Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Fitso vətənə xəyanətdə ittiham olunur - İstintaq başlayıb

Tarix 27.03.26, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


Slovakiya polisi Baş nazir Robert Fitsoya qarşı vətənə xəyanət və digər cinayətlər ittihamı ilə istintaqa başladıb.

Bu barədə müxalifətdəki Azadlıq və Həmrəylik (SaS) partiyasının lideri Bronislav Qrülinq “Facebook”-da məlumat verib. O, iddia edib ki, SaS üzvlərindən əlavə, cinayət işilə bağlı petisiyanı 13 mindən çox ölkə vətəndaşı dəstəkləyib və bu, onu "tarixin ən böyük petisiyası" halına gətirib.

Qrülinq qeyd edib ki, fevralın sonlarında Slovakiya Respublikasının Baş Prokurorluğuna təqdim edilən petisiya əvvəlcə regional prokurorluğa, daha sonra isə polisə göndərilib. O, həmçinin hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirib. "Həm prokurorluğun, həm də polisin bu işlə bağlı tədbir görməsini və bu barədə susmamasını yüksək qiymətləndirirəm", - deyə partiya lideri vurğulayıb.

Qrülinqin sözlərinə görə, Baş nazirə qarşı şikayət vəzifə səlahiyyətlərindən sui-istifadə, xəyanət, qeyri-insani davranış, başqasının əmlakının idarə edilməsində öhdəliklərin pozulması və terror aktı törətmək şübhələri ilə bağlıdır.



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap