“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hansı qəzetlərə nə qədər pul ayrıldı? - SİYAHI

Tarix 04.07.20, 20:25

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini elan edib.

AzFakt.com-un KİVDF-nin saytına istinadən məlumatına görə, ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.

KİVDF-nin elan etdiyi budəfəki müsabiqənin nəticələrinə əsasən, bir sıra dəyişiklər baş verib. Belə ki, yanvar ayından həftədə 3 dəfə nəşr olunan “525-ci qəzet” və “Şərq” qəzetləri artıq öz nəşrlərinə gündəlik olaraq davam edəcəklər. KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qezetinə isə maliyyə yardımı tamamilə dayandırılıb. Eyni zamanda Xoşqədəm Hidayətqızının baş redaktoru olduğu “Üç nöqtə” qəzeti və baş redaktoru Esmira Balayqızı olan "Palitra" qəzeti də müsabiqədən kənarda qalıb. Yunus Oğuzun baş redaktoru olduğu “Olaylar” isə fəaliyyətinə həftəlik qəzet olaraq davam etməli olacaq.

1. “Yeni Azərbaycan” qəzeti ( 20 min manat)

2. “Səs” qəzeti (20 min manat)

3. “Şərq” qəzeti (20 min manat)

4. “525-ci qəzet” (20 min manat)

5. “Yeni Müsavat” qəzeti (20 min manat)

6. “Bakı-Xəbər” qəzeti (20 min manat)

7. “Azernews” qəzeti (10 min manat)

8. “Novoye Vremya” qəzeti (10 min manat)

9. “Xalq Cəbhəsi” qəzeti (10 min manat)

10. “Hürriyyət” qəzeti (10 min manat)

11. “Ədalət” qəzeti (10 min manat)

12. “Azad Azərbaycan” qəzeti (5 min manat)

13. “Türküstan” qəzeti (5 min manat)

14. “Olaylar” qəzeti (5 min manat)

15. “Paralel” qəzeti (5 min manat)

16. “Unikal” qəzeti (5 min manat)

17. “Həftə içi” qəzeti (5 min manat)

18. “Nedelya” qəzeti (5 min manat)

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib.



Xəbərin oxunma sayı : 2026




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap