Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Tarix 03.10.24, 16:43

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

3 oktyabr - müharibənin 7-ci günü

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan Bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

• Prezident İlham Əliyev Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi barədə məlumat verib.

• Dövlətimizin başçısı işğaldan azad olunan Madagizin tarixi adını bərpa edərək onun Suqovuşan adlandırıldığını elan edib.

• Müdafiə Nazirliyi müharibənin ilk həftəsində düşmənin ümumi itkilərinin sayını açıqlayıb. Məlumata görə, Ermənistan tərəfi yeddi gündə 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi itirib.

• Baş prokurorluğun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

• Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən videogörüntülər yayılıb.

• Azərbaycanın Müdafiə Nazirliyi düşmənin ağır itkilər verməsini və hərbi texnikasına sarsıdıcı zərbələr endirilməsini əks etdirən yeni görüntülər paylaşıb.

• Müdafiə Nazirliyi: Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

• Ermənistan ordusunun bölmələri Naftalanın Qaşaltı Qaraqoyunlu kəndini, Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış yaşayış kompleksini, Ağcabədi rayonunun Hindarx qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.




Xəbərin oxunma sayı : 1096




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap