“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Elektron icazə portalında problem yaranıb – Sahibkarlar qeydiyyatdan keçə bilmir

Tarix 05.07.20, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, bu gündən etibarən “icaze.e-gov.az” portalından alınan bütün elektron icazələr silinib.

Bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır.

Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.

“ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə bildirilib ki, hazırda saytda texniki problem mövcuddur və saat 12:00-dək aradan qaldırılacaq.

Amma həmin saatdan sonra da problem mövcud olub. 108 çağrı mərkəzindən “Report”a bildirildi ki, hazırda “icaze.e-gov.az” portalında yenidən texniki problem yaşanıb və onun aradan qaldırılması üçün müvafiq işlər görülür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə “Report”a açıqlamasında portalda heç bir texniki problemin olmadığını qeyd edib:

“Sistemdə problem yoxdur. Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənmələr var. Həmin şirkətlər, qurumlar bununla, xüsusi ilə də iş yerlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”.



Xəbərin oxunma sayı : 1726




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap