Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Kürdəmirdə ana və körpəsinin müəmmalı ölümü… – Cinayət işi açıldı

Tarix 22.02.20, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri birgə məlumat yayıb.

AzFakt.com-a daxil olan birgə məlumata görə, fevralın 22-də saat 08 radələrində Kürdəmir rayonu, Şüşün kənd sakini Leyla Qənbərovanın meyitinin yaşadığı evin həyətində yerləşən su quyusunda, azyaşlı oğlu Hilalın meyitinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib:

“Mərhum Leyla Qənbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Yaşadıqları evə baxış zamanı orada olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması müəyyən edilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”.



Xəbərin oxunma sayı : 478




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap