Talıb Tale: “Orda telefonumu oğurladılar” Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur
Axtar
 
  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

Gürcüstana, Ermənistana və Azərbaycana tez-tez girib-çıxan PKK-çı?

Tarix 07.08.17, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı növbəti sensasion iddia ilə çıxış edib .

virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Göksel Gülbey bu dəfə PKK terror təşkilatının Gürcüstanda təşkilatlanması və bu təşkilatın “Avroman” adlı mənsubunun tez-tez Gürcüstan, Ermənistan və Azərbaycana “girib-çıxması” barədə danışır.



Gülbey iddia edir ki, PKK Gürcüstanda ciddi şəkildə təşkilatlanır. Bu təşkilatın Gürcüstanda “Gilavej” (“Sübh ulduzu”) adlı jurnalı çapdan çıxır. PKK-nın Gürcüstandakı təşkilatlanmasına və fəaliyyətinə başçılıq edən şəxs Abdülrehman Pariyev adlı şəxsdir. Bu terror təşkilatı mənsubuna yardım edən, Tiflislə Bakı arasında xəbər aparıb-gəirən şəxs isə “Kürdüstan İnsan Haqları Qoruma Birliyi”nin üzvü, Osman Baydemir adlı şəxsdir. Həmin şəxsin ləqəbi “Avroman”dır. (Türkiyədə hazırda həbsdə olan Diyarbəkir bələdiyyə başqanı Osman Baydemir nəzərdə tutulmur)

“Bu adam Türkiyədə axtarışda olmasına baxmayaraq Gürcüstan, Azərbaycan və Ermənistana dəfələrlə giriş-çıxış edib. Həmin şəxsi niyə tutub Türkiyəyə təhvil vermirlər?”-Gülbey sual edir.



ASİMDER başqanı iddia edir ki, PKK mənsubları Ermənistandakı düşərgələrdə təlim keçirlər, sonra Gürcüstandakı yezidi kürdlərdən dəstək alaraq Türkiyəyə keçirlər və Qara dəniz bölgəsində terror aktları törədirlər.

Göksel Gülbey bundan əvvəl PKK terrorçularının Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində qurulmuş düşərgələrdə təlim keçdiyi haqda bir neçə dəfə bəyanatlar səsləndirib.





Xəbərin oxunma sayı : 247

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda