Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanlı qadını aşpaz adı ilə aparıb saunada... – Şok təfərrüat

Tarix 15.11.19, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bacısının sevgilsinin qətlə yetirməkdə ittiham olunan 42 yaşlı Mehrac Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Nəsimi rayonunda 30 yaşlı Orxan Əliyevg binaların birinin zirzəmisində döyülüərək öldürülüb. Hadisədən bir neçə gün sonra onun meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar olunub.

Orxan Əliyevi qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb. Hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıbmış.

Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac Qəhrəmanov azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb.

Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.

İstintaq orqanı tərəfindən Mehrac Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.



Xəbərin oxunma sayı : 1480




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap