Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Hacıqabulda oğurluq edən şəxsdən narkotik götürülüb

Tarix 28.05.18, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan virtualaz.org-un yerli bürosuna verilən məlumata görə, mayın 25-də Hacıqabul Rayon Polis Şöbəsinə rayonun Ağacanlı kəndində yerləşən “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin ərazisinə qanunsuz daxil olaraq oradan transformatorların içərisindən ümumi dəyəri 4000 manat olan 160 metr alüminium tərkibli sarğıların oğurlanması barədə məlumat daxil olub

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Sahib Ələkbərov saxlanılıb. S.Ələkbərov şübhəli şəxs qismində saxlanılarkən onun üzərindən 0,434 qram heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq S.Ələkbərovun yaşadığı evdə və həyətyani sahəsində axtarış aparılıb. Nəticədə, həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, ümumi çəkisi 95 qram olan qurudulmuş marixuana, yaşadığı evdən isə 186 ədəd çətənə bitkisinin toxumları, eləcə də oğurladığı alüminium tərkibli sarğılar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla əlaqədar olaraq Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Xəbərin oxunma sayı : 595




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap