“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda 9 metrostansiyanın tikintisi başlayır: Hansı ərazilərdə olacaq?

Tarix 24.11.21, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


"Hazırda Xocasən Elektrik Deposunda tikinti tamamlanma mərhələsindədir. Orada xəttin inkişafına uyğun olaraq depo 3 mərhələdə inşa olunacaq. Gələn il onun birinci mərhələsi, yəni hazırda istismarda olan 3 stansiyaya xidmət göstərmək, qatarlara qulluq və təmir işlərinin aparılması üçün vacib olan infrastruktur qurulacaq. Bu istiqamətdə hazırda fəal işlər gedir”.

Bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, bu işlərin tərkib hissəsi kimi gələn il həmin ərazidə yerüstü stansiya da istifadəyə veriləcək:

"Gələn ilin sonuna qədər bu işlər tamamlanacaq. Xocasən qəsəbəsində "Bakmil” stansiyasına bənzər bir stansiya olacaq. Həmin istiqamətlərdə işlər planlaşdırılmış şəraitdə gedir. Ona görə maliyyə problemi ilə qarşılaşmırıq”.

Xocasən Elektrik Deposunun metropoliten üçün ən vacib infrastruktur olduğunu qeyd edən B.Məmmədov bildirib ki, hazırda orada 3 stansiya istismara verildiyindən artıq qatarların intensivliyi artırılıb:

"Buna uyğun olaraq orada qatarların sayı da artırılıb. Bu zərurətə uyğun olaraq elektrik deposunun inşası planlaşdırılmış qaydada birinci mərhələ üzrə gələn il tamamlanacaq”.
 
Metropoliten rəsmisi hazırda Bakının Baş planı üzərində son tamamlama işləri aparıldığını və orada metro məsələsinə şəhər nəqliyyatının əsas tərkib hissəsi kimi xüsusi baxıldığını qeyd edib:

"Metronun inkişafı orada mərhələlərlə xüsusi nəzərə alınıb. Həmin layihə təsdiq olunanda artıq konkret planlar üzrə qeyd etdiyim stansiyaların inkişaf mərhələləri həyata keçiriləcək.

Həmin planda Metropolitenin xətlərinin ayrılması layihəsinə ən vacib məsələ kimi diqqət yönəldilib. Layihə 2 vacib "Yaşıl xətt” üzrə bəzi stansiyaların inşası ilə bağlıdır. Yəni, "Dərnəgül” stansiyası ilə "Koroğlu”ya qədər 3 stansiyanın inşası, "Xətai” stansiyasından sonra 4 stansiyanın inşası və ilkin mərhələdə xüsusən 2 stansiyanın inşası nəzərdə tutulub. Eyni zamanda, bundan sonra xətlər, "Yaşıl” və "Qırmızı” xətlər ayrılacaq deyə, "Qırmızı” xəttin "İçərişəhər” stansiyasından sonra bir və yaxud iki stansiyanın inşa olunması və dalan yolunun təmir olunması planlaşdırılır. Bu xətlərin ayrılması layihəsi maksimum 9 stansiyanın inşasını nəzərdə tutur”.



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap