səfəri başa çatdı - FOTO
-
Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - Son qiymətlər
-
Səfir Paris meriyasına cavab verdi - Məhkum olunanlar kimlərdir?
-
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
-
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - “Pakdad“da nə baş verir?
-
Sərhəddə 38 PUA vurulmuşdu - Türk F-16-ları əraziyə cəlb olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan idmançısı diskvalifikasiya edildi - Dopinqə görə
-
Naxçıvanda qalmaqal: Kənd bələdiyyə sədri və kürəkəni vətəndaşı döydü
-
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
-
1992-ci ildə Gədəbəydə nə baş verib? - Cinayətin üstü 34 il sonra açıldı (TƏFƏRRÜAT)
-
Asif Əsgərov müəmması: mandata sığınmaq keçmişi unutdurmur
-
“20 Yanvar“, “Gənclik“, “28 May“... - Yeni ekspres marşrutlar haradan hara işləyir?
-
Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi
-
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış edib - FOTOLAR
-
Vüsal Şilderin qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
-
Mehriban Əliyeva Bişkekdə sərgi ilə tanış olub - FOTOLAR
-
Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq - Sabahın havası
-
Hansı rayonlara xaricdən daha çox pul göndərilir? - SİYAHI
-
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı - MƏHKƏMƏ
-
Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
-
İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət edib - FOTO
-
“Bizə sonsuz müharibə yox, sülh lazımdır“ - Modidən Putinə çağırış
-
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir?
-
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır - qiymətlər açıqlandı
-
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi - Video
-
Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - FOTOLAR
-
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
-
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
-
Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak edir - Fotolar
-
Bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
-
Azərbaycan bu təşkilatına üzv qəbul edilib - Nazirliyin məlumatı
-
Xaçmaz sakinləri Qusarçayın yatağında baş verən dəyişikliklərdən narazıdırlar - VİDEO
-
Bişkekdə İlham Əliyevin Ərdoğanla görüşü oldu - FOTOLAR
-
Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar - VİDEO
-
Hikmət Hacıyev Alen Simonyanla görüşdü - FOTO
-
Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
-
Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - CANLI
-
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb - Böyük Qayıdış davam edir
-
“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka
-
Prezidentlə xanımının mərasimdən - FOTOLARI
-
Baş nazir imzalamışdı - Sabahdan bu qadağalar başlayır
-
Mehriban Əliyeva Dünya Köçəri Oyunlarından paylaşım etdi - FOTO
-
Sentyabrın bu günləri güclü maqnit qasırğaları olacaq - Xəbərdarlıq
-
Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - Video
-
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
-
Tramp məqsədinə çatdı - Vaşinqton Venesuela neftinə sahibləndi
-
Azyaşlıya qarşı zorakılıq edən psixoloqla bağlı araşdırma aparılır - RƏSMİ
-
Bir dövr başa çatdı: Lionel Messi Argentina millisi ilə vidalaşdı
-
“Süni intellektin sürətli inkişafı ciddi risklər yaradır” - Bill Qeyts
-
Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində - Fotolar
-
FHN əhaliyə xəbərdarlıq etdi - “Bu ərazilərdən uzaq durun...“
-
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
-
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
-
Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB
-
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
-
Prezident Putinlə ayaqüstü söhbət etdi - FOTOLAR
-
“Əla İstisu var, özümlə gətirmişəm” - Əliyevlə Pezeşkianın səmimi dialoqu
-
Ağdamda tikinti şirkətindən şikayət: “4 ay işlədim, 3 000 manatımı ala bilmirəm“
-
Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində -FOTOLAR
-
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - Bu tarixdən
-
Magistraturaya boş qalan plan yerləri: nəticələr elan olunub
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Nar”ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradıldı
-
Azərbaycan və İran prezidentlərinin görüşü oldu - FOTOLAR
-
Pul qaçaqcısı Mustafa Mustafayev və oğlu - Adlarına pul çıxarılan daha iki şəxsin kimliyi bilindi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Azərbaycanlı maaşını verməyən müdirini qaçırmaq istədi - Planı düz işləmədi - Video
-
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı - Atasını öldürübmüş
-
İlham Əliyevin Kasım-Jomart Tokayev ilə görüşü keçirilib - FOTO
-
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
-
“The Economist“ Putinin ən böyük qorxusunu açıqladı: Onlar məni asacaqlar
-
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
-
“Neyromed” Klinikası vergidən yayınır? - Şikayət (FOTO)
-
Bakıda sahibsiz itlər ana və uşaqlarına hücum etdi - VİDEO
-
“Şassi” mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq
-
11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları
-
Bakıda yağış yağacaq, temperatur 26 dərəcəyə düşəcək - Proqnoz
-
Sertifikatı ləğv olunan plastik cərrah iş başında - FAKTLAR
-
İlham Əliyevlə Paşinyanın görüşü keçirilir - FOTOLAR
-
Bu şəxslər pullarını geri ala biləcək – Yenilik
-
Azərbaycanda avtomobillər bahalaşacaq? -VİDEO
-
Pensiyaçıların orta aylıq məbləği artıb - 1,1 milyon nəfəri əhatə edəcək
-
Sentyabrın ilk günü hava necə olacaq? - PROQNOZ
-
Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - Siyahı
-
Prezidentin Qırğızıstana işgüzar səfəri başladı - FOTOLAR
-
Tokayev baş nazir və vitse-prezident təyin etdi - FOTO
-
Generalın qızı onları məhkəməyə verdi - Xüsusi ittiham qaydasında
-
Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb?
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 900 nəfəri ötüb - 4200 itkin var...
-
“Biz müharibə axtarışında deyilik“ - Məsud Pezeşkian
-
Azərbaycanda kredit bumu: Əhali niyə getdikcə daha çox borclanır?
-
Müəllimlərin təkrar sertifikasiyasına başlanılır - Bu tarixdən
-
Klinikanın mühafizəçisi keçmiş kürəkənini döydü: “Mənə və ailəmə nalayiq ifadələr işlətdi”
-
Bakının mərkəzində tarixi binaya qanunsuz müdaxilə edilib? - VİDEO
-
ABŞ Larak adasını bombaladı - İranlı hərbçilər və mülki şəxslər öldü
-
Məişət zorakılığından zərər çəkən kişilərin sayı açıqlandı - VİDEO
-
Şəkidə xeyir-şər evi sahibkar tərəfindən zəbt olunub? - VİDEO
-
Narkotik qəbul edib sükan arxasına keçdi - Həbs olundu
-
28 yaşlı oğlan parkın qarşısında söyüş söydü - Həbs edildi
-
Maskdan “OpenAI” rəhbərliyinə ağır ittiham - “Oğurluq etdilər”
-
“Ərdoğan dünyasını dəyişdi” başlığı ilə xəbər paylaşdı – Həbs olundu
-
Tibetdəki fəlakətin görüntüləri Çində yayımlanmır - BBC
-
Növbəti 3 gündə hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?
TOP 10
ARXİV






