Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Ermənipərəst senator istefa verdi - Korrupsiya qalmaqalı

Tarix 24.07.24, 10:14

Font ölçüsü : - / +
bitmap-img6


Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes istefa verib.

Bu barədə məlumatı "Reuters" yayıb.

Məlumata görə, o istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoruna təqdim edib. Məlumata görə o, avqustun 20-də Senatı tərk edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. Lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız araşdırma ilə nəticələnib.



Xəbərin oxunma sayı : 1054




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap