“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanda itinə zurna-balabanla toy edənə 300 min pul “atdılar“ - Fotolar

Tarix 07.09.19, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda itinə toy etməklə məşhurlaşan iş adamının külli miqdarda pulu havaya sovrulub. 

AzFakt.com "Criminal.az" saytına istinadla xəbər verir ki, "G Group”un prezidenti Qalib Mustafayevin ümiumilikdə 300 min manat pulu cinayət yolu ilə mənimsənilib.

İsmayıllı rayon sakini Əvəz Nadirov dostu Avtandil Məmmədovla birlikdə Q.Mustafayevə məxsus "Sədərək" ticarət mərkəzində yerləşən "Elvar" mağazasında 186 min manat dəyərində mebelləri oğurlayıb. Bundan başqa Nəriman Məmmədov həmin ticarət mərkəzində yerləşən Q.Mustafayeva məxsus anbardan 109 min manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Hər iki şəxsin barəsində Qaradağ rayon Polis İdarisində Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb. 

Xatırladaq ki, Q.Mustafayev 2017-ci ilin aprelində Amon və İsida adlı cins itlərinə toy etməsi ilə gündəmə gəlib. Toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus zavodun həyətində baş tutub. 

Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, "Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Məclisi aşıq idarə edib, saz və balabanla mahnılar səslənib, itlərin şəninə sağlıq deyilib. 

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir. 

Qalib Mustafayevin "Bentley” və "Jeep Wrangler”, oğlunun və qızının da bahalı "Porshce”, "Mercedes” və "Jeep” markalı avtomobillərinin olduğu bildirilir. Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllim işlədiyini və indi aldığı təqaüdün az olduğunu deyib.





Xəbərin oxunma sayı : 283




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap