“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Kərimovanın milyonları hara xərclənəcək? - Prezidentdən şəffaflıq tələb olunur

Tarix 18.09.20, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistanın insan haqları müdafiəçiləri və bəziləri ölkə xaricində olan keçmiş siyasi məhbuslar İsveçrə, Özbəkistan və Birləşmiş Ştatlara müraciət edərək onları keçmiş prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovadan müsadirə edilmiş pulların təyinatınca xərclənməsini təmin etməyə çağırıblar.

Özbəkistan-Almaniya İnsan Haqları Forumunun təşəbbüsü ilə yazılmış və 13 özbək insan və vətəndaş haqları fəalı tərəfindən imzalanmış məktub sentyabrın 16-da Uzbekform.org saytında dərc edilib.

Bundan beş gün əvvəl İsveçrə və Özbəkistan hökumətləri arasındaəldə olunmuş razılaşamya görə Kərimovanın cinayət yolu ilə qazandığı 131 milyion dollar Özbəkistana qaytarılmalıdır. İsveçrə hökumətinin icbari xarakter daşımayan bəyanatında deyilir ki, qaytarılan pullar “Özbəkistan xalqının nəfinə xərclənməlidir”.

Bəyanatda bu da deyilir ki, aktivlərin Özbəkistana qaytarılması üçün onlardan istifadənin şəffaflığının təmin edilməsi əsas şərtdir.

Sözü gedən məktubda özbək fəallar İsveçrə və Özbəkistan arasında əldə olunmuş razılaşmanı mühüm addım adlandırıblar, lakin bildiriblər ki, razılaşma Özbəksitanda siyasi islahatların həyata keçirilməsini tələb edir. Məktubda bu da qeyd olunur ki, İsveçrə-Özbəkistan razılaşmasının həyata keçirilməsinə Özbəkistan ictimaiyyətinin və müstəqil QHT-lərin nəzarəti təmin edilməlidir.

Özbək fəallar bildirirlər ki, Özbəkistanda qanunun aliliyinin təmin edilməsi əsas şərtlərdən biridir. Onlar vurğulayırlar ki, Özbəkistanda ədliyyə sistemi hələ dəƏdliyyə Nazirliyinin nəzarətindədir. Bu da qeyd olunur ki, ölkədə hakimiyyətə ictimai nəzarət hələ də təmin edilməyib.

İsveçrə 2012-ci ildə Kərimova barəsində cinayət araşdırmasının gedişində onun adında olan 800 milyon İsveçrə frankını (880 milyon dollar) dondurmuşdu.

Bu pulun 131 milyon dolları 2019-cu ildə müsadirə edilmişdi.

Kərimovanın adında olan başqa vəsaitlər dondurulmuş vəziyyətdə qalır və İsveçrə bildirib ki, bu vəsaitin müsadirə olunması istisna edilmir. Rəsmi Daşkənd Kərimovanın ölkədən 1 milyard dollar oğurladığını iddia edir.

Gülnarə Karimovanın prezident atası 2016-cı ildə vəfat edib. Bundan sonra Şavkat Mrziyayev ölkə prezidenti olub.

Kərimova hazırda Özbəkistan həbsxanasındadır. O 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş prezidentin qızı ötən fevralda indiki prezident Mirziyayevə yazdığı məktubda 686 milyon dolları ölkəyə qaytarmağa hazır olduğunu bildirirdi. O bunun müqabilində ona qarşı cinayət işinə xitam verilməsini istəyirdi. Lakin bundan bir ay sonra Kərimovaya əlavə olaraq 13 il iş kəsilib. (azadliq.org)



Xəbərin oxunma sayı : 817




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap