“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Deputatlığa namizəd girov saxlanılır - Şok iddia (VİDEO)

Tarix 24.01.20, 22:13

Font ölçüsü : - / +
bitmap-img6


Yanvar ayının 17-dən ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyasına start verilsə də, 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Rauf Çərkəz oğlu Abbasov seçiciləri ilə ünsiyyət qurmağa tələsmir. 

Deputatlığa namizədin dairədə görünməməsi isə bir sıra iddialara yol açıb. Deputatlığa namizəd barəsində ən çox səslənən iddialardan biri onun xaricə istirahətə göndərilməsidir. Bu gün  Rauf Çərkəz oğlu Abbasov haqqında səslənən iddia isə daha şokedicidir. Belə ki, onun girov saxlanıldığı deyilir.

AzFakt.com xəbər verir ki, bu iddianı 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu (Abbasov) feysbuk səhifəsində yazıb: "Rauf Abbasovu tapın. Bəzi iddialara görə bu adam girovluqdadı! Hüquq mühafizə orqanlarına düşür - deputatlığa namizədi tapıb, üzə çıxartsınlar!".
 
Qeyd edək ki, Rauf Arifoğlunun nəzərdə tutduğu Rauf Çərkəz oğlu Abbasov da 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəddir. Əslən Qusar rayonundan olan Rauf Çərkəz oğlu Abbasov rəsmi sənədlərdə öz təşəbbüsü ilə seçkilərə qatılıb. 
 
Ancaq sosial şəbəkələrdə və dairədə gedən proseslər onu göstərir ki, Qusar rayon sakini, maddi imkanları çox zəif olduğu bildirilən Rauf Çərkəz oğlu Abbasovun 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olması hansısa məkrli qüvvələrin işidir. 
 
"Yeni Müsavat” Media Qrupunun araşdırması zamanı məlum olub ki, Rauf Çərkəz oğlu Abbasovun 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olması təşəbbüsünün arxasında həmin dairədən deputatlığa namizəd, Ümid partiyasının sədri İqbal Ağazadə dayanır. 
 
Rauf Arifoğlu məsələ ilə bağlı bir müddət öncə mediaya verdiyi açıqlamada ona qarşı aparılan bu kampaniyanı çirkin texnologiya adlandırmışdı. (qlobal.az)







Xəbərin oxunma sayı : 643




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap