Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Bakıda 53 yaşlı kişi niyə öldürüldü? - TƏFƏRRÜAT

Tarix 25.10.23, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Zabratda baş vermiş qətlin təfərrüatı məlum olub.

APA-nın xəbərinə görə, qətlə yetirilən 1970-ci il təvəllüdlü Firdovsi Tofiq oğlu Nəcəfov qul bazarında işləyirmiş.

O, iş yoldaşı 1988-ci il təvəllüdlü Adil Xəlil oğlu Əsgərov ilə birgə bazara gələn müştəriyə xidmət göstərməsi üçün yaxınlaşıb. Müştəri ilə onlar razılaşa bilməyib. F.Nəcəfov buna görə A.Əsgərovu günahlandırıb.

Onu və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bundan hiddətlənən A.Əsgərov əlindəki böyük çəkiclə (kubalt) F.Nəcəfovun başına vurub. Sonuncu zərbənin təsirindən hadisə yerində ölüb.

***

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Oktyabrın 25-də saat 17 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 1970-ci il təvəllüdlü Firdovsi Tofiq oğlu Nəcəfovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci təvəllüdlü Adil Xəlil oğlu Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.



Xəbərin oxunma sayı : 1057




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap