“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gürcüstan prezidenti Saakaşvilinin əfvindən DANIŞDI

Tarix 29.02.24, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


“Məhbus Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətindədir və buna heç kim təsir edə bilməz”.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabaşvili Saakaşvilinin əfv olunmasının mümkünlüyü ilə bağlı fikir bildirərkən deyib.

“Mən bu məsələyə münasibət bildirmirəm. Bu, mənim özümün verəcəyim və buna görə cavabdehlik daşıyacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, - deyə Zurabişvili bildirib.

O qeyd edib ki, ölkədə azad və ədalətli parlament seçkisinin keçirilməsi eks-prezidentin əfv olunub-olunmamasından asılı deyil. Zurabişvilinin sözlərinə görə, Saakaşvili real səbəblərdən həbsdədir.

“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Mən həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Bu məsələdə nə etməyin lazım olmasına gəlincə, razıyam ki, reputasiya baxımından onun hardasa başqa yerdə olması daha yaxşı olardı”, - deyə Gürcüstan prezidenti vurğulayıb.

Zurabişvili həmçinin bildirib ki, başqa ölkələrin istifadə etdiyi bir çox imkanlar var. Söhbət ekstradisiyadan və ev dustaqlığından gedir. O xatırladıb ki, Ukrayna Saakaşvilini ekstradisiya etməyə hazırdır.
“Deməli, imkanlar var”, - deyə Gürcüstan rəhbəri əlavə edib.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.

Saakaşvili özü həbsini siyasi səbəblərlə əlaqələndirib və aclıq aksiyasına başlayıb. Nəticədə eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında o, müayinə olunmaq üçün həbsxanadan paytaxt klinikasına köçürülüb. Vəziyyətinə baxmayaraq, Saakaşvili dəfələrlə Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu bəyan edib.

“Vahid milli hərəkat” partiyası növbəti seçkilərdə qalib gələcəkləri təqdirdə siyasətçinin baş nazir postuna namizədliyini irəli sürəcəklərini istisna etməyib.

Mənbə: Gazeta.ru



Xəbərin oxunma sayı : 382




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap