Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanlı qadınla türk sevgilisinin saxta pul əməliyyatı - Məhkəmə işi

Tarix 06.11.17, 2:46

Font ölçüsü : - / +
bitmap-img6


Haqqında söhbət açacağımız cinayət işində saxta pul satmaqda ittiham olunan qadın Orxan Kamalın məşhur əsərinin qəhrəmanına bənzəyir. Bir-birinin ardınca uğursuzluqlarla üzləşən, düşdüyü vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtaran, sonda cinayətə sürüklənən, törətdiyi əməlin ağırlığını həbsxanada belə anlamayan o qadına. Onları bir-birindən fərqləndirlən isə sadəcə zaman və məkandır.

AzFakt.com virtualaz.org-a istinadən xəbər verir ki, Sədaqət Həsənova hazırda məhkəmə önünə çıxarılıb, mühakimə olunur. Cinayətin digər iştirakçısı anası, pulların əsl sahibi isə Türkiyə vətəndaşı Cahid Akcandır.

Bakı Ağır Cinayətlər Məhkəməsində 58 yaşlı Məhbubə Həsənovanın və onun anası 35 yaşlı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İttihama görə, Məhbubə Həsənova tamah niyyəti ilə saxta pul əskinaslarını əldə etmə və satma ilə bağlı qızı Sədaqət Həsənova və onun yaxın münasibətdə olduğu Türkiyə vətəndaşı Cahid Akcanla cinayət əlaqəsinə girib. Aralarındakı razılığa əsasən, Cahid Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu Sədaqət Həsənovaya göndərib. S.Həsənova bu "pullar”ı yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 89, mənzil 76-da gizlədib. Ötən ilin dekabr ayının 28-də saxta pulları satmaq üçün "müştəri” də tapıblar. Lakin ana-bala elə iş başındaca yaxalanıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 204.2-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

S.Həsənova ifadəsində təxminən 9 il öncə işləmək məqsədilə Türkiyəyə getdiyini, ərəb dilini səlis bildiyinə görə şirkətlərdən birində tərcüməçi işlədiyini, arabir Azərbaycana gəlib-getdiyini göstərib. O, 2015-ci ildən etibarən işi ilə əlaqədar olaraq tez-tez Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Həmin illərdə Türkiyə vətəndaşı Cahid Akcanla tanış olub, dini nikaha daxil olublar. Özünün dediyinə görə, Cahid öz həyat yoldaşından boşanma ərəfəsində olduğundan, nikahlarını qanunla rəsmişləşdirə bilməyiblər. Ötən ilin sentyabr ayında S.Həsənova ailəsini görmək üçün Azərbaycana gəlsə də, bir daha geri qayıda bilməyib. Buna səbəb isə tərcüməçinin saxta pul satmaq istəməsi və polis əməkdaşları tərəfindən saxlanılması olub.

Qəribə olan budur ki, S.Həsənovanı Azərbaycana yola salan Cahid bir neçə gün sonra onunla telefon əlaqəsi saxlayıb, boşanma davası bitənədək ailəsinin onunla qalacağını, bu müddət ərzində Sədaqətin Türkiyəyə gəlməsini yasaqlayıb.

S.Həsənova Cahidə ailə üzvlərinin ehtiyac içərisində çabaladığını, kirayə pulunu ödəməyə belə imkanları olmadığını, ev almaq üçün onlara köməklik göstərməsini xahiş edib. Cahid cavabında mənzil almağa pulu çatmasa da, düşdükləri vəziyyətdən çıxmaq üçün yardım edəcəyini, daha doğrusu, saxta avro tapıb göndərə biləcəyini deyib: "Deyirdi ki, həmin saxta pulların satışını həyata keçirmək çətinlik yaratmayacaq. Məcbur olub razılaşdım. Dekabrın əvvəlində avtobusla həqiqi pul adı ilə 8 min saxta avro yolladı. Pullar əsl avrodan fərqlənmirdi. Onlara əl vurmayıb evdə gizlətdim. Bu haqda heç kimə heç nə demədim. Təxminən on gün sonra 6 min avro da göndərdi. Həmin pulu da evə gətirib əşyaların arasında gizlətdim”.

S.Həsənovanın gizlətdiyi 28 ədəd 500 avroluq saxta əskinaslar barədə anası Məhbubə Həsənovadan başqa kimsənin məlumatı olmayıb. Ötən ilin dekabr ayında digər qızının boşanma işi ilə bağlı Qusar rayon məhkəməsinə yollanan qadın evdən çıxarkən sınaq üçün özü ilə 5 ədəd 500 avro da götürüb və Qubada valyutadəyişmə işi ilə məşğul olan bir nəfərə satıb. Bundan sonra qızına yerdə qalan pulları da dəyişmək üçün özü ilə götürüb "Nasosnı” ərazisinə gəlməyi tapşırıb.

S.Həsənova pulları götürüb sevincək halda evdən çıxıb. Amma ana-balanın sevinci uzun sürməyib: "Pulları anama verdim. Qubaya yola düşdük. Anam taksi sürücüsündən valyuta dəyişmək üçün yerin olub-olmadığını xəbər aldı. Sürücü maşını hansısa bankın qarşısında saxladı, Fərman adlı bir nəfəri çağırdı. Həmin şəxs alqı-satqı etmək üçün bir neçə dəqiqə gözləməyi tapşırdı. Elə bu vaxt polis əməkdaşları yaxınlaşaraq, bizi polis şöbəsinə dəvət etdilər və hal şahidlərinin iştirakı ilə üzərimizə baxış keçirdilər”.

Təqsirləndirilən Məhbubə Həsənova da anoloji ifadə verib. O əlavə olaraq bildirib ki, Türkiyədən göndərilən saxta pullara toxunmağı qızına qadağan edib: "Pulları dəyişib mənzil alacağımızı düşünsəm də, ehtiyatlanırdım. Maddi vəziyyətim çox ağır idi. Ailədə yalnız oğlum işləyirdi. Ev kirayəsini verə bilmirdik. Digər tərəfdən, o biri qızımın boşanma məsələsi məni son həddə çatdırmışdı. Çətinliklərə dözə bilmirdim. Məhkəməyə gedəndə evdən 2500 saxta avro götürdüm. Həmin pulu Qubada dəyişdim. Zəng vurub Sədaqətə xəbər verdim. Evdə qalan 11 min 500 avronu Sədaqət gətirdikdən sonra yenidən Qubaya qayıtdıq. Pulları dəyişmək istəyəndə polis əməkdaşları yaxınlaşdı. Məlum oldu ki, bir qədər əvvəl saxta avro satdığım Etibar adlı şəxs Quba Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib”.

Məhkəmə prosesi davam edir.

İttihamlar təsdiqini taparsa ana-balanı 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Türkiyə vətəndaşı Cahid Akcan barədə cinayət işi ayrılıb və ayrıca icraata verilib. 



Xəbərin oxunma sayı : 361




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap