|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bakıda ögey ananı öldürüb gölə atdılar - Ərlə arvadın ŞOK CİNAYƏTİ + FOTOLAR
Tarix 05.06.22, 10:57 |
|
Qısa arayış...
2021-ci il aprelin 1-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 12 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Daxil olan məlumat əsasında həmin evə gedən əməliyyatçılar orada yaşayan, 1979-cu il təvəllüdlü Qərənfil Baxşəliyevanın yoxa çıxdığının şahidi olublar. Həmçinin, mənzilin divarında, sanitar qovşağının sağ tərəfində və evin giriş qapısında, üzərində qanabənzər ləkələr müşahidə ediblər.
Aprelin 2-də Qərənfil Baxşəliyevanın cəsədi qırmızı rəngli xalçaya bükülmüş vəziyyətdə Qaradağ rayonu ərazisində yerləşən göldə aşkar edilir.
Dərhal Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qərənfil Baxşəliyevanın meyitində 16 ədəd xəsarət izi aşkar edilir. Qadının ölümünə isə beyin toxumasına qansızma səbəb olub.
Baş vermiş qətllə bağlı Qərənfil Baxşəliyevanın ögey qızı, 1999-cu il təvəllüdlü Günay Məmmədova və kürəkəni, 1993-cü il təvəllüdlü Həmzə Verdiyev şübhəli şəxs qismində saxlanılıblar.
Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Həmzə Verdiyev rəsmi nikahda olan arvadı Günay Məmmədovanın atası Firdovsi Məmmədova məxsus nömrəsiz fərdi evdə yaşayıb. Qayınanası Fövqiyyə Məmmədovanın vəfatından bir müddət sonra qayınatası Qərənfil Baxşəliyeva ilə evlənib. Qadının həmin evə vərəsə kimi iddialı ola biləcəyini fikirləşərək, gələcəkdə ev bölgüsündən məhrum etmək üçün Günay Məmmədova ilə birlikdə onu öldürməyi qərarlaşdırıblar. Bu məqsədlə, 2021-ci il martın 25-i saat 19 radələrində Firdovsi Məmmədov Qaradağ rayonunun Səngəçal qəsəbəsində iş növbəsində olmasından istifadə edərək, evin dəhlizində, arxadan Qərənfil Baxşəliyevaya yaxınlaşıb, əlindəki baltanın küp və iti hissələri ilə əvvəlcə özü, sonra həyat yoldaşı, qadının onu öldürməmələri barədə yalvarışlarına və aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə baş nahiyəsinə çoxsaylı zərbələr endiriblər.
Sonra meyiti xalçaya büküb, guya qadının küsüb evdən getməsi görüntüsünü yaratmaqla, cinayəti gizlətməkdən ötrü mərhumun paltarlarını, pul kisəsini və şəxsiyyət vəsiqəsini çemodana yığıblar. Daha sonra meyiti, baltanı və çemodanı “Renault” markalı, 99-SR-187 dövlət nömrə nişanlı avtomobillin yük yerinə yerləşdiriblər. Gizlində onları aparıb Lökbatan-Puta magistral yolunun kənarında yerləşən gölə atıblar.
İş üzrə dindirilmiş Həmzə Verdiyev bildirib ki, 2001-ci ilə qədər Astara şəhərində, həmin ildən etibarən isə Bakı şəhərinin Xəzər rayonunda yaşayıb. Binə qəsəbəsində yerləşən 136 saylı tam orta məktəbi 2010-cu ildə bitirib. 2018-ci ilə qədər fərdi qaydada rəngsaz kimi çalışıb, sonra müxtəlif taksi şirkətlərində sürücü işləyib. Günay Məmmədovanı da taksi fəaliyyəti ilə məşğul olan zaman tanıyıb. Belə ki, Günayı atası və xalası ilə birlikdə “Bakı Sağlamlıq Mərkəzi”ndən Biləcəri qəsəbəsinin M.Aslanov küçəsində yerləşən evlərinə aparıb:
“Məndə onun nömrəsi qalmışdı. Sonra onunla əlaqə saxladım və münasibətlərimiz yarandı. 2019-cu il fevralında nişanlandıq və martın 14-də toyumuz oldu. Həyat yoldaşımın anası Fövqiyyə Musayeva onkoloji xəstəlikdən vəfat edəndən sonra, atası Firdovsi Qərənfil Baxşəliyeva ilə qeyri-rəsmi ailə həyatı qurdu. Bu Günaya çox pis təsir etdi. Bu səbəbdən onunla atası arasında tez-tez mübahisələr olurdu. Noyabrın 19-da bizim qızımız dünyaya gəldi. 2021-ci ilin yanvar ayında biz qayınatamın evinə köçdük”.
Təqsirləndirilən şəxs bildirib ki, Günayla Qərənfilin arasında mütəmadi söz-söhbət yaranıb: “Ögey anası Günaya onlarla birlikdə yaşaya bilmədiyini, uşağın səsindən əsəbiləşdiyini deyirdi. Hətta qadın evi satacaqları ilə bağlı danışırdı. Günay isə ona evin anasına məxsus olduğunu deyərək satılmasına qarşı çıxırdı”.
Həmzə Verdiyev qeyd edib ki, 2021-ci il martında Günay ona artıq Qərənfillə bir evdə yaşaya bilmədiyini və onu öldürmək qərarına gəldiyini deyib:
“Arvadıma bunu tək bacarmazsan dedim və onu sakitləşdirməyə çalışdım. Lakin fikrinin ciddi olduğunu gördüm və qadını birlikdə öldürməyi təklif etdim. 4-5 gün Qərənfili necə öldürəcəyimizi düşündük. Uzun müzakirədən sonra qərara gəldik ki, qətli Firdovsi gecə növbəsində olan gün törədək və meyiti Qaradağ rayonu ərazisində yerləşən gölə ataq. Martın 25-i saat 18 radələrində övladımı aparıb Günayın xalasıgilə qoydum və evə qayıtdım. Qərənfil evdə idi. O, hamam otağının qapısını açmaq istəyəndə arxadan balta ilə başına iki zərbə endirdim. Günay qonaq otağının qarşısında dayanıb bizə baxırdı. Ona dedim ki, televizorun səsinin artırsın. Qadın üzü üstə yerə yıxılan kimi ardıcıl 3-4 dəfə də zərbələr vurdum. Günay qorxudan qışqırırdı. Ona sakitləşməsini, artıq bu işə başlamışıqsa sona çatdırmalı olduğumuzu bildirdim. Günay sakitləşdi və gördü ki Qərənfil hələ ölməyib. Bıçağı götürdü və onun başına daha 3 zərbə endirdi. Bizim əsas məqsədimiz qadını tez öldürmək və hadisə yerini təmizləmək idi. Günayın vurduğu zərbələrdən sonra artıq Qərənfil öldü. O, tam hərəkətsiz vəziyyətdə uzanmışdı. Biz onu yerdə olan qırmızı rəngli xalçaya bükdük. Qadının guya evdən çıxıb getməsi səhnəsini yaratmaq məqsədi ilə ona məxsus paltarları və pul kisəsini qırmızı rəngli çemodana yığdıq. Kimyəvi vasitələrlə döşəmədə, tavanda və divarlarda olan qan ləkələrini sildik. Bu müddət ərzində Firdovsi dayanmadan Qərənfilin mobil telefonuna zəng edirdi. Günay telefonu açdı və Qərənfilin geyinərək evdən getdiyini dedi. Daha sonra meyiti maşının yük yerinə qoyduq. Avtomobilə əyləşib, plan üzrə Sulutəpə, ardınca Xocasən dairəsi istiqamətində hərəkət etdik. Lökbatan-Puta yolunda, avtomobil hərəkətdə olarkən Günay pəncərədən baltanı tulladı. Bundan 400 metr sonra maşını saxlayıb çemodanı suya atdıq. Daha sonra xalçaya bükülmüş meyitə mişar daşı bağlayıb gölə tulladıq. İşi bitirib evə qayıdanda Firdovsi zəng etdi və bizi 4-cü polis şöbəsinə çağırdı. Şöbəyə getdik və hadisə ilə bağlı izahatlarımızı verdik”.
Təqsirləndirilən Günay Məmmədova qeyd edib ki, martın 25-də mübahisə edərkən Qərənfil Baxşəliyeva onun anasını və qızını söyüb. Qərənfil fiziki cəhətdən zəif qadın olub. Onu tək öldürüb, əri Həmzə yalnız evdəki izləri və meyiti gizlətməyə köməklik edib. Baxşəliyevanı öz istəyi ilə öldürüb, əməlinin uzunmüddətli cəza ilə nəticələnə biləcəyini dərk edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Oruc Baxşəliyev ifadəsində göstərib ki, bacısı Qərənfil Baxşəliyeva 2015-ci ildə Türkiyədə həmkəndliləri Samit Məmmədovla ailə həyatı qurub. Həmin vaxtlar onun valideynləri digər bacı-qardaşları ilə birlikdə İstanbul şəhərində yaşayıblar. Uşaqları olmadığına görə 2017-ci ildə bacısı boşanıb. 2019-cu ildə Qərənfil Firdovsi Məmmədovla qeyri-rəsmi ailə həyatı qurub və Bakı şəhərinə köçüb. Qərənfilin sözlərinə görə, yoldaşının birinci nikahdan olan qızı Günay əri Həmzə ilə yaşadıqları evə köçdükdən sonra aralarında mülklə bağlı mübahisələri yaranıb.
Firdovsi ona evi sataraq ayrı-ayrı evlər almaq istədiyini, bununla da həmin mübahisəyə son qoyacağını deyib.
2021-ci il martın 26-da Firdosi ona zəng edərək Qərənfilin evdən çıxıb, getdiyini söyləyib. Narahat olaraq, Naxçıvandan Bakıya gəlib və 4-cü Polis Şöbəsinə gedib, bacısının itkin düşməsi ilə əlaqədar izahat verib. Aprelin 2-də Qərənfilin Günayla Həmzə tərəfindən qətlə yetirildiyini bilib, meyitini təhvil almaq üçün Binəqədi rayon Patoloji Anatomiya şöbəsinə gəlib.
Şahid Firdovsi Məmmədov ifadəsində göstərib ki, martın 25-i saat 19 radələrində arvadı Qərənfil telefon zənglərinə cavab vermədiyi üçün, qızına zəng edib. Günay Qərənfilin paltosunu geyinərək, harasa çıxıb getdiyini deyib. Bacısı İmarətlə telefonla əlaqə saxladıqda, sonuncu ona Qərənfilin telefonundan Nərgizin telefonuna “namaz qılım, gələcəm” məzmunlu mesaj gəldiyini söyləyib. Bunu eşidəndə o, şübhələnib. Belə ki, arvadı heç kimə mesaj yazmayıb, o, “WhatsApp”la yalnız zəng etməyi bacarıb. Ona görə də dərhal Qərənfili axtarmaqlarını tapşırıb. Evlərinə gedən bacısına və digər yaxınlarına Günay və Həmzə onun çıxıb, getdiyini bildiriblər. Onun xahişi ilə qohumları polisə zəng edib, Qərənfil Baxşəliyevanın yoxa çıxması ilə bağlı məlumat veriblər. Özü işdən icazə alıb saat 23 radələrində evə gəlib:
“Günayla Həmzə evdə yox idi. Mənzilə daxil olanda divarın və tavanın üzərində qanabənzər ləkələr gördüm. Tez yataq otağına baxdım. Qərənfilin bəzi paltarları, içərisində şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantası və qırmızı rəngli çemodan yox idi. Qızıma zəng edib tez evə gəlməsini tələb etdim. Lakin o gəlmədi. Bundan sonra mən şübhələndim”.
Şahid Cəmilə Verdiyeva bildirib ki, martın 26-da oğlu Həmzə həyat yoldaşı ilə gəlini Günay ad günü ilə əlaqədar onlara gəliblər. Çay içərkən gəlini ögey anası Qərənfilin namaz vaxtı onları təhqir etdiyini və paltarlarını geyinərək çıxıb, getdiyini deyib. Bundan sonra Həmzə 4-cü polis şöbəsinə və prokurorluğa dəvət olunduqda o, narahat olub. Amma oğlu qadının yoxa çıxmasından xəbərsiz olduğunu bildirib. Bir həftədən sonra o eşidib ki, Həmzə ilə Günay həbs olunublar.
Məhkəmə iclasında Həmzə Verdiyev ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, cinayətin törədilməsində iştirak etməyib, Qərənfil Baxşəliyevanı onun həyat yoldaşı qətlə yetirib.
Günay Məmmədova özünü qismən təqsirli bilib. Məhkəmədən xahiş edib ki, onun övladı Sevgi Verdiyeva xalası Ülviyyə Novruzovanın himayəsində qalsın.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza verilməsini istəyib.
Məhkəmə Həmzə Verdiyevin və Günay Məmmədovanın əməllərini CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci ( tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürmə) maddələri ilə tövsif olunmasını əsaslı sayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə Həmzə Verdiyev 19, Günay Məmmədova isə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Xəbərin oxunma sayı : 1228
Kriminal
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV