| |
|
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
Hökumətin 3 illik büdcə planı - pulu belə xərcləyəcəyik...
Tarix 10.09.21, 10:47 |
|
Neftin ÜDM-dəki və büdcədəki payı inflyasiya, manatın məzənnəsi və...
Azərbaycan hökuməti 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Açıqlamadan məlum olur ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 dollar, 2023-2025-ci illər üzrə 50 dollar götürülməklə) cari ildə ölkədə Ümumi Daxili Məhsulun real artımı 4,6 faiz olmaqla 82,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 5,2 faiz olmaqla 55,1 milyard manat təşkil edəcək.
Proqnozlara əsasən, ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir.
Hökumət bildirir ki, iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. Belə ki, 2025-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,9 faizə, neft sektorunun payının isə 27,1 faizə bərabər olacağı proqnozlaşdırılır.
2021-ci ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir: “Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb”. Maraqlıdır ki, hökumət 2025-ci ilədək manatın məzənnəsində hər hansı dəyişiklik proqnozlaşdırmır.
Hesab olunur ki, inflyasiya səviyyəsinin tənzimlənməsi ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcək. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin artaraq 2025-ci ildə 77,3 milyard manata, xərclərinin isə 69,8 milyard manata qədər yüksəlməsi hədəflənir.

Bundan əlavə, dayanıqlı iqtisadi artım templərinin bərpa edilməsi istiqamətində daxili tələbin genişləndirilməsi vasitəsilə iqtisadi artımın sürətinin və məşğulluğun qorunması, yeni iş yerlərinin açılması məqsədilə tikinti, dağ-mədən sənayesi, rəqəmsal iqtisadiyyat, ticarət və logistika, kənd təsərrüfatı və emal sənayesi, daxili turizm kimi fəaliyyət sahələri ortamüddətli dövrdə dövlətin iqtisadi siyasətinin əsas prioritetləri olacaq, bu sahələrin inkişafının dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunması təşviq ediləcək: “Ölkədə tətbiq edilən iqtisadi siyasətin əsas hədəfi dünyada baş verən hadisələrə və qlobal iqtisadi çağırışlara çevik reaksiya verməklə iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu baxımdan əsas etibarilə qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək. Bütün bunların fonunda xarici ticarətdə ixracın strukturunun diversifikasiyasına nail olmaq, qeyri-neft məhsullarının ixracını dəstəkləyərək və təşviq edərək ixracın əsas tərkib hissəsinə çevirmək hədəflənir. 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir. Həmçinin növbəti illərdə kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının daha da yüksəldilməsi məqsədilə bu yerlərin kompleks inkişafı üzrə pilot layihələrin hazırlanması və icrası, kənd yerlərində əlavə gəlir əldə etmək imkanı yaradan turizmin, ekoturizmin, xidmət sahələrinin inkişafı sahəsində zəruri tədbirlərin görülməsi davam etdiriləcək. Bu sahənin maliyyələşdirilməsində səmərəliliyi və hesabatlılığı təmin etmək məqsədilə ”Kənd təsərrüfatı" sektorunun ortamüddətli dövr üzrə strateji planı və fəaliyyət planında aqrar sektorun inkişafına xidmət edən hədəflər və monitorinq göstəriciləri müəyyən edilib. Qeyd olunanlarla bərabər, ortamüddətli dövrdə daxili maliyyə bazarının inkişafının prioritet istiqamətləri üzrə də işlər davam etdiriləcəkdir. Belə ki, iqtisadi artımın dəstəklənməsində maliyyə sektorunun rolunun artırılması istiqamətində iqtisadi artımın effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılması da əsas hədəflərdəndir. Bu əsasda, real sektorun, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq məqsədilə dövlət və özəl sektorun birgə təşəbbüsləri əsasında kredit risklərinin azaldılması və faizlərin əlçatanlığını təmin etməklə kənd təsərrüfatına kreditlərin artırılması hədəflənir".
Açıqlamada həmçinin 2022-ci il dövlət büdcəsinin ilkin parametrlərinə dair məlumat da yer alıb. Məlumata görə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcək. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.
Azərbaycanın 2020-ci il dövlət büdcəsi: Maaşlar, pensiyalar, müavinətlər artacaq
Hökumət bildirir ki, vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaları 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz artımla proqnozlaşdırmağa imkan verir.
2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 dollar götürülüb. Bu qiymətlə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11 milyard 860 milyon manat, vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar 1 milyard 980 milyon manat, Dövlət Vergi Xidmətinin xəttilə daxilolmalar 7 milyard 158 milyon manat, Dövlət Gömrük Komitəsinin xəttilə daxilolmalar 4 milyard 260 milyon manat, digər gəlirlər isə 1 milyard 149 milyon manat təşkil edəcək.

Gələn il dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır. Bu zaman cari xərclər 19 milyard 91 milyon, əsaslı xərclər 7 milyard 148 milyon, dövlət borcuna xidmətlə bağlı xərclər isə 1 milyard 912 milyon manat həcmində olacaq.
Ümumilikdə 2022-2024-cü illərdə ortamüddətli dövr üzrə Azərbaycanın dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclərə 7 milyard 214 milyon manat yönəldilməsi proqnozlaşdırılır. Belə ki, 2023-ci il dövlət borcuna xidmət məqsədilə 1 milyard 792 milyon, 2024-cü ildə 1 milyard 814 milyon, 2025-ci ildə isə 1 milyard 696 milyon manat yönəldilməsi nəzərdə tutulur.

Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaq.
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla, 2567,0 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcək. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcəkdir. 2022-ci ildə icmal büdcənin gəlirləri 26967,7 milyon manat, xərcləri 32145,9 milyon manat, kəsiri isə 5178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, artıq 5 ildən yuxarıdır Azərbaycanda neft hasilatının təbii azalması prosesi gedir. Bu isə avtomatik olaraq ÜDM-də neft sektorunun payının azalmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, iyul ayının yekunu üzrə ÜDM-də qeyri-neft sektorunun payı 64 faizə yaxın olub. Neft hasilatının təbii azalması fonunda yaxın 3 il ərzində bu sektorun ÜDM-dəki payının dünya bazarında gözlənilən qiymət ucuzlaşmasını nəzərə almaqla 36 faizdən 27,1 faizə düşməsi kifayət qədər realdır.(yeni musavat)
Xəbərin oxunma sayı : 1360
İqtisadiyyat
Xəbərlər
-
“Silahları ayaqqabıların arxasında gizlətmişdim” - Şagirdin atası haqda qərar verildi
-
Onlarla sahibkarın fəaliyyəti dayandı: “Nə kompensasiya var, nə də alternativ yer”
-
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - DOSYE - FOTO
-
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? – Siyahı
-
Türkiyə şirkətində 1 milyon dollar oğurluq - Azərbaycanlı xəzinədar 10 il həbs olundu
-
Hörmüz boğazının idarəedilməsi: Omandan İrana yeni təklif
-
Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
-
Məşhurların narkotik qalmaqalı böyüyür - Ekspertiza nəticələri açıqlandı
-
“Haber Global” əl dəyişə bilər - Kanal ətrafında nələr baş verir?
-
Ədliyyə Nazirliyinə yüksək vəzifəyə təyinat vədi... - Kimi aldadıblar?
-
SOCAR-ın tabeliyində daha bir şirkət yaradıldı - Rəşad Əsgərov direktor təyin olundu
-
Putin İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Üzeyir Abas saxlanıldı - Dini inancları təhqir edrdi
-
Moldovada yanacaq böhranı: 30 günlük “həyəcan rejimi“ elan edildi
-
Bakı və Abşeronun bəzi qəsəbələrində iki gün su olmayacaq - Xəbərdarlıq
-
Trampın gündəliyi açıqlandı: Zelenski və Netanyahu ilə görüşəcək
-
XİN-dən Zaxarovaya sərt cavab: “Bu, reallığın təhrif olunmasıdır“
-
Bu şəxslərə 3 il müavinət veriləcək - Deputat açıqladı
-
64 min manatlıq vəzifə fırıldağı - Təqsirləndirilənlərə hökm oxundu
-
“Putindən İrana peyk təsvirləri göndərib-göndərmədiyini soruşacağam“ - Tramp
-
Ev quşları naməlum səbəbdən kütləvi tələf olurlar - ŞİKAYƏT
-
DSMF Aydın Abbasovdan yenə ofis icarəyə götürdü - 540 min manata
-
İranyönlü qruplaşmalar Səudiyyə Ərəbistanını hədələdi - “Sərt cavab veriləcək“
-
Bakıda bəy-gəlin rəqslərinin qiymətləri - SİYAHI
-
Azərbaycan nefti neçəyə satılır? - Yeni qiymət
-
“Ailəm dağıldı, depressiyaya düşdüm“ - Əməkdar artist
-
Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? - VİDEO
-
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
-
Şəmsi Səmədzadə həbsdən azad oldu - Azərbaycana gəlib + FOTO
-
“ABŞ olmasaydı, İsrail mövcud ola bilməzdi“ - Tramp
-
DÇ-2026-nın ən yaxşı qolunun müəllifi müəyyənləşib - VİDEO
-
Rumıniya Rusiya diplomatını qovur - PUA-lar diplomatik gərginlik yaradıb
-
Sumqayıtda yataqxana binası bərbad vəziyyətdədir - VİDEO
-
“Geyimdən çox rahatlığınızı düşünün“ - Nuradan müğənnilərə irad
-
“Razılaşmasaq, hərbi güc tətbiq edəcəyik” - Donald Tramp
-
Şamaxıda 65 ailənin yaşadığı ərazi başqa şəxsə satılıb - VİDEO
-
Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır - Zaxarova
-
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR
-
10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarılıblar - ŞİKAYƏT/VİDEO
-
Peskovun arvadı “qara siyahı”dan çıxmaq istəyir - Və 2 milyon tələb edir...
-
Məcnun Məmmədov Faruk Fıratoğlu ilə görüşdü - FOTOLAR
-
Bakıda yeni marşrut xətti fəaliyyətə başlayır - Gedişhaqqı 1 manat 50 qəpik
-
Araik və digərlərinin apellyasiya məhkəməsi: Prokurorların çıxışları davam edir
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
-
Böyük Britaniyanın müdafiə naziri: Avropa Trampa təşəkkür etməlidir
-
Azərbaycan su ehtiyatlarına görə son, istifadəyə görə ilk sıralardadır - Siyahı
-
“Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
-
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən sosial şəbəkələrdə yayılan videoya cavab
-
Netanyahu Trampla nəyi müzakirə edəcək? - AÇIQLADI
-
Yeni nazir müavini təyin edildi - Sərəncam imzalanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Səhər“ və “Mehr“in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
-
ABŞ və İran hərbi əməliyyatları dayandırdı - Silah ehtiyatı tükənib?
-
100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
-
Sevgi münasibəti oğurluqla nəticələndi: Qonaq getdiyi evlərdən pul və qızıl apardı
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
-
Mahsun Kırmızıgül və daha 4 məşhur prokurorluğa çağırıldı - Ahbap dərnəyi ilə bağlı
-
“Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
-
Tamaşaçılar ən çox hansı kanallara baxırlar? - AzTV və Real TV-nin verilişləri ilk 15-də yoxdur
-
ABŞ-dan Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd - Bu hücumlara son qoyulmalıdır...
-
Dünya çempionatı Bakıda keçiriləcək - Prezident sərəncam imzaladı
-
Prezident bu qanunlara da dəyişikliyi təsdiq edib - DETALLAR
-
Tramp İranla bağlı üç variantı nəzərdən keçirir - “The New York Times”
-
Azərbaycanın İstanbul və Qars baş konsulları geri çağırıldı - Yeniləri təyin edildi
-
Binəqədi-Novxanı-Mehdiabad yolunda obyektdə yanğın olub - VİDEO
-
Kredit borcu problemi həll olunur? - Yeni qaydalar hazırlanır
-
Sumqayıtda aylar öncə qazılan yol niyə hələ də bərpa edilmir? - VİDEO
-
Bakıda qeyri-adi qəza: Taksi sürücüsü qaçdı, sərxoş sərnişin sükana keçdi
-
Tahir Budaqovun Nəsimi rayonunda “siftəsi”: Bakının mərkəzində bir gecədə 20 ağac kəsildi
-
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO
-
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi - VİDEO
-
Abşeronda külək elektrik enerjisini kəsdi: Qatarların hərəkəti yubandı
-
15 ildir qaz xətti keçən kəndin niyə qazı yoxdur? - VİDEO
-
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
-
Bakıda obyekt ərazisini genişləndirmək üçün yaşıllıqları məhv edir? - VİDEO
-
Havada tozun miqdarı normadan 1,7 dəfə artıqdır - Nə qədər davam edəcək?
-
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
-
Xırdalan-Novxanı yolunda niyə yerüstü piyada keçidi yoxdur? - VİDEO
-
“ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir“ - Netanyahu
-
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
-
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO
-
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq - VİDEO
-
Qadın alimenti ödəmədikdə qanun hansı tədbirləri nəzərdə tutur? - VİDEO
-
Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
-
““Hizbullah“ın müdafiəsi İranın strateji siyasətidir“ - Xamenei
-
Bakıda və Abşeronda temperatur 3-4 dərəcə enəcək - Sabahın havası
-
Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!
-
“Fantastik qiymətdir“ - Aviabiletlər niyə kəskin bahalaşıb?
-
İyulun 27-si və 28-də dənizə girmək təhlükəlidir - Fövqəladə Hallar Nazirliyi
-
Səbaildə torpaq sürüşməsinə görə bağlanan yolda təmir işləri niyə aparılmır? - VİDEO
-
Rusiya miqrantlara yeni şərtlər qoydu: Gəliri az olanlar ölkəni tərk edə bilərlər
-
Azərbaycanda ən çox bazar bu bölgədədir - SİYAHI
-
“Hücumlar davam etsə, müharibənin coğrafiyası genişlənəcək“ - İran ordusu
-
“Putin şəhər və mobil telefonlarından istifadə etmir“ - Peskov
-
Biləcəridə yol çöküb, hərəkət iflic olub - VİDEO
-
Avropa alov içində: 250 mindən çox insan təxliyə edildi
-
İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?
-
Zelenski kəşfiyyat məlumatlarını açıqladı - Rusiya yeni səfərbərliyə hazırlaşır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“İranın hədəfi qonşu ölkələr deyil, ABŞ-dir“ - Əraqçı
-
Dənizdə batan şəxs prokurorluqda müstəntiq işləyirmiş - FOTO
-
Tbilisi-Bakı qatarına niyə bilet tapılmır? - VİDEO
-
Azərbaycanda futbol klubu satıldı - 400 min manata
-
“Sursat ehtiyatlarımız tükənir“ - Pentaqon rəhbərliyindən Trampa xəb
-
Xəzərin sahilində 10 yeni ictimai çimərlik yaradılıb - VİDEO
-
40 dərəcə isti olacaq - Sabahın hava proqnozu
-
İlham Əliyev Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb - MƏTN
-
Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru danışdı - VİDEO
-
Parisdə terror aktının qarşısı alındı - Xüsusi əməliyyat
-
Naxçıvanda təcili tibbi yardım maşını aşdı - 4 nəfər xəsarət aldı
-
Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İsmayıllının mərkəzi parkı baxımsız vəziyyətdə - VİDEO
-
“SK Servis“ yenə milyonluq tender qazandı: 7,3 milyon tender udan şirkətin əlaqə vasitəsi yoxdur
-
Nizami rayonunda yeni tikilən çoxmərtəbəli binanın yaratdığı problem - VİDEO
-
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurub - Ölən və yaralananlar var
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Yeni nəsə icad etməyəcəyəm, amma...“ - Yürgen Klopp
-
“Zolotaya Korona” bu ölkələrə pul köçürə bilməyəcək - Azərbaycan da siyahıda varmı?
-
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR
TOP 10
ARXİV






