Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Bu il Azərbaycana quru yolla 405 min nəfər əcnəbi daxil olub – Rəsmi

Tarix 13.09.24, 13:39

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 748 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gələnlərin 28,7%-i Rusiya, 16,2%-i Türkiyə, 9,2%-i Hindistan, 8,1%-i İran, 4,4%-i Səudiyyə Ərəbistanı, 4%-i Gürcüstan, 3,3%-i Qazaxıstan, 2,8%-i Pakistan, 1,8%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,7%-i Özbəkistan, 1,5%-i Çin, hər birindən 1,4% olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2% olmaqla İsrail, Türkmənistan və Oman, 1%-i Belarus, 10,9%-i digər ölkələrin vətəndaşları olub.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 34,5% artaraq 307,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,5% artaraq 67,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5% artaraq 663,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6%-i (1 milyon 321,5 min nəfər) hava, 23,2%-i (405,5 min nəfər) dəmir yolu və avtomobil, 1,2%-i (21 min nəfər) isə dəniz nəqliyyatından istifadə edib.         



Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap