“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Magistraturaya qəbulla bağlı yeniliyə irad: “Buna hazır deyilik”

Tarix 30.11.19, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərin aktual mövzularından biri magistraturaya qəbulun II mərhələsinin ləğv olunmasıyla bağlıdır.

Dövlət İmtahan Mərkəzi tərəfindən yeniliklərin ediləcəyi və təkliflərin müzakirə mərhələsində olduğu bildirilib.

Ekspertlərin bir qismi təklifin tərəfdarı olsa da, bəziləri bu yeniliyin əleyhinədir.

Mövzuyla bağlı Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib ki, magistratura mərhələsində seçim bakalavrdan fərqli olmalıdır:

"Bir çox inkişaf etmiş ölkələrdə bu mərhələ mərkəzi imtahanların standartları(Dil və transkript qiymət ortalaması) nəzərə alınmaqla univetsitetlər tərəfindən aparılır.Azərbaycanda magistraturaya qəbul imtahanlarını DİM-in təşkil etməsi obyektivlik və şəffaflıq cəhətdən alqışlanmalıdır.Birinci mərhələdə dil və analitik təfəkkürün ölçülməsi obyektivliyi qoruyur. Ancaq ikinci mərhələdə universitetlərin daxili dərs proqramında və ya keçilən fənlərin ədəbiyyatında müxtəlif fərqliliklərin olması  testlərin formalaşmasında bəzi problemlər ortaya çıxarır.Bu xüsusiləictimai və humanitar sahələrdə özünü göstərir”.

Elçin Süleymanovun sözlərinə görə, ilk illərdə ixtisas imtahanları yazılı formada təşkil olunurdu:

"Açıq sualların yoxlanılması və qiymətləndirilməsi bəzi problemlər ortaya çıxarırdı.Türkiyədəki sistem maraqlıdır. ALES imtahanı ilə standart qiymətləndirmə aparılır və minimum bal həddini keçənlər universitetlərdə keçirilən yazılı və şifahi imtahana dəvət edilir. Sonda isə akademik ortalama bal nəticənin üzərinə gəlir. ALES nəticəsi və universitetin keçirdiyi imtahan nəticələri toplanılır.

Qərb və Avropa ölkələrində proses universitetin səlahiyyətindədir.Onlar beynəlxalq dil imtahan nəticələrinə, akademik göstəricilərə, referans məktublarlarına və maliyyə mexanizminə baxıb özləri qərar verirlər”.

Magistratura pilləsi üzrə təlimçi Rəşadət Şərifov qeyd edib ki, bu dəyişikliklərə hələ hazır deyilik:

"Belə bir yeniliyin reallaşması üçün bütün universitetlərdə bərabər imtahan mühiti yaratmaq lazımdır. Bəzi ali məktəblərdə imtahanlar testlə, bəzilərində isə yazılı təşkil olunur. Əgər ikinci mərhələ əvəzinə universitet ortalaması əsas götürülsə, tələbələr üçün bərabər şarait yaradılmamış olur. Universitet imtahanları vahid sistemə keçirilərsə və qiymətləndirmə tam şaffaf aparılarsa o zaman ikinci mərhələni ləğv etmək olar”.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap