| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Bir bankı məhv edib, bir milyard qazandılar!… – “Bank Satandard”ı kimlər taladı?
Tarix 28.09.19, 22:00 |
|
Bir vaxtlar ölkənin populyar banklarından olan və sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin “əsəri” sayılan “Bank Standard”ı yaşadığı taleyə görə Beynəlxalq Bankın “kiçik qardaşı” adlandırmaq olar.
Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və digər cavabdeh üst orqanların gözü qarşısında “əriyən” və həyəcan siqnalı çalan bank, tam diz çökənə qədər sümürüldükdən sonra onun lisenziyası 1 oktyabr 2016-cı ildə ləğv edildi və ləğvetmə üçün 2019-cu ilin sonuna qədər müddət qoyuldu. Lakin vədə tamam olmağa az vaxt qalsa da, bankla bağlı ciddi problemlər qalmaqdadır və əmanətçilərin böyük hissəsinin vəsaitinin ödənilməsi məsələsi hələ də açıq qalır.
Rüfət Aslanlı və 115 milyonun taleyi
Bəs bankın bu vəziyyətə düşməsində əsas günah sahibi olanlar üzə çıxarılaraq cəzasını alıbmı və vurulan ziyan ödənilibmi? Təəssüf ki, bu suala bütövlükdə müsbət cavab vermək mümkün deyil. Əksinə, bankın və onun əmanətçilərinin düşdüyü ağır vəziyyətdən istifadə edərək, külli miqdarda qazanc əldə edənlər oldu ki, bunlardan da ən birincisi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sabiq sədri Rüfət Aslanlı sayılır.
“AzPolitika.info“nun məlumatın görə, R.Aslanlı həmin vaxt hökuməti inandıra bilmişdi ki, bankı “sağlamlaşdırmaq” üçün vəsait ayırmaq lazımdır və buna dəyər. Nəticədə, Mərkəzi Bank “Bank Standard”a 115 milyon manat ayırmağı qərara almışdı.
Lakin sonradan belə məlum oldu ki, Aslanlının “Bank Standard”ı necə xilas edəcəyi barədə heç bir planı mövcud deyil. O, guya iş getdiyi barədə bank bağlanana qədər görüntü yaratmağa çalışdı. Və günlərin birində çıxıb elan etdi ki, bankı xilas etmək mümkün deyil və onu bağlamaq qərara alınıb.
Mərkəzi Bankdan həmin məqsədlə ayrılan 115 milyon manatın taleyisə olduqca maraqlı idi. Aslanlının özünün dediyi kimi, 15 milyon manat həcmində birinci tranş tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib, 43 min əmanətçinin tələbi ödənilib. Lakin bu rəqəmi tanınmış ekspert, “Bank Standard”ın fiziki şəxslər olan 44 min əmanətçisinin hüquqlarını müdafiə edən, bankın Kreditorlar Komitəsinin o vaxtkı rəhbəri Əkrəm Həsənov tamamilə təkzib etdi.
İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı aldı. R.Aslanlı yenə iddia etdi ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin Əkrəm Həsənovun müdafiə etdiyi əmanətçilər bu dəfə də heç nə almayıblar. O zaman bu 75 milyon manat haradadır? Ə.Həsənov o zaman mətbuata bildirmişdi ki, həmin pulları bankın iri əmanətçiləri arasında bölüblər, əvəzində Aslanlı sanballı “otkat” alıb. Hətta bank çevrələrindəki mənbələr iddia edirdilər ki, Rüfət Aslanlı təkcə “Bank Standard”dan 40 milyon manat qazanc əldə edib.
“AzPolitika.info” qeyd edir ki, talanın baş verdiyi dövrdə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Onun da bu prosesdə iştirak eydiyi ehtimal olunur. Azad Cavadovun səlahiyyət müddəti bitdiyi üçün ötən ilin avqustunda vəzifəsindən azad olunub. A.Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru kimi fəaliyyət göstərib. Mətbuatda yayılan məlumatlara görə, Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın komandasinda yer alan Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri hesab edərək, talayıblar. Bu zaman Azad Cavadova məxsus olmaqla, qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmdarlarının adı açıqlanmayan “Fınex” lizinq (bokt) şirkətindən istifadə olunub.
“Standard Bank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov bu bankın da talanmasında Azad Cavadovun rolunun olduğuna işarə vurub. O, bildirib ki, Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”Bank Standard”ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır.
Əmanətlərin Sığortalanması Fondu “Standard Bank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “Standard Bank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır”.
“Bank Standard”ın qarşısında “xidmətləri” olanlar
“AzPolitika.info” qeyd edir ki, Bankı talayanlardan biri də iş-işdən keçəndən sonra axtarışa verilən “Bank Standard”ın İdarə Heyətinin sədri Səlim Kirman və onun əlbir olduğu, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərin təsisçisi Çingiz Cəlilov sayılır.
Səlim Kirman
İstintaq hesab edir ki, onlar qabaqcadan razılaşmaqla, əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti, dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla, götürüblər. Nəticədə, bu məbləğin 13 milyon 962 min manatını öz aralarında bölüblər. Hazırda bu işə görə Ç.Cəlilov həbsdə olsa da, Heydər Babayevin adamı sayılan S.Kirmandan bir xəbər verən yoxdur.
“Bank Standard”ın qarşısında böyük “xidmətləri” olanlardan biri də Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsumovun təsisçisi olduğu “AS Group İnvestment” şirkəti sayılır. Mətbuatda bankdan 77 milyon manatlıq kredit götürən şirkətin nəinki borcunu qaytarmadığı, hətta bu kreditə görə girov belə qoymadığı yazılmışdı.
Sonradan şirkət rəsmi açıqlama verərək, həmin kreditin qarşılığında girov qoyduğunu bildirdi. Və mətbuatdan xahiş etdi ki, Şahin Mövsümovun reputasiyası ilə işiniz olmasın(!). Lakin sonradan bu külli miqdarda vəsaitin ödənilib-ödənilmədiyi barədə hər hansı rəsmi məlumat rastımıza çıxmadı. Sadəcə bankın əmanətçilərinin Dövlət Neft Fondunun qarşısında aksiya keçirmək istədiyinə dair məlumatlar yayıldı…

Şahin Mövsumov
Əslində, Bankın Kreditorlar Komitəsinin o vaxtkı rəhbəri Əkrəm Həsənov bu işdə məsuliyyətin kimlərin boynunda olduğunu açıq şəkildə demişdi: “Bu məsələdə məsuliyyət təkcə Bankın İdarə Heyətinin beynəlxalq axtarışa verilmiş keçmiş sədri Səlim Kirmanın üzərinə düşmür. Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir. Halbuki, həmin şəxslərin bir qismi bu gün banklarda rəhbərlikdədir. Həmçinin, Azərbaycan Mərkəzi Bankı da buna görə məsuliyyət daşımalıdır. Əgər bu qurumun vəzifəli şəxsləri “Bank Standard”da vaxtında normal yoxlama aparıb, qanun pozuntularına göz yummasaydı, indi Bankın vəziyyəti bu qədər pis olmazdı”.
İndi isə banka qoyduqları əmanətləri geri ala bilməyən vətəndaşlar çarəsiz qalaraq, banka borclu olan və pulu qaytarmayan şəxslərin adlarının ictimailəşdirilməsini istəyirlər. Belə ki, «Bank Standard»ın Kreditorlar Komitəsinin yeni sədri Şahin Əhmədov 2 gün əvvəl mətbuata açıqlama verərək deyib ki, bankı talayan şəxslərin ümumi sayı 153 nəfərdir. Bu 153 nəfər bankdan hərəyə azı 500 min manatdan yuxarı kredit götürüb. Və maraqlıdır ki, bu kreditlərin yarısı faizsiz, yarısı da təminatsız verilib.
İndi Kreditorlar Şurası həmin şəxslərin adlarının açıqlanmasını istəyir: «Mən Əmanətlərin Sığortalanması Fonduna dedim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır».
Doğrudan da həmin adamların adları açıqlansa maraqlı mənzərə yarana bilər. Təbii ki, 500 min manatdan artıq kreditlər, özü də girovsuz və faizsiz(!) olaraq, kasıb-kusuba verilmir. Siyahı açıqlansa, böyük ehtimalla yüksək rütbəli məmurlara yaxın şəxslərin və şirkətlərin adları üzə çıxacaq və necə deyərlər, “xoruzun quyruğu görünəcək”. Elə ona görə də Əmanətlərin Sığortalanması Fondunun bu addımı atacağı, yəni siyahını açıqlayacağı ehtimalı olduqca azdır…
Xəbərin oxunma sayı : 1654
İqtisadiyyat
Xəbərlər
-
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
-
Hava kəskin dəyişir - Güclü külək, leysan...
-
Aralarında yaranan pul borcu faciə ilə bitdi - TƏFƏRRÜAT
-
Bu qurumda departament və şöbə rəhbərləri təyin edildi - FOTO
-
Putin fərman imzalayıb - Rusiya ordusunun şəxsi heyəti artırılır
-
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
-
Şagirdinin anasından 65 min alıb qaytarmadı - Həbs edildi
-
İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı
-
Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI
-
İtaliya millisi səfərdə Türkiyəyə böyük hesabla qalib gəldi - VİDEO
-
Bakıda hansı küçələr bütünlüklə piyadaların istifadəsinə veriləcək? - VİDEO
-
Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
-
Prezident üç rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
-
Uzunmüddətli inkişaf strategiyası
-
Xatunun yolunu bağlayan kimdir? - “Mənə dedilər ki...“
-
“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” - Bill Qeyts
-
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri - Açıqlandı
-
Azərbaycanın yeni investisiya modeli – Yaşıl enerji
-
Ermənistanda benzininin qiyməti rekord səviyyəyə çatdı - TASS
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pakistanda azərbaycanlı qadına təcavüz edildi - TƏFƏRRÜAT
-
Madyarın toxunulmazlığı ləğv edildi - Oğurluqda ittiham olunur
-
Azərbaycan xurmanı hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Məktəblərdə kütləvi pul yığılır - SƏS YAZILARI
-
112 min manatlıq qanunsuz qumar əməliyyatı - TƏFƏRRÜAT
-
Bakıda oğul öldürüldü - Ananın da meyiti tapıldı
-
Prezidentin yeni rütbələr verdiyi şəxslər kimdir? - FOTOLAR
-
Həyat yoldaşının gözünü “göyərtdi“ - Məhkum edildi
-
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
-
Sabah Azərbaycanda leysan olacaq -Xəbərdarlıq
-
Toyuq filesi marketlərdə niyə yoxdur? - AÇIQLANDI
-
Jurnalist Əvəz Zeynallı vəfat etdi
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
-
Minatəmizləmə Agentliyi 5 maşın alır - 719 min manat xərclənəcək
-
Sabunçuda qadın qətlə yetirildi - Əri saxlanıldı
-
Ketçup hansı ölkələrdən gətirilir və marketdə neçəyə satılır? - Siyahı
-
Avtoxuliqanlıq edən sürücü həbs olundu - 15 sutka
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - FOTOLAR
-
Bakıda bu ərazidə yeni tunel inşa ediləcək - VİDEO
-
Prezident onlara ali xüsusi və ali hərbi rütbələr verdi - SƏRƏNCAM
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Anım Günü ilə əlaqədar
-
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik:Vətəndaşların yeni maliyyə seçimi
-
Prezident bir qrup prokurorluq işçisini təltif etdi - SİYAHI
-
Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib - Tokayev
-
Yasamal rayonunda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO
-
Aİ-də miqrasiya böhranına qarşı yeni plan: 24 saata qüvvələr göndəriləcək
-
Tehran Vaşinqtonla həm yeni münaqişəyə, həm də danışıqlara hazırdır - Əraqçı
-
Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - VİDEO
-
Xırdalanda bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
27 Sentyabr Anım Günü tarixi Zəfərə aparan yolun başlanğıcı
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - VİDEO
-
Azərbaycanda 490 manata satılan meyvə - Xaricdən 22 manata gətirilir
-
“Kaşif Kozinoğlu işi“ ilə bağlı YENİ DETAL: Daha əvvəl saxlanılan həkim evində ölü tapıldı
-
Tramp Feyrford aviabazasındakı həbslərdən danışdı: “Onları uzun müddət izlədik“
-
“Xəbərdarlıq etmişdik, dinləmədilər” - “Real”dan Fransa millisinə ittiham
-
Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb?
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - Fotolar
-
Bakıda bu mənzil 10 milyona satılır - FOTOLAR
-
İran generalından ABŞ-a xəbərdarlıq: “Region daha böyük müharibəyə sürüklənəcək”
-
Anar Ələkbərov “44” filmindən daha bir hissəni paylaşıb - Video
-
“Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə qalacaq” - Ərdoğan
-
Millətlər Liqası:Azərbaycan Litva ilə heç-heçə etdi
-
Hörmüz boğazından rekord həcmdə neft daşınıb - Tramp
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə - SİYAHI
-
KTN rəhbərlik və kollektivi Zəfər parkında - FOTOLAR
-
Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq - Hikmət Hacıyev
-
Baxçalı 2 mafiya liderini barışdırdı - Sedat Peker dəstək verdi
-
Niderland əhaliyə çağırış etdi: Üç günlük ərzaq və su ehtiyatı saxlayın
-
Azərbaycan xalqının milli kimliyinin və ləyaqətinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişi
-
“Hər şey Sizdən başladı, cənab General“ - Polad Həşimovun xanımı
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA
-
27 sentyabr-Anım Günü: Milli birlik, həmrəylik rəmzi, qəhrəman şəhidlərimizə dərin ehtiramın ifadəsi
-
Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahıda ABŞ və Avropa yoxdur
-
Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
-
Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?
-
ABŞ İrana iqtisadi təzyiqi artırır - 50-dən çox ölkə ilə danışıqlar aparılıb
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
-
YAP-ın qurultayı növbədənkənar deyil - Tahir Budaqov
-
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - Video - Fotolar
-
44 günlük qəhrəmanlıq dastanının yazılmasının başlandığı tarix
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri təyin olundu - FOTO
-
Prezident və birinci xanım Zəfər parkında - FOTOLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
-
Vətən müharibəsinin ilk mülki qurbanları - Qurbanovlar ailəsi
-
Dünyda ən çox dizel ixrac edən ölkələr - SİYAHI
-
TikTok 100 milyon dollar ödəyir - Uşaqlar üçün yeni rejim
-
Səhər nə içmək daha yaxşıdır: Qəhvə, yoxsa portağal şirəsi?
-
Kuba ilə ordusuz razılığa gələcəyik - Donald Tramp
-
Bakının bu ərazisində bulvar salınır - VİDEO
-
Ağsu aşırımında aktivlik yenidən artdı - VİDEO
-
Putin və Zelenski razılığa gələcəklər? - Trampdan yeni açıqlama
-
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər
-
Prezident Anım Günü ilə bağlı paylaşım edib - FOTO
-
Anım Günü - Vətən müharibəsinin başlanmasından 6 il ötür
-
Moskva və Vaşinqton xəttində gizli diplomatiya: Putin və Tramp telefonla nələri danışıb?
-
Suraxanıda narkotik əməliyyatı keçirilib - VİDEO
-
Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı
-
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
-
Xəstəlik səbəbilə pul alanların DİQQƏTİNƏ - Bu qədər məbləğ çıxılacaq
-
SOCAR-ın satın aldığı bank niyə yığıncaq keçirə bilmir? - Yenə təxirə salındı
-
Avtobuslar “Avtovağzal”dan Bakı-Sumqayıt yoluna daha tez çıxacaqlar – Video
-
Nazirlik bu şəxslərin hesabına pul köçürdü - Məbləğ və say açıqlandı
-
Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq - Sabahın havası
-
Vəzir Həsənovun idarəsində yoxlama - Cəzalandırılanlar var
-
Prezident İlham Əliyev qəbullar keçirdi - FOTOLAR
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - Video
TOP 10
ARXİV









