|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bakıda biznesmen maşınında güllələndi: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ - FOTO
Tarix 15.04.23, 9:18 |
|
2019-cu il dekabrın 23-də Yasamal rayonu, Cabbar Məmmədzadə küçəsindəki 166-177 saylı evin arxasında 1989-cu il təvəllüdlü Zülfi Muradov və 1987-ci il təvəllüdlü İlkin Bağıyev güllələnir.
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Bakı şəhər Baş Polis və Yasamal rayon Polis İdarələri əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Tural Nağıyev tutularaq istintaqa təhvil verilib. Ondan maddi sübut kimi “Makarov” konstruksiyalı tapança götürülüb.
KİV-də məlumat yayılıb ki, kriminal hesablaşma zamanı yaralanan Zülfi Muradov meyvə-tərəvəz ticarəti ilə məşğul olub. Hadisədən 1-2 gün əvvəl həbsdən azadlığa çıxıb. Özünün sosial şəbəkədəki profilində məclislərdən birində meyxana ustası Rəşad Dağlı ilə birgə çəkdirdiyi fotoşəkilini paylaşıb.
Hadisə baş verən ərazi
Lent.az cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Tural Nağıyev Rəsulzadə qəsəbəsində, əvvəllər qonşusu olmuş Zülfi Muradovla 2018-ci ilin mart ayında telefonla danışarkən, aralarında mübahisə yaranıb.
Tanışını öldürmək qərarına gələn Nağıyev, bu məqsədlə “Makarov” konstruksiyalı tapançanı və 5 ədəd patronu özünün “İnfiniti FX35” markalı avtomobilinin sağ qabaq qapısının saxlanc hissəsinə qoyub. Cinayətkar niyyətini həyata keçirməkdən ötrü dekabrın 22-i saat 23 radələrində Zülfi Muradovun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsindəki 79 saylı evin yaxınlığına gələndə, arxadan tanışının Məmmədzadə küçəsi, 166-177 saylı evin arxa hissəsində, özünə məxsus “Niva” modelli avtomobilin sükanı arxasında oturmasını görüb.
İdarə etdiyi maşını yanında, sol tərəfdə saxlayaraq, tapançanı atəşə hazır vəziyyətə gətirib. Pəncərəni aşağı endirib, avtomobildən çıxmadan Zülfi Muradova 2 dəfə atəş açıb. Özünü qorumaqdan ötrü Muradov sağ oturacağın üzərinə uzanmaqla, atəşlərdən qismən yayınıb. Avtomobilindən çıxıb, Zülfi Muradovun ölməsini dəqiqləşdirmək istəyərkən, hadisə yerinin yaxınlığında olan Zülfinin qonşusu İlkin Bağıyev Turala mane olmaq üçün ona doğru gəlib. Tural Nağıyev xuliqanlıq niyyəti ilə 3 metr məsafədən odlu silahdan İlkinin ayaqlarına 3 dəfə atəş açaraq, onu yaralayıb. Zülfi Muradova və İlkin Bağıyevə xəstəxanada ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən onlar ölümdən xilas ediliblər.
İş üzrə dindirilmiş Tural Nağıyev ifadəsində göstərib ki, Zülfi Muradov əvvəllər Rəsulzadə qəsəbəsində yaşayıb, sonra isə Yasamal rayonuna köçüb. 2018-ci ilin mart ayında Zülfi ilə telefonla danışanda şəxsi məsələləri ilə bağlı aralarında ədavət yaranıb:
“Bir müddətdən sonra Muradovun həbs olunmasını eşitdim. Cəzaçəkmə müəssisəsində olan müddət ərzində onun yaşadığı ünvanı müəyyən etdim. Məqsədim Zülfi həbsdən azad olunduqdan sonra, onunla görüşmək olub.
Tural Nağıyev
2019-cu il dekabrın 21-də Muradovun həbsdən azad edildiyini öyrəndim. Növbəti gün axşam, idarə etdiyim “İnfiniti” markalı avtomobil ilə Yasamal rayonu ərazisində olarkən, Zülfinin yaşadığı məhəllədən keçmək qərarına gəldim. Qarşıma çıxdığı təqdirdə, üzərimdəki odlu silahdan atəş açmaqla, onu qorxutmaq istədim. Həmin tapançanı dekabr ayının əvvəllərində Rəsulzadə qəsəbəsində, “Qatar yolu” kimi tanınan ərazidə, itimi gəzdirərkən dəmir yolu relslərinin yanından tapdım və silahı yaşadığım evin həyətində gizlədərək, bu barədə heç kimə məlumat vermədim. Şərifzadə küçəsi ilə “ASAN” xidmət istiqamətində hərəkət edərkən, Zülfigilin məhəlləsinə daxil olmaq üçün 9 mərtəbəli yaşayış binasının altında olan arkadan sağa dönərək, bir qədər irəli getdim. Məhəlləyə çatanda, təxminən 100 metr irəlidə Zülfiyə məxsus ağ rəngli, “Niva” markalı maşının yolun sağ tərəfində dayandığını gördüm. Asta sürətlə hərəkət edib Muradovun sükan arxasında oturduğunu, yanında heç kimin olmadığını gördüm. Dərhal sol qapının saxlanc hissəsindən tapançanı götürüb, sağ qabaq qapısının şüşəsini aşağı endirməklə Zülfiyə ardıcıl atəşlər açdım. Xəsarət alıb-almamasını dəqiqləşdirməkdən ötrü avtomobildən düşərək, Muradovun maşınına doğru gedəndə, arxadan tanımadığım şəxs onu səslədi. Arxaya dönəndə, naməlum şəxsin üstümə gəldiyini gördüm. Ona dayanmasını dedim və ayaqlarının altına doğru bir neçə dəfə atəş açdım.
Bundan sonra maşınıma minib, hadisə yerindən uzaqlaşdım. Səhərisi gün saat 13 radələrində könüllü polisə təslim oldum”.
Zülfinin maşını
Tural Nağıyev əlavə edib ki, İlkin Bağıyevi ümumiyyətlə tanımır və onunla ədavəti olmayıb.
Zərərçəkmiş Zülfi Muradov ifadəsində göstərib ki, dekabrın 22-də mülkiyyətində olan “Niva” markalı avtomobili ilə şəhərdə bir qədər hərəkət edəndən sonra, məhəllədə yaşayan dostu İlkin Bağıyevə zəng edib görüşməyi təklif edib:
Zülfi Muradov
“Təxminən 10 dəqiqədən sonra həyətə çatdım. İlkinə maşına əyləşməyi təklif edəndə, dostum çay evinə doğru piyada gedəcəyini bildirdi. Sükan arxasına oturub, mühərriki işə salmaq istəyirkən, sol arxa tərəfdən markasını görmədiyim avtomobilin yavaş sürətlə mənə tərəf gəldiyini gördüm. Bir anda atəş səsi eşitdim, avtomobilin şüşəsi sınaraq salona, eləcə də üzərimə töküldü. Atəşin mənə açıldığını başa düşdüm. Dərhal oturduğum yerdən sağ qabaq oturacağın üstünə uzandım. Həyəcanlı olduğumdan təxminən 10 saniyə əyildiyim yerdə qaldım. Başımı qaldıranda ətrafda həmin maşını görmədim. Əlimlə sinəmə toxunanda, paltarımın nəm olduğunu hiss etdim. Əlim qana bulaşmışdı. Avtomobili idarə edərək Kliniki Tibbi Mərkəzə gəldim. Həkimlər məni müayinə edib, əməliyyat otağına apardılar. İlkinə zəng eləmək ağlıma gəlmədi. Yalnız xəstəxanada, əməliyyatdan sonra özümə gələndə, polis əməkdaşlarının sözlərindən bildim ki, atəş nəticəsində İlkin də ayağından xəsarət alıb. Bizə atəş açan Tural Nağıyev isə saxlanılıb”.
Turalın maşını
Zülfi Muradov əlavə edib ki, Turalın ona atəş açmasının səbəbini bilmir. Tural Nağıyevlə uşaqlıqdan Rəsulzadə qəsəbəsində bir məhəllədə böyüyüb, əvvəllər münasibətləri çox yaxşı olub. 2006-cı ildə ordan hazırda yaşadığı Yasamal rayonuna köçüb. Son 2 ildə onunla əlaqə saxlamadığından münasibətlərində soyuqluq yaranıb, aralarında elə də ciddi mübahisə olmayıb.
Zərərçəkmiş İlkin Bağıyev ifadəsində göstərib ki, dekabrın 22-də özünə məxsus “Mercedes” markalı avtomobili ilə obyektlərə çörək paylayıb, yaşadığı evə qayıdanda dostu Zülfi Muradov zəng edərək, görüşüb çay içməyi təklif edib:
“Məhəllədə naməlum şəxs ayaqlarıma doğru atəş açanda, özümü qorumağa çalışdım. Zülfinin maşınına yaxınlaşmadan arxaya çevrilib, qaçdım. Şərifzadə küçəsinə çıxıb, qara rəngli taksiyə oturdum və sürücüdən məni təcili Respublika Klinik Xəstəxanasına çatdırmasını xahiş etdim. Qardaşım Həsənə zəng edib, ayağıma dəmir parçası batdığını dedim və onu xəstəxanaya çağırdım. Respublika Klinik Xəstəxanasında məni qəbul etmədilər və Kliniki Tibbi Mərkəzə göndərdilər. Ora çatanda Zülfinin də qəbul otağında, xərəkdə uzandığını gördüm. Həkimlər sol ayağımın baş barmağında olan gülləni çıxardılar”.
Rəşad Dağlı və Zülfi Muradov
İlkin 2 gündən sonra baş vermiş hadisəni dəqiqliyi ilə öyrənmək üçün Zülfinin palatasına keçib. Amma söhbət zamanı Turalla soyuq münasibətlərin yaranma səbəblərini nə qədər Zülfidən soruşsa da, o bununla bağlı heç nə deməyib.
Şahid Babək Nağıyev bildirib ki, dekabrın 23-ü gecə saat 3 radələrində Tel-Əviv şəhərindən Bakıya gəlib:
“Heydər Əliyev adına Beynəlxalq hava limanında təyyarədən endikdən sonra polis əməkdaşları tərəfindən saxlanıldım. Mənə məlum oldu ki, qardaşım Tural Yasamal rayonunda odlu silahdan açdığı atəşlərlə Zülfi və İlkin adlı şəxsləri yaralayıb. Turalın olduğu yerini soruşsalar da, polislərə təyyarədən endiyim üçün bu barədə məlumatım olmadığını dedim. Evə çatan kimi qardaşım öz nömrəsindən “WhatsApp” proqramı vasitəsilə mənə zəng edərək, səhər polisə təslim olacağını və növbəti gün saat 12 radələrində Rəsulzadə qəsəbəsində yerləşən kafedə məni gözləyəcəyini bildirdi. Orada görüşüb, hadisəni nəyə görə törətdiyini soruşanda, Tural Zülfinin hələ həbs edilməmişdən öncə aralarında nə isə anlaşmazlıq olduğunu və bundan sonra ədavətlərinin yarandığını söylədi. Bundan sonra birlikdə Yasamal rayon Polis İdarəsinə getdik və qardaşım könüllü təslim oldu”.
Qeyd edək ki, hadisədən bir müddət sonra Zülfi Muradov həbs edilib və 2021-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234-cü (satış məqsədi ilə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə iclasında Tural Nağıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Zülfi Muradov təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə hesab edib ki, Tural Nağıyevin cinayət əməlləri istintaq orqanı tərəfindən Cinayət Məcəlləsiin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 228.1-ci ( qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib və məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tural Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 682
Kriminal
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV