“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Hökumət komitəyə əlavə səlahiyyət verdi - Tikinti ilə bağlı dəyişiklik

Tarix 23.08.19, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir Novruz Məmmədov "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edib.

AzFakt.com xəbər verir ki, dəyişiklik Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin  Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən edilib.

Dəyişikliyə görə, qərarın 1.1-ci bənd aşağıdakı redaksiyada verilib:

"Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı”nın I bölməsinin 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid norma və qaydaları istisna olmaqla, 3-cü (tikinti işlərinin təşkili, aparılması və qəbulu), 4-cü (smeta normaları) və 5-ci (tikintidə maddi və əmək vəsaitlərinin xərclənmə normaları) hissələri üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid olan və 2-ci hissəsi (layihələndirmə normaları) üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq və ya ləğv edilir.”. 

2. 2-ci hissəsində "milli” sözündən sonra "şəhərsalma və” sözləri əlavə edilsin, "2008-2012-ci illər ərzində” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin: 

"Milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı "İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli 217 nömrəli Qərarına əsasən qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad edilməsinə yol verilir. 

Bu sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdirilir”.



Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap