“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Magistraturaya qəbulda yazı bacarıqları da yoxlanılacaq – DİM

Tarix 21.09.23, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır.

DİM-dən AzFakt.com-a bildirilib ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər. Magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.
Esse yazarkən namizədlərə qoyulan tələblərlə və nümunə esse mövzuları ilə bu linkdən tanış olmaq mümkündür.
Qiymətləndirmə meyarları və balların hesablanma qaydası haqqında məlumat yaxın zamanda paylaşılacaq.
Magistratura səviyyəsinə qəbul üzrə bakalavrların danışıq bacarıqlarının qiymətləndirilməsi isə növbəti illərdə aparılacaq.



Xəbərin oxunma sayı : 751




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap