“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda sürücüyə eyni anda 14 cərimə gəlib - VİDEO

Tarix 06.08.24, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda taksi sürücüsünə eyni anda 14 protokol və 300 manat cərimə məbləği gəlib.

Xezerxeber.az-ın məlumatına görə, bu cür vəziyyətlə paytaxt sakini İlqar Abdullayev üzləşib.

O iddia edir ki, cərimələrin çoxunun vaxtı keçib. Yəni 7-8 ay əvvəl törətdiyi qayda pozuntularının cərimələri indi ona gəlib.

Taksi sürücüsü iddia edir ki, yanvar ayından iyul ayının sonuna kimi nə qədər yol hərəkəti qaydasını pozubsa, ona bu barədə heç bir məlumat daxil olmayıb. Daha doğrusu, şəxsi kabinetinə məlumat gəlməyib.

İlqar Abdullayev onu da bildirib ki, avtomobili icbari sığorta olduğu halda hətta cərimələrdən biri sığorta olunmaması ilə bağlıdır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən ``Xəzər Xəbər``ə bildirilib ki, sözügedən nəqliyyat vasitəsi lizinq şirkətinin nəzdindədir və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə yol vərəqəsi əsasında sürmək üçün verilib. Amma bu barədə yol polisinə məlumat verilməyib. Törədilən xətalar sonuncu dəfə etibarnamə əsasında avtomobili idarə edən şəxsə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsindən o da əlavə edildi ki, yol vərəqəsi ilə avtomobil hansısa sürücüyə idarə etmək üçün verildikdə bu barədə ərazi üzrə yol polis şöbəsi və ya bölmələrinə məlumat verilməlidir.





Xəbərin oxunma sayı : 973




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap