| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Fuad Abbasov təcridxanadan danışdı - Həbsinin səbəblərini açıqladı
Tarix 24.05.19, 15:20 |
|
Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur. Hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-ya müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
- Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?
- Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüf ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən burda yaşayan heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki, çıxıb deyirlər, bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, heç də yaxşı hal deyil.
- Saxlanmağın barədə danış. Necə baş verdi? Səni kimlər saxladı?
- Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur. Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm ki, mətbuatda yazırlar, guya sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər 11:00 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindən çıxıb, özümü bayıra atdım və "polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi. Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm, oturma iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər. Daha sonra məni polis maşınına oturtdular. Sosial şəbəkələrdə yayılan fotolardakı avtomobildə çəkilən şəkli özləri yayıb, çünki prosesi videoya çəkirdilər. Məni Ximki Şəhər Məhkəməsinə apardılar. Orda saxlanılarkən sənədsiz olduğum, Rusiyada oturma icazəmin ləğv olunduğu haqda yazılmışdı. Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Dedim ki, elə bir sənəd yoxdur. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu. Sonra gətirdilər məni buraya - Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə. Beş gün yanıma heç kəsi buraxmadılar, zəng etməyimə də icazə vermirdilər. Mayın 21-dən isə telefonla danışmağıma icazə verdilər.
- Sənin Rusiyaya girişinin yasaq olduğunu bilə-bilə, Belarus vasitəsi ilə Rusiyaya qanunsuz daxil olduğun haqqında məlumatlar var. Həqiqətənmi Belarus vasitəsi ilə Rusiya ərazisinə daxil olmusan?
- Xeyr, hamısı yanlış məlumatlardır. Mən Moskvaya Bakıdan uçmuşam. Şeremetyevo hava limanından gəlmişəm. Bunu da çəkib göstərmişəm. Belarusdan icazəsiz Rusiyaya keçməyim haqqında məlumatı uydurublar.
- Bəs, Rusiyaya girişin qadağa oluna-oluna Moskvaya necə gəldin? Axı deyilənlərə görə, sənə həmin vaxt artıq "stop" qoymuşdular...
- Bəli, həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada "stop” qoyulduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə "stop" qoyan qurumu məhkəməyə verdim. Öyrənim ki, həmin məlumatlar doğrudur, ya yox. Əgər doğrudursa, o zaman qərarın qəbulu üçün əsas göstərilsin. Yalandısa, qoy desinlər ki, belə bir hal mövcud deyil və bunun haqqında məhkəmə qərarı verilsin. Həmin qərar əsasında mən Rusiyaya sərbəst giriş-çıxış edə bilim. Aprelin 18-də məhkəməyə müraciət etdik. Mayın 7-nə ilk məhkəmə iclası təyin olundu. Yayılan məlumatların doğru olduğunu söylədilər. Məhkəmədə Rusiyaya girişimə qadağa qoyulması haqqında rəsmi sənədin göstərilməsini tələb etdim. Dedilər ki, indi həmin rəsmi sənəd üstlərində yoxdur. Gələn məhkəmə iclasında olacaq. Mayın 17-də, saat 11:00-da növbəti məhkəmə iclası idi. Mayın 16-da isə məni tutdular.
- Fuad, sənin əlində Bakıdan Moskvaya uçmağın, Şeremeytevo hava limanından çıxmağın barədə sübutun varmı? Bunu sübut edə bilərsənmi?
- Əlbəttə, var. Hava limanında sərhəddə bütün giriş-çıxış qeydləri pasportda qeyd olunub. Bunu göstərə bilərəm. Mayın 17-də vəkilim Elman Paşayev mənim adımdan getdi məhkəməyə. O da "stop" qoyulması haqqında yazılı qərarın göstərilməsini tələb edib. Vəkilimə də göstərməyiblər, deyiblər ki, bu barədə daxili qərar var.
- Bu gün miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olmağının səbəbi kimi sənə rəsmən nə deyilib?
- Bu gün burada olmağımın əsas səbəbi, yəni saxlanılmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq, ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdı. Məni burda məcburi ölkəni tərk etmək üçün saxlayırlar. Belarusdan Rusiyaya gəlməyim haqqında söhbətlər isə fantaziyanın məhsuldur. İttihamda Belarus barədə bir kəlmə də söz yoxdur.
- Sənin yaşayış icazəni nə vaxt ləğv ediblər?
- Dediklərinə görə, bu il martın 17-də yaşayış icazəm ləğv olunub. Qanuna görə, 15 gün ərzində ölkəni tərk etməliydim. Lakin mənə bu barədə heç bir xəbərdarlıq olmayıb. Bildirilməyib ki, Rusiyada yaşayış icazəm ləğv olunub və filan müddət ərzində ölkəni tərk etməliyəm.
- Sonuncu dəfə Şeremetyevo hava limanında sərhəddən keçəndə "vid na jitelstvo"nu (Rusiyada yaşayış icazəsi haqqında sənəd-red.) təqdim etdinmi?
- Bəli, həmişəki kimi bu sənədi təqdim etdim. Rusiyada yaşayış haqqında sənədimin müddəti 2023-cü ilə qədər idi. İndiyə kimi heç bir inzibati qayda pozuntum da olmayıb. İndi mənə deyirlər ki, həmin sənəd ləğv olunub və mən ölkəni tərk etməmişəm. Amma mənə bu barədə heç bir xəbərdarlıq olunmayıb. Onların dediyinə görə, mən 2 aprel tarixində Rusiyanı tərk etməliydim. Mən isə, aprelin 9-da Rusiyadan çıxmışam.
- Rusiya telekanalı sənin haqqında "milli zəmində ədavəti qızışdırmaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb" deyə süjet yayıb. Ümumiyyətlə, sənə belə bir ittiham irəli sürülübmü?
- Xeyr, bu müddətdə mənə bir kəlmə də olsun bu haqda heç nə deyilməyib. Bu "milli ədavəti qızışdırma” məsələsi "Azərros" rəhbəri Mehriban Sadıqovanın "mavi" arzularıdır. Onu özü mənə şəxsən deyib ki, guya, mən Rusiyada yaşayan ermənilər və azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər. Mən də bildirmişəm ki, əgər mən belə bir şey edirəmsə, onda məndən qabaq bunu Babayan, Baqdasaryan edib. Bəs, onlardan niyə şikayət etmirsən? Onlar uzun müddətdir ki, bu işlə məşğuldurlar.
- İndi nə etməyi fikirləşirsən?
- Mənim indi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə İdarəsinin əməkdaşlarınadır. Əgər mənim Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Nə poçt, nə də telefonla heç bir xəbərdarlıq olunmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də ki, yuxarı instansiya məhkəməsinə "vid na jitelstvo"nun, mənim yenidən Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik.
- Azərbaycana deportasiyanın tarixi dəqiqləşibmi?
- Bəli, mayın 28-də Azərbaycana deportasiya olunacam. Lakin hələlik Azərbaycana getməyim üçün bilet alınmayıb.
Xəbərin oxunma sayı : 193
Müsahibə
Xəbərlər
-
Binəqədidə bağçanın bağlanması valideynləri narahat edib - VİDEO
-
Zəngin resurslar iqtisadi gücə çevrilir
-
İqtisadiyyat üçün əlavə dəyər amili
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
-
“BI Group“ tikinti şirkəti işçilərin maaşlarını ödəmir - VİDEO
-
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - FOTO
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
-
Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
-
Rubio Lavrovla görüşdü - Nəyi müzakirə etdilər?
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Su filtrləri biznesi necə 26 min manatlıq borca çevrildi? - Məhkəmə işi
-
“Putin Trampla yeni görüşə hazırdır” - Dmitri Peskov
-
Binəqədidə “Şəhərsalma və Memarlıq İli” - Damlar da tikintiyə qoşulub! - VİDEO
-
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir - QƏRAR
-
Qeyri-neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər
-
Plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu - İnarə İsmayılovanın
-
Bu idarə AZCON-un idarəetməsinə verildi - FƏRMAN
-
Artıq müstəqilliyimizə qarşı tələbkarıq, Rusiya bunu nəzərə almalıdır - Araik Arutyunyan
-
Həcc ziyarətinə sənəd qəbulu sabah başlayır - Qiymət artımı ola bilər
-
DGK nazirə məxsus olduğu bildirilən şirkətdən baytarlıq avadanlığı alır - 119 minlik
-
ADU-da prorektor vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır
-
Əfv edilənlər kimlərdir? - 5-i xarici ölkə vətəndaşıdır
-
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərdi - Fotolar
-
Anar Bayramov TƏBİB-də iki xanıma vəzifə verdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
-
Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
-
“AzerGold“un Müşahidə Şurasının tərkibi yeniləndi - SƏRƏNCAM
-
Bakıda Təbriz küçəsi yenidən qurulur - 23 milyon manat xərclənəcək
-
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
-
Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü - TƏFƏRRÜAT
-
Tramp 64 illik protokol qaydasını pozacaq - Si Cinpinə görə
-
Bakı Şəhər İcra Hakimiyyəti 7 şirkətlə 140 milyon manatlıq müqavilə imzaladı - Siyahı
-
Maaşlar artdıqca qiymətlər də bahalaşır - Gələcəkdə vətəndaşları nə gözləyir?
-
“Neftçi“ İK bəyanat yaydı: “Komandanın ləğvi ilə bağlı qərar qəbul edilməyib“
-
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
-
40 ilin həkimini işdən çıxarmışdı: Vəzifəsindən azad edildi - VİDEO
-
Masazırda ağır qəza: Ölü və yaralılar var - FOTOLAR
-
Hansı ölkədə insanlar nə qədər kitab oxuyurlar? – 102 ölkənin siyahısı
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlama
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - FOTO
-
Məmməd Musayevə qarşı cinayət işi açılıb - TƏFƏRRÜAT
-
Prezident əfv Sərəncamı imzaladı - SİYAHI
-
Naxçıvanda tanınmış atlet həbs edildi - Dələduzluq ittihamı
-
İlham Əliyev Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi - FOTOLAR
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən “Azəri Med“lə bağlı sərt qərar
-
Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı
-
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
-
“Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyirəm” - Paşinyan
-
Prezident daha bir 3 illik dövlət proqramını təsdiqlədi:nələr olacaq?
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir?
-
Binəqədidə sakinləri evlərindən didərgin salan hadisə - VİDEO
-
Evdə hazırladıqlarını bazarda satanlar cərimələnəcək? - Açıqlama
-
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
-
Tramp və Zelenski arasında görüş: Putinlə bağlı mühüm açıqlama
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - VİDEO
-
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi - Kimlər gedə biləcək?
-
Prezident Qərb Sənaye Parkının yaradılmasının məqsədini açıqladı - VİDEO
-
Qızılı girov qoyub kredit götürmək üçün - Bankların ŞƏRTLƏRİ
-
Azərbaycanda tıxaclara görə iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? - VİDEO
-
AQTA-nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
-
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İDDİA
-
Prezident azad edilmiş ərazilərdə yataqların işə salınması barədə danışdı - VİDEO
-
“Tramp Pezeşkianla görüşməyə hazırdır” - Marko Rubio
-
Abşeron təhsilində rüşvəti görmür, kollektor üstündə daxmanı görür...
-
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
-
Vətən müharibəsi iştirakçısı 1 illik cəza aldı - Qaxda köşk qalmaqalı
-
ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır - “Reuters“
-
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
-
100-dən çox ölkənin xüsusi xidmət rəhbərləri burada - Bakı dünyanı bir araya topladı
-
“Tsxinvalidə keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımırıq” – Rəsmi Bakı
-
“Birliyin Gücü - 2026” hərbi təliminin açılışı oldu - VİDEO/FOTO
-
İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
-
“Panda Baby” müştəriləri aldadır - Ucuz qiymət qoyub, baha hesablayır
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı
-
Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentdən xəbərdarlıq: “Əməl etməyənlər cəzalandırılacaq”
-
Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?
-
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı (FOTO)
-
“Xocəsən“ və “Avtovağzal“ metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq - Sabahdan
-
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
-
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq” - Prezident
-
Satıcı aldatdı, telefon bloklandı... - “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
-
Ehtiram Quliyev “Turan Tovuz“dan gedir? - Özündən açıqlama
-
“Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır“ - Prezident
-
“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
-
Polis çətin relyef şəraitində narkotik əməliyyatı keçirdi - VİDEO
-
Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir - İlham Əliyev
-
Angela Merkel qayıdır? - “Körpülər qurmalıyıq“...
-
Bakıda tozun miqdarı normadan artıqdır - Nazirlik
-
Zamin durmadan öncə 2 dəfə düşünün - Borcdan əlavə öhdəliklər
-
Kitab sərgisinin təşkilatçısı dəyişdi - Məbləğ 2 dəfəyə yaxın azaldı
-
Dələduzluqda təqsirləndirilən sabiq baş konsulun məhkəməsi niyə təxirə salındı? - TƏFƏRRÜAT
-
ABŞ kəşfiyyat şefi Zelenski ilə görüşdü – Moskvaya getmişdi
-
Prezidentin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi - FOTOLAR
-
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - DİN
-
Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi
-
Ev şəraiti ilə stansiyalar arasında şarj edilən avtomobillərin yürüşündə fərq var - VİDEO
-
İran ölkəni, vətəndaşları və inanclarını müdafiə edəcək – Pezeşkian
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
-
Sabiq icra başçısı bu vəzifəsindən azad edildi - 7 ay sonra
-
Xaricdə təhsil alan şəxsin diplomu arayışla tanına bilməz - TKTA
-
Ağdamda tikintidə bədbəxt hadisə: Şəmsəddin Aslanovun şirkəti cərimələndi
-
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video
-
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - SİYAHI
-
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
-
Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
-
“Böyük qayıdış“ davam edir: Daha 284 nəfər yola salındı (FOTO)
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Mbappedən Zidanla bağlı maraqlı xatirə - “13-14 yaşım var idi...“
-
Çıxarış almaq istəyənlərin diqqətinə - Bu halda mümkün deyil
TOP 10
ARXİV






