Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Bir neçə çayda su laboratoriyaları qurulub - Nazir

Tarix 10.12.19, 18:24

Font ölçüsü : - / +
bitmap-img6


"Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələrdəndir".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühit üzrə Milli Monitorinq Departamentinin yenidən qurulmuş Laboratoriyası Mərkəzinə baxış zamanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib. Onun sözlərinə görə, bizim regionda suların, xüsusən də transsərhəd suların idarə olunması və istifadə olunması, kəmiyyəti, keyfiyyəti diqqət mərkəzindədir:

"Avropa İttifaqının bu layihədə aktiv iştirakı, layihənin həyata keçirilməsi bu məsələlərin Ai tərəfindən də diqqətdə olduğunu göstərir. Bir neçə laboratoriyanın qurulması və akkreditasiyası, burada çalışanlara təlimlərin keçirilməsi növbəti mərhələdə geniş mübadilə sisteminin qurulması olacaq. Bu, Azərbaycan üçün önəmli layihədir. Dövlət bu məsələlərdə böyük proqramlar icra edir".

Nazir qeyd edib ki, son ildə dövlət tərəfindən bir neçə çayda su laboratoriyalarının qurulması təşkil olunub:

"Alınan nəticələrlə müasir, çevik sistem qurulmasına çalışacağıq. Bizim Ai ilə bir neçə layihəmiz var ki, hamısı uğurla icra olunur. Maraqlıyıq ki, növbəti mərhələdə də bu layihələri davam etdirək. Layihənin gerçəkləşməsində Aİ-yə və layihəyə dəstək olan təşkilatlara minnətdarıq. İnanıram ki, bu əməkdaşlıq daha da genişlənəcək. Ai ölkələri ilə birgə layihələrimiz növbəti mərhələdə daha böyük hədəflər gözləyir".



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap