|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Həsrətində olduğumuz zirvəyə qovuşduq! – Azərbaycan əsgəri Şuşanın taleyini əbədilik həll edir!
Tarix 09.11.20, 22:24 |
|
Tarixçi alim, professor Cəmil Həsənli noyabrın 8-də müzəffər Azərbaycan Ordusunun 28 il yarımdan sonra erməni işğalından azad etdiyi Şuşa şəhərinin tarixindən, mənəvi, mədəni irsindən yazıb.
AzFakt.com məqaləni oxuculara təqdim edir:
Nəhayət, gözlənilən gün gəlib çatdı, gözlənilən xəbər ruhumuzu təzələdi. Şuşa azad edildi. Elimize, yurdumuza qovuşduq, evimizə döndük. 28 ildən çoxdur Azərbaycan xalqı bu günü gözləyirdi.
Şuşa azərbaycanlılar üçün kimlik məsələsidir, ruh məsələsidir. Ona görə Şuşa ilə bərabər milli ruhumuz da 28 ilin aşağılıq kompleksindən azad oldu. Azərbaycan xalqının milli kimlik təkamülündə Şuşanın özünəməxsus yeri var. Azərbaycan Ordusunun bu şəhər uğrunda apardığı müqəddəs savaş yalnız torpaq uğrunda, sənət və mədəniyyət beşiyi olan bir şəhər uğrunda deyil, milli şərəf və ləyaqət uğrunda, milli mənlik uğrunda ölüm-dirim savaşı idi. Bu sərəf və ləyaqət savaşında, milli mənlik uğrunda mübarizədə Azərbaycan Ordusu tarixə yeni nümunələr verdi, Azərbaycan əsgəri milli ruhu təzələdi, millətin 28 ilin aşağılıq kompleksindən əyilmiş qəddi düzəldi.
Niyə millətimiz, xüsusilə gənclərimiz Şuşa üçün can verməyə hazır idi? Çünki tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın, məfkurəmizin, mənliyimizin, millət olaraq qürurumuzun bəlli bir hissəsi Şuşa ilə bağlıdır. Şuşa yalnız dağ zirvəsində yerləşmir, həm də üç əsrlik bir tarixi dövr ərzində Azərbaycan xalqının zirvəyə gedən yolu Şuşadan keçirdi. 28 ildən artıq idi ki, biz milli, mənəvi ehtiyaclar baxımından zirvə həsrətində idik. Bu gün həsrətində olduğumuz o zirvəyə qovuşmuşuq.
Uzun illər Dilsuz Mustafayevin bu misralarına Cavanşir Quliyevin bəstəsində və Akif İslamzadənin qəlbləri oxşayan ifasında deyildiyi kimi:
Bura Vətəndir,
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir,
Bura Vətəndir!..
Bura Şuşadır,
Gözəl Şuşadır.
Üzmə gülünü,
Gülü qoşadır.
28 ildir gözəl Şuşanın qoşa gülünü düşmən üzmüşdü, xar olmuş yağı Xarı bülbülü bu gülə həsrət qoymuşdu. Şuşanın məşhur Xarı bülbülü Qarabağın küllü həyatının cəh-cəh vuran səsi idi. 28 il idi ki, bu səs susmuşdu və adam təsəvvür edə bilmirdi ki, Xarı bülbül Şuşanın təbiətinə, tarixinə, ruhuna yad olan erməni boğazı ilə cəh-cəh vura bilərdi. Axı o səs telləri və tembrləri ermənilərdə yoxdur. Məhz, Şuşanın “Qafqazın konservatoriyası” adlandırılmasında Xarı bülbülün özünəməxsus təbii bir rolu və yeri vardır.
Bir qayda olaraq şəhərlər düzəngahlarda, dağlar qoynunda salınır. Şuşa dağların qoynunda yox, onun zirvəsində salınmışdı. Bir tərəfi qala olmaqla təbii istehkamların qoruduğu bu şəhər 1752-ci ildə yeni yaranan Qarabağ xanlığının mərkəzi, paytaxtı kimi Pənahəli xan tərəfindən salınmışdı. Onun hər daşı, şəhər ətrafında keşikçilik edən yalçın qayaları, yağı düşmənin üzünə bağlı olan sıldırım yolları azərbaycanlıların gen yaddaşına hopmuşdur. 28 ildir biz bu yaddaşı, yaddaşla yanaşı xatirəmizə əbədi həkk olunmuş Şuşanın təkrarsız təbii peyzajlarını da itirmişdik. Şuşanın azad olunması tək ərazi bütövlüyünün bərpası deyil, milli-mənəvi yaddaşın bərpasıdır.
Bu tarixi gündə Şuşanın qaynar həyatı, özünəməxsus təbiəti, “Kiçik Paris”i xatırladan şəhər mühitində “Firəng Əhmədin” çağdaşlaşma arzuları bir kino lenti kimi gözlərimizin önündən keçir.
Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllənin öz hamamı, öz məscidi və öz bulağı vardı. Şuşa Qalası, təkrarsız xan sarayları, Yuxarı və Aşağı Gövhər ağa məscidləri, xan qızı Natəvanın evi, Şuşa bazarı, daş döşənmiş küçələr boyunca ticarət dükanları şəhərə xüsusi gözəllik verirdi. Şəhər kənarındakı Cıdır düzü, çox məclislərə şahidlik etmiş İsa bulağı, qəlbləri oxşayan Turşsu yaylaqları, Qalanın qənşərində zümzümə vuran Daşaltı çayı Şuşa ilə təbii bir harmoniya yaradırdı.
Kimlər keçməyib Şuşanın daş döşənmiş küçələrindən? Kimlər içməyib İsa bulağının, Səkili bulağın, Şəmilin bulağının suyundan? Kimlər at çapmayıb Cıdır düzündə?...
Qarabağın qəlbləri riqqətə gətirən Nəvvabın məclisindən, Mahmud ağanın guşəsindən, Məşədi Məlik Mənsurovun salonundan Sadıqcanın müşayiəti ilə kimlərin zəngulələri eşidilməyib? Muğam səhnələri ilə müşayiət edilən “Məclisi Fəramuşan”ın, “Məclisi Üns”ün şeir gecələrində kimlərin səsi, sözü qəlbləri fəth etməyib? Pənahəli xan, İbrahimxəlil xan, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Adgözəl bəy, Xurşidbanu Natəvan, Mirzə Camal Cavanşir, Abdulla bəy Asi, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Bülbülcan, Fatma xanım Kəminə, Mirzə Sadıq (Sadıqcan), Nəcəfbəy Vəzirov, Haşım bəy Vəzirov, Kərim bəy Mehmandarov, Qəmər bəyim Şeyda, Mirzə Rəhim Fəna, Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məmməd, Xarrat Qulu, Kör Xəlfə, Məşədi Cəmil Əmirov, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, İslam Abdullayev, Yusif Vəzir Cəmənzəminli, Ceyun və Üzeyir bəy qardaşları, Seyid Şuşinski, Bülbül, Zülfü Adgözəlov, Münəvvər xanım Rzayeva, Xan Şuşinski və daha kimlər-kimlər!
Şuşanın teatr şəhnələrində kimlərin əsərləri səhnəyə qoyulmayıb? Mirzə Fətəlinin "Hacı Qara"sı, "Müsyo Jordan və dərviş Məstəli şah"ı, "Xırs quldurbasan"ı, Əbdürrəhim bəyin “Dağılan tifaq”ı, Haşım bəy Vəzirovun quruluşunda Şekspirin “Otello”su Azərbaycanda ilk tamaşaçılarını məhz, Şuşada tapmışdı.
İlk təhsil ocaqları kimi mədrəsələr, 6 sinifli realnı məktəb və mətbəə fəaliyyət göstərirdi şəhərdə. Böyük və zəngin kitabxanısı vardı Şuşanın. Orada çoxlu nadir əlyazmalar saxlanılırdı. Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Şuşada böyük xeyriyyəçilik ənənəsi vardı.
Bax, ermənilər bu milli və mədəni sərvəti bizim əlimizdən almaq, bizi onun yoxluğuna adaptasiya etmək niyyətində idilər. Şuşada kilsə tikməklə, hər qayaya bir xaç sancmaqla bizi bu milli-mədəni xəzinədən məhrum etmək istəyirdilər. Bu gözəl və əsrarəngiz şəhəri özlərinin vizit kartına çevirmək arzusunda idilər. İstək və arzuları gözlərində qaldı. İşğaldan dərhal sonra Şuşa şəhərini erməniləşdirmək üçün intensiv işlərə başladılar, xarici erməni təşkilatlarını da içinə alan müxtəlif fondlar yaratdılar. Şuşanın tarixi Qala divarlarının üzərinə "Jraberd divarı" yamağı vurdular. Xarici ermənilər üçün burada erməni dili dərsləri təşkil etdilər, onları “vətən” adına cəlb etmək üçün İsa bulağı və Cıdır düzü ətrafında hotel kompleksi inşa etdilər, işğal nəticəsində ələ keçirdikləri şəhərdə ibadət yeri kimi kilsə tikdilər, şəhərdə milli erməni muzeyi yaratmağı planladılar, bir sıra Ermənistan universitetlərinin filiallarını Şuşada açdılar, özlərinə məxsus olmayan şəhərə tarixi-etnoqrafik ekspedisiyalar göndərdilər.
Hətta Ermənistan Nazirlər Komitəsi Şuşada “İran abidələrinin tədqiqi və nəşri” ilə bağlı həyasız bir qərar qəbul etdi. Bütün bu mədəniyyət təcavüzünü Nikol Paşınyan Cıdır düzündə “Köçəri” havasına yallı getməklə, İsa bulağında sərxoş olub yuxuya getməklə, qondarma “Artsaxın paytaxtını” Şuşaya köçürmək kimi sərsəm iddialarla, zurnaçıların müşayiəti ilə “Asma körpü” açmaqla daha da dərinləşdirdi. Və elə dərinləşdirdi ki, indi özü də həmin “Asma körpü”dən asılı vəziyyətdə qalıb.
Ən nəhayət, Şuşa azərbaycanlılar üçün tarix məsələsidir, o tarix ki, həmin tarixdə ermənilərə aid heç nə yoxdur. Şəhər müsəlman xanları tərəfindən salınıb, türk və müsəlmanlardan ibarət olan Qarabağ xanlığının paytaxtı olub, tarixin bütün mərhələlərində Şuşa türk-müsəlman mədəniyyətinin beşiyi olmaq funksiyasını saxlayıb, bu şəhərdə hətta xanlığın atributlarını özündə əks etdirən pul nişanları belə zərb edilib. 1843-cü ilin mayında şəhərin gerbi qəbul ediləndə üzərində gerbin ikiyə bölünmüş qalxanları arasında alov dilimləri, aşağıda isə yaşıl çəmənlikdə yəhərlənmiş kürən at təsvir edilmişdi. Bu, Şuşada, Cıdır düzündə yarışa çıxan əfsanəvi Qarabağın cins atlarının bir simvolu idi. Elə bir simvol ki, onun erməniyə heç bir aidiyyəti yox idi.
Şuşa 1905, 1920 və 1992-ci illərdə ağır dağıntılara məruz qalıb, tarixin incisi olan bu şəhər yerlə yeksan edilib. Bu dağıntıların üçü də millətçi ermənilərin azğınlıqları ilə bağlıdır.
Azərbaycan xalqı Şuşanı qoruyub saxlamaq üçün böyük qurbanlar verib. 1992-ci ilin qanlı döyüşlərində Milli Qəhrəman Ramiz Qəmbərov başda olmaqla, bu müqəddəs şəhər üçün canlarından keçmiş vətən oğullarının ruhu şad olsun. Bu gün Azərbaycan əsgəri öz qanı və canı hesabına Şuşanın yeni tarixini yazır, bu gün Azərbaycan Ordusu öz rəşadəti ilə Şuşanın yeni tarixini yaradır, bu gün Azərbaycan döyüşçüləri öz əzmkarlığı ilə Şuşanın taleyini həll edir. Həm də birdəfəlik, əbədilik!
Xəbərin oxunma sayı : 835
Analiz
Xəbərlər
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
TOP 10
ARXİV