Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Bank “AAAF-İnşaat”ı məhkəməyə verdi - Dövlətə 17 milyon borcu var

Tarix 15.03.23, 19:05

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda ləğv prosesində olan “Texnikabank” ASC Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksini inşa edən “AAAF-İnşaat” MMC-yə və Vahabova Təranə Əhməd qızına qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Bildirilir ki, məhkəmə iddiası zaminlik müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “AAAF-İnşaat” MMC 02.03.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xırdalan şəhəri 26-cı məhəllə, ev 199-da yerləşən MMC-nin direktoru Heydərov Tofiq Mirhəsən oğludur.

Qeyd edək ki, barəsində iddia qaldırılan “AAAF-İnşaat” MMC-nin hazırda dövlət büdcəsinə böyük həcmdə - 17 milyon 430 min 387 manat 28 qəpik vergi borcu var. Təxminən 2 il əvvəl “AAAF-İnşaat” MMC-nin vergi borcu 28 milyon manatdan çox idi. Belə görünür ki, son 2 ildə şirkət 10 milyon manatdan çox vergi borcunu büdcəyə ödəyib.
Onu da bildirək ki, Xırdalan şəhərində “AAAF” adı ilə çoxsaylı şirkət fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 670




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap