MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır? Pensiyalar artırılır - Rəsmi açıqlama “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)
Axtar
 
  • / Sosial / — 22 Yanvar 2021

    MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır?

  • / Sosial / — 18 Yanvar 2021

    Pensiyalar artırılır - Rəsmi açıqlama

  • / Sosial / — 18 Yanvar 2021

    “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT

  • / Siyasət / — 15 Yanvar 2021

    “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)

  • / Maqazin / — 09 Yanvar 2021

    “Belə davam etsə, acından öləcəyik” – Müğənni Günay

  • / Maqazin / — 07 Yanvar 2021

    “30 yaşım var, bundan sonra məni kim alacaq?“ - VİDEO

Bu gün Kəlbəcər işğaldan azad edilir

Tarix 25.11.20, 0:09

Font ölçüsü : - / +
bitmap-img6


Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonu təhvil verməsi planına əsasən həyata keçirilir.

Qeyd edək ki, ilkin razılaşmaya görə Azərbaycan ordusu noyabrın 15-də Kəlbəcərə daxil olmalı idi. Ancaq noyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ermənistan tərəfinin Kəlbəcərin təhvil verilməsi ilə bağlı möhlət istəməsi barədə xahişini Azərbaycan Prezidentinə çatdırıb.

Azərbaycan Kəlbəcərin coğrafiya və relyefini nəzərə alaraq, humanist addım atıb və təhvilin noyabrın 25-də baş tutmasına qərar verilib.

Xatırlatmaq yerinə düşər ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənədin imzalanmasına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən Müharibəsindəki uğurlu hərbi əməliyyatlar, 300-ə yaxın kəndin, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşa şəhərlərinin, dörd qəsəbənin, çoxsaylı strateji yüksəkliklərin azad olunması ilə nəticələnib.

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub.

Vurğulamaq lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan başçılarının imzaladığı bəyanata əsasən, düşmən noyabrın 20-də Ağdam rayonunu təhvil verib və Azərbaycan ordusu şəhərə daxil olub.

Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil veriləcək.



Xəbərin oxunma sayı : 349

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda