Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hövsanda kəsilmiş baş tapıldı

Tarix 07.09.17, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni avqustun 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb

Virtualaz.org xəbər verir ki, bu haqda “Sputnik Azərbaycan”a Suraxanı rayon hüquq-mühafizə orqanlarından bildiriblər.

Xəbərə görə kriminalistlər kəsilmiş başı və ayaqları “Azərsu” ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. Habelə onun kəsilmiş qolları da hələ tapılmayıb. İstintaq-əməliyyat tədbirləri davam edir.



Xəbərin oxunma sayı : 214




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap